www.vivo-book.com
5
qəhvəyi rəngli bir bağlama görürdüm. Bağlamanın
içindəkilər dəyiĢilirdisə də, adətən, onun içində pomidorlar,
qırmızı turp, portağal, yaĢıl soğan, sup bankaları və qırmızı
soğan qoyulurdu. Ara-sıra, ev sahibləri ilə səhər saat 4-5-ə
qədər pivə içirdim. Qoca dəmləĢib huĢunu itirəndə, onun
arvadı ilə əl-ələ tutardıq və bəzən mən onu öpərdim. Qapıda
ayrılanda isə onu əsl ehtirasla öpərdim. Qadının üz-gözü
qırıĢ-qırıĢ olsa da, buna müqavimət göstərmək iqtidarında
deyildi. O katolik idi və hər bazar səhəri öz çəhrayı
Ģlyapasını geyinib kilsəyə gedəndə çox qəĢəng görünürdü.
Məncə, Lidiya Vans ilə ilk bədii qiraətim zamanı tanıĢ
olmuĢdum. Bu, Açılan Körpüdə, Kenmor Avenyudakı kitab
dükanında baĢ tutmuĢdu. Yenə də mən dəhĢət içindəydim.
Təkəbbürlü, amma dəhĢət içində. Dükana daxil olanda,
orada yalnız ayaq üstə dayanmaq üçün yer olduğunu
görmüĢdüm. Dükanın sahibi və zənci bir qızla yaĢayan
Piterin önündə nağd pul qalağı vardı.
–
Zibil, – məni görən kimi o dedi, – əgər onları bura
həmiĢə belə doldura bilsəydim, Hindistana daha bir səfər
etməyə pulum olardı!
|