www.vivo-book.com
524
– TamaĢadakı rolunun sözlərini əzbərləmisən?
– Hə, əzbərləmiĢəm, amma düĢünürəm ki, bu dəfə
pyesi oyunlardan əvvələ salmalıyıq. Keçən dəfə pyesi
oynamağa baĢlayanadək o qədər içdik ki, onu lazım olduğu
kimi oynaya bilmədik.
– YaxĢı, Vinsent, sənin istədiyin kimi eləyərik.
Bu mükalimədən sonra, Vinsent və onun rezin dili geri
çevrilərək qapıdan çıxdılar.
Larri də yerindən qalxdı.
– YaxĢı, artıq mən də getməliyəm. Sizinlə tanıĢ
olmağıma çox Ģad oldum, – o mənə dedi.
– YaxĢı, Larri.
Biz bir-birimizin əlini sıxdıq və Larri mətbəxdən
keçərək arxa qapıya tərəf addımladı. Oradan çıxaraq öz
evinə getdi.
– Larri mənə çox kömək eləyir, çox yaxĢı qonĢudur.
ġadam ki, sən onunla xoĢ rəftar elədin.
– Hmm, o normal adamdır. Birdə ki, o bura məndən
əvvəl gəlmiĢdi.
– Biz onunla sekslə məĢğul olmuruq.
|