www.vivo-book.com
737
– Ola bilər ki, bu belədir.
– Adım RoĢeldir.
– Əlvida, RoĢel.
Mən dəstəyi asdım. Hə, axır ki, mən bunu edə bildim –
bu dəfə.
Mətbəxə keçdim. Hər həbində 400 beynəlxalq vahid
olan E vitamin ĢüĢəsinin ağzını açdım və yarım stəkan
“Perye” suyu ilə bir neçə həb atdım. Çinaski üçün bu gecə
yaxĢı olacaqdı. GünəĢ Ģüaları Venesiya pərdələrində qıyğacı
süzülərək xalının üstündə tanıĢ naxıĢlar yaradırdı. Ağ Ģərab
isə soyuducuda soyumaqdaydı.
Qapını açdım və artırmaya çıxdım. Orada yad bir piĢik
oturmuĢdu. Çox nəhəng məxluqdu. Qorxunc görünürdü.
Parıldayan qara kürkü və iĢıldayan sarı gözləri vardı.
Deyəsən, məndən heç qorxmurdu. Mırıldayaraq mənə
yaxınlaĢdı və özünü ayaqlarıma sürtdü. Mən yaxĢı adam
idim. Görünür, o da bunu bilirdi. Heyvanlar belə Ģeyləri
asanlıqla hiss edə bilirlər. Onların instinktləri var. Mən evə
qayıtdım. O da mənin arxamca evə girdi.
www.vivo-book.com
738
Onun üçün bir banka “Star-Kist” ağ tuna balığının
konservini açdım. Balıq çeĢmə suyunda bağlanmıĢdı. Xalis
çəki – 7 unsiya.