www.vivo-book.com
12
pastasının Ģirin dadı mədəmi bulandırmıĢdı. Hamamxanadan
çıxdım.
– Sən xəstələnmisən, Lidiya dedi, – mənim getməyimi
istəyirsənmi?
– Oh, yox, mən yaxĢıyam. Mən yuxudan ayılanda,
həmiĢə belə oluram.
Lidiya çox gözəl görünürdü. Pərdələrdən süzülən iĢıq
onun üzərində bərq vururdu. Onun əlində portağal vardı və
onu havaya atıb tuturdu. Portağal havada uçarkən səhər
günəĢinin iĢığında fırlanırdı.
– Mən qala bilmərəm, o dedi, – amma səndən bir Ģey
xahiĢ edəcəm.
– Əlbəttə.
– Mən heykəltaraĢam və sənin kəllənin heykəlini
düzəltmək istəyirəm.
– YaxĢı.
– Bunun üçün sən mənim yanıma gəlməlisən. Mənim
emalatxanam yoxdur. Biz bunu mənim evimdə etməli
olacağıq. Bu sənin sinirlərini gərməz, elə deyilmi?
– Yox.
|