www.vivo-book.com
728
– Mən bilmirəm. Bütün bunlar mənə çox ağır gəldi.
Mən hardan bilim ki, sən bir də belə etməyəcəksən?
– Heç kim nə edəcəyindən heç vaxt əmin ola bilməz.
Sən özün də nə edəcəyindən, məncə, əmin deyilsən.
– Mən nələr hiss etdiyimi çox yaxĢı bilirəm.
– Bura bax, Sara, mən, hətta səndən bu günlərdə nə ilə
məĢğul olduğunu soruĢmuram.
– Çox sağ ol, sən çox lütfkarsan.
– Səninlə görüĢmək istəyirəm. Bu axĢam. Yanıma gəl.
– Henk, mən hələ bilmirəm...
– Mənim evimə gəl. Oturub, sadəcə, söhbət eləyərik.
– Qanım çox qaradır. Lap cəhənnəm əzabı çəkmiĢəm.
– Qulaq as, gör nə deyirəm: sən mənim bir nömrəli
qadınımsan və ikinci nömrəli qadın isə heç yoxdur.
– YaxĢı. AxĢam təxminən saat yeddidə gələcəm. Bura
bax, indi məni iki müĢtəri gözləyir...
– YaxĢı. Onda axĢam yeddidə görüĢərik.
Dəstəyi asdım. Saranın, həqiqətən, çox mərhəmətli
qəlbi vardı. Tanyaya görə onu itirmək gülünc olardı. Amma
Tanya da mənə bəzi Ģeylər bəxĢ eləmiĢdi. Sara daha yaxĢı
|