www.vivo-book.com
216
qaysaqlamaqda idi. Yenə bir az hidrogen peroksidi, bint və
bir də Epsom duzu almaq üçün aptekə getdim. Vannanı isti
su ilə doldurdum, içinə də bir az da Epsom duzu tökdüm və
sonra vannaya girdim. Özümü bir ayağını itirmiĢ birisi kimi
xəyalımda canlandırmağa baĢladım. Bunun üstün cəhətləri
də vardı:
HENRĠ ÇĠNASKĠ ġÜBHƏSĠZ DÜNYADA ƏN
YAXġI TƏKAYAQLI ġAĠRDĠR.
Həmin gün Bobbi məni yoluxmağa gəldi.
– Bir ayağın amputasiya edilməsi üçün nə qədər pul
lazım olduğundan xəbərin varmı?
– "$12,000 dollar.
Bobbi gedəndən sonra mən öz həkimimə zəng vurdum.
Bir ayağım bintlə bərk-bərk sarınmıĢ vəziyyətdə
Hyustona uçdum. Ġnfeksiyanı sağaltmaq məqsədilə
antibiotik həblər qəbul edirdim. Həkimim məni xəbərdar
eləmiĢdi ki, istənilən növ və dərəcədə içki qəbulu antibiotik
həblərinin bütün müsbət təsirini heçə endirəcək.
|