www.vivo-book.com
483
– Bunu köynəyimin qoluna qeyd edə bilərəmmi?
– Əlbəttə.
– Bəlkə nə vaxtsa ondan istifadə edə bilərəm.
– Bircə məndən istifadə etmə, səndən istədiyim sadəcə
budur. Sənin növbəti qadınlarından birisi olmaq istəmirəm.
Mən cavab vermədim.
– Bacımın səndən zəhləsi gedir, – Liza dedi. – O mənə
dedi ki, sən, sadəcə, məndən istifadə edəcəksən.
– Sənin tərzin birdən hara yox oldu, Liza? Sən də hamı
kimi danıĢmağa baĢladın.
ġam yeməyinə biz elə də baĢlaya bilmədik. Evə
qayıdandan sonra biz bir neçə qədəh də içdik. O, həqiqətən,
mənim çox xoĢuma gəlirdi. Mən onu bir balaca sözlə təhqir
etməyə baĢladım. Deyəsən o təəccüblənmiĢdi, gözlərində
yaĢ damcıları görünürdü. Vanna otağına qaçdı və orada
təxminən on dəqiqə qaldı, sonra isə qayıdıb gəldi.
– Mənim bacım haqlı imiĢ. Sən əclafsanmıĢ!
– Gəl yatağa gedək, Liza.
Biz yatmağa hazırlaĢdıq. Çarpayıya uzandıq və mən
dərhal onun üstünə dırmaĢdım. Sevgi öncəsi oxĢamalar,
|