www.vivo-book.com
727
vidalaĢdım. Sonra isə eskalatora minərək aĢağı mərtəbəyə
endim.
Evə qayıdarkən yolda baĢıma heç bir hadisə gəlmədi.
Mən düĢündüm: hə, yenə də tək qaldım. Ya nəsə
yazmalıydım, ya da dalandar iĢinə girməliydim. Poçt idarəsi
məni bir də heç vaxt iĢə götürməzdi. Onların dediyi kimi,
hər kəs öz iĢi ilə məĢğul olmalıydı.
Öz məhəlləmizə çatdım. Poçt qutusunda heç nə yox idi.
Mən oturdum və Saraya zəng vurdum. O öz meyxanasında
idi.
– ĠĢlər necədir? – ondan soruĢdum.
– O qəhbə rədd olub getdi?
– Hə getdi.
– Çoxdan gedib?
– Onu elə indicə təyyarəyə mindirdim.
– Hə nədi, o sənin xoĢuna gəldi?
– Hə, onun bəzi məziyyətləri vardı.
– Onu sevirsən?
– Yox. Bura bax səninlə görüĢmək istəyirəm.
|