www.vivo-book.com
28
– Mən isə yox.
– Sənin insanları sevmədiyini bilirəm, amma mən
onları çox sevirəm. Onlar səninlə görüĢmək üçün bura
gəlirlər. Bəlkə də onlar səninlə görüĢə gəlməsəydilər, sənin
onlardan daha çox xoĢun gələrdi.
– Yox, nə qədər az görsəm, onlardan bir o qədər çox
xoĢum gələr.
– Sən Semminin xətrinə dəydin.
– Sən elə bil. Amma o, evə, öz anacığının yanına getdi.
– Sən qısqanc, həm də etibarsız adamsan. Sən elə
düĢünürsən ki, mən söhbət etdiyim hər kiĢi ilə yatağa
girməyə hazıram.
– Yox, elə düĢünmürəm. Bura bax, bir qədəh içkiyə
necə baxırsan?
Mən yerimdən qalxıb ona bir içki qarıĢdırdım. Lidiya
uzun bir siqaret alıĢdırdı və içkisindən bir udum aldı.
– Bu Ģlyapa sənə çox yaraĢır, – mən dedim. – Hələ o
bənövĢəyi lələyi demirəm.
– Bu mənim atamın Ģlyapasıdır.
– Bəs atan öz Ģlyapasını axtarmayacaq?
|