www.vivo-book.com
4
Lidiya Vansı ilk dəfə nə vaxt gördüyümü xatırlamıram.
Bəlkə də 6 il bundan əvvəl, on iki il əmək sərf etdiyim və
yazar olmağa çalıĢdığım poçt idarəsindəki iĢimə yenicə
xitam vermiĢdim. DəhĢət içindəydim. HəmiĢəkindən daha
çox içirdim. Ġlk romanımı yazmağa çalıĢırdım. Hər dəfə
axĢam yazarkən mən bir pinta
1
viski və iki dənə altı pivəlik
qutunu boĢaldırdım. Səhərə qədər ucuz siqarlar çəkir,
makinada yazır və klassik musiqiyə qulaq asırdım. Özümə
hər gecə on səhifə yazmağı hədəfləmiĢdim. Əslində, neçə
səhifə yazdığımı növbəti günə qədər bilmirdim. Mən,
adətən, yerimdən qalxar, qusandan sonra ön otağa keçib
divanın üstündə neçə vərəq olduğuna baxardım. HəmiĢə on
səhifədən artıq yazırdım. Bəzən orada 17, 18, 23, 25 səhifə
olurdu. Əlbəttə, hər gecə gördüyüm iĢə ya düzəliĢ etmək, ya
da onu atmaq lazım gəlirdi. Birinci romanımı yazmağa
iyirmi bir gecə sərf etməli oldum.
Qaldığım həyətin arxasında yaĢayan ev sahibləri məni
dəli hesab edirdilər. Hər səhər yuxudan duranda, artırmada
1
Ġngiltərə və ABġ-da 0,56 litrə bərabər maye və quru maddələr üçün ölçü vahidi
|