www.vivo-book.com
542
çıxardım. Divanın ətrafında dövrə vurub onun yanında
əyləĢdim. Hər ikimizə bir qədəh içki süzdüm.
– Qoca idbar üçün sən çox ürəklisən, – o mənə dedi.
– Bəlkə Debra gələnədək, tez bu iĢi bitirək, necə
bilirsən?
– Yox.
– Məndən zəhlən getməsin. Mən sadəcə məclisimizi
canlandırmağa çalıĢıram.
– Məncə, sən həddini aĢmısan. Elə indicə etdiyin Ģey
iyrənc və bayağı idi.
– Yəqin mənim təxəyyülüm elə də güclü deyil.
– Hələ deyirsən ki, yazıçısan?
– Mən yazıram. Amma, əsasən, fotoĢəkillər çəkirəm.
– Məncə sən qadınları sikirsən ki, sonra onları necə
sikdiyin haqqında yaza biləsən.
– Bilmirəm.
– Məncə, hər Ģeyi çox yaxĢı bilirsən
– YaxĢı, yaxĢı, yaddan çıxar. Hə, iç görüm.
Tessi yenidən öz qədəhinə qayıtdı. Öz içkisini bitirdi və
sonra siqaretini əzib söndürdü. BaĢını qaldırıb öz süni və
|