www.vivo-book.com
158
qiymətə satmıĢdı. Yuxarı mərtəbədə uĢaqlar üçün yataq
otağı, evin arxasında isə içi müxtəlif ağaclar və bambuk
pöhrəliləri ilə dolu inanılmaz dərəcədə böyük bir həyətyanı
sahə vardı.
Anjela bacıların ən böyüyü, ən ağıllısı, ən qəĢəng
bədənə və ən realist düĢüncəyə malik olanı idi. O daĢınmaz
əmlak biznesi ilə məĢğul olurdu. Amma Anjelanın harada
yerləĢəcəyi ilə bağlı problem yaranmıĢdı. Bizim evimizdə
ona ayıra biləcəyimiz boĢ yer yox idi. Lidiya onu Marvinin
evində yerləĢdirməyi təklif etdi.
– Marvin? – mən ondan soruĢdum.
– Hə, Marvin, – deyə Lidiya cavab verdi.
– YaxĢı, onda gəlin gedək, – mən dedim.
Biz hamımız Lidiyanın narıncı rəngli sınıq-salxaq
zibilinə doluĢduq. Əsl “Zibil”. Onun maĢınını biz belə
adlandırırdıq. O, çənə oxĢayırdı. Köhnə və idbar bir çənə.
AxĢamdan bir xeyli keçmiĢdi. Yola çıxmazdan əvvəl,
telefonla zəng edib Marvini xəbərdar etmiĢdik. O bizə bütün
axĢamı evdə olacağını söyləmiĢdi.