www.vivo-book.com
25
Qadın qapını örtdü.
Lidiya gec gəldi. Qapıdan aktrisa kimi daxil oldu.
Diqqətimi özünə ilk çəkən Ģey onun baĢındakı kənarına
lavanda lələyi taxılmıĢ böyük kovboy Ģlyapası oldu. O
mənimlə heç nə danıĢmadan dərhal kitab mağazasının cavan
satıcısının yanına oturdu və onunla nəsə haqqında
gərginliklə söhbət etməyə baĢladı. Mən daha çox içməyə
baĢladım və mənim danıĢığımdakı yumor və enerji harasa
qeyb oldu. Kitab satıcısı pis oğlan deyildi, sadəcə, yazar
olmağa çalıĢırdı. Onun adı Rnedi Evans idi, lakin o
Kafkanın elə dərininə dalmıĢdı ki, bədii aydınlığa nail
olması mümkün görünmürdü. Biz onun xatirinə
dəyməkdənsə, onu “YumĢaldıcı YanaĢma” jurnalında çap
etməyi, üstəlik onun mağazası vasitəsi ilə öz jurnalımızı
satmağı daha məqsədəuyğun görmüĢdük.
Mən pivəmi bitirdim və ətrafda bir qədər dolaĢdım.
Arxa artırmaya çıxdım, dalana enən pilləkəndə oturdum və
yekəpər bir qara piĢiyin zibil qabına girmək üçün
çabalamasına tamaĢa etməyə baĢladım. Mən pillələr ilə
enərək ona yaxınlaĢdım. Lakin ona yaxınlaĢdığım an piĢik
|