www.vivo-book.com
43
Balıqlar yeyildikdən sonra Diana sümükləri yığıĢdırıb
apardı. Sonra süfrəyə Ģokoladlı tort və tünd (ucuz) qırmızı
Ģərab gəldi.
– Ah, bu tort necə də dadlıdır, Lidiya dedi, – bir tikə də
götürə bilərəmmi?
– Əlbəttə, əzizim, – deyə Diana cavab verdi.
– Mister Çinaski, – otağın o biri baĢından qarasaçlı bir
qız səsləndi, – sizin alman dilinə tərcümə edilmiĢ
kitablarınızı oxumuĢam. Siz Almaniyada çox məĢhursunuz.
– Çox gözəl, – mən dedim, – onlar mənə bir az qonorar
da göndərsəydilər bu lap əla olardı...
– Bura baxın, – deyə Lidiya dilləndi, – gəlin bu
baĢağrıdan bədii söhbətlərə girməyək. Gəlin nəsə baĢqa bir
Ģey edək.
O yerindən sıçrayaraq qalxdı və yoluna çıxan hər Ģeyi
əzib devirərək irəli çıxdı.
– GƏLĠN RƏQS EDƏK!
Harri Askot özünün ən xoĢ və alicənab təbəssümünü
nümayiĢ etdirərək stereonun səsini artırdı. Özü də nəyi var
artırdı.
|