www.vivo-book.com
56
– Əlbəttə, mister Çikanski, – deyə onlardan birisi cavab
verdi, – ürəyiniz nə istəsə, edə bilərik.
– YaxĢı, – mən dedim, – onda gəlin burdan arxamıza
baxmadan elə cəhənnəm olaq ki heç izimiz-tozumuz da
qalmasın.
8
Mən evimə geri döndüm. Lidiyanı bir neçə dəfə
qayırdım, onunla dalaĢdım və bədii qiraət etmək üçün Los
Ancelesin beynəlxalq hava limanından Arkanzasa uçdum.
Bəxtim əməlli-baĢlı gətirmiĢdi, yanımdakı yerlər tamamilə
boĢ idi. Təyyarənin kapitanı, əgər səhv eĢitmədimsə, özünü
sərxoĢqafa deyə təqdim etdi. Stüardessa yanımdan keçəndə
özümə bir qədəh içki sifariĢ etdim.
Stüardessalardan birisini tanıdığıma əmin idim. O
Lonq-Biçdə yaĢayırdı, mənim bir neçə kitabımı oxumuĢdu,
hətta mənə içinə öz Ģəklini və telefon nömrəsini də qoyduğu
bir məktub da göndəribmiĢ. Mən onu Ģəklindən tanıdım.
Onunla görüĢmək mənə heç vaxt müyəssər olmamıĢdı,
|