www.vivo-book.com
14
Mən ona cavab vermədim.
– Lənət Ģeytana! Liza bu ... hara soxuĢdurub? – Lidiya
otaqda nəsə axtarmağa baĢladı. – Ax bu canı yanmamıĢ
kiçik qızlar, həmiĢə analarının alətlərini də götürüb aradan
çıxırlar!
Lidiya baĢqa bir alət tapdı.
– Bunu bir təhər uyğunlaĢdıraram. Ġndi isə
tərpənmədən otur, özünü çox da gərmə, amma tərpənmədən
otur.
Mən üzüm ona tərəf oturmuĢdum. O isə ucunda məftil
ilgək olan taxta bir alətlə gil topasının üzərində iĢləyirdi.
Sonra aləti qalağın üzərindən ara-sıra mənə tərəf yellədirdi.
Mən onun hərəkətlərini izləyirdim. Onun gözləri mənə
baxırdı. Bu gözlər iri və tünd qonur rəngdə idi. Hətta onun
pis gözü, digər gözünə bir qədər uyuĢmayanı da gözəl
görünürdü. Mən də gözlərimi ondan çəkmirdim. Vaxt isə
keçirdi. Mən trans halına düĢmüĢdüm. O birdən dedi:
– Fasilə etməyə necə baxırsan? Pivə istəyirsənmi?
– Əla. Hə istəyirəm.
|