www.vivo-book.com
9
– Gedirsən, yaxĢı yol. Mənim öz maĢınım var, – deyə
Lidiya cavab verdi. Mən evimə sənsiz də qayıda bilərəm.
Piter qapıya tərəf qaçdı, birdən dayandı və geri
çevrilərək dedi:
– YaxĢı, Çinaski! Sənə nə gətirdiyimi unutma!
Piter sözünü bitirib qapını çırpdı və gözdən itdi. Lidiya
divanın qapıya yaxın ucunda oturdu. Mən ondan bir fut aralı
əyləĢdim və ona baxdım. O çox ecazkar görünürdü. Mən isə
qorxurdum. Əlimi uzadıb onun uzun saçlarına toxundum.
Saçları füsunkar idi. Cəld əlimi geri çəkdim.
– Bütün bu saçlar, həqiqətən də sənindirmi? –
soruĢdum. Baxmayaraq ki, bu saçların onun əsl saçları
olduğunu bilirdim.
– Hə, – deyə o cavab verdi, – mənimdir.
Mən əlimlə yöndəmsiz bir tərzdə onun çənəsindən
tutdum və baĢını özümə tərəf çevirməyə cəhd elədim. Belə
vəziyyətlərdə heç vaxt özgüvənim olmayıb. Mən onu
yüngülcə öpdüm.
Lidiya yerindən ayağa sıçradı.
– Mən getməliyəm. Dayə tutmuĢam. Ona pul ödəyirəm.
|