www.vivo-book.com
22
Mən ön otağa keçdim. Lidiya Lizanı dizlərinin üstünə
otuzdurdu.
– Oooo, qoy mama baxsın. Oooo, qoy mama sənin
barmağını öpsün. Mama indi sənin barmağını yaxĢı eləyər!
– ANA, ağrıdır!
Mən kəsilmiĢ yerə baxdım. Kəsik demək olar ki,
görünmürdü.
– Bura bax, – mən nəhayət, Lidiyaya dedim, – sabah
görüĢərik.
– Mən təəssüf edirəm, – deyə o cavab verdi.
– Bilirəm.
Liza baĢını qaldırıb mənə baxdı. Onun gözlərindən
durmadan elə hey yaĢ damcıları süzülürdü.
– Liza anasını incitməyə qoymaz, – Lidiya dedi.
Mən qapını açdım, sonra bağladım və özümün 1962-ci
il buraxılıĢı olan “Merkuri Komet”imə tərəf addımladım.
Dostları ilə paylaş: |