www.vivo-book.com
731
– SƏNĠ TAXTABAġ HEYVƏRƏ! – deyə cavabında
qadın da onun üstünə bağırdı. – SƏNDƏN POX ĠYĠ
GƏLĠR!
Həmin adam bir sıçrayıĢla furqondan yerə atıldı və
qadına tərəf qaçdı. Qadın isə ondan canını qurtarmaq üçün
Ģərab dükanına tərəf götürüldü. Adam məni gördü və qadını
qovalamaqdan vaz keçdi, qayıdıb furqona mindi,
dayanacaqda təkərləri qıĢqırdaraq geri döndü və Hollivud
Bulvarı istiqamətində hərəkət edərək gözdən itdi.
Mən qadına yaxınlaĢdım.
– Siz yaxĢısınızmı?
– Hə.
– Sizə necəsə yardımım toxuna bilərmi?
– Hə, məni Van Nessə aparın. Van Ness ilə Franklinin
kəsiĢməsindəki döngəyə.
– YaxĢı.
Qadın folksvagenə mindi və biz Hollivudun içərilərinə
tərəf hərəkətə baĢladıq. Bir dəfə sağa döndüm, sonra sola və
budur, biz gəlib Franklinə çatdıq.
– Səndə çoxlu Ģərab var, hə? – deyə o məndən soruĢdu.
|