www.vivo-book.com
558
pozduqlarına görə cəzalandırmamıĢdı. Bütün bu kütlə elə bil
süddən yığılmıĢ qaymaq idi.
Sara mənə bir dənə sağlam qidadan hazırlanmıĢ
buterbrod gətirdi.
– Al, bunun bir dadına bax.
Bu oğlanlar zalda veyilləndikləri vaxt mən buterbrodu
həzmi-rabedən keçirdim. Çox keçmədən onlardan biri
yerindən qalxıb çölə çıxdı. Sonra onun arxasınca birisi də
çıxdı. Sara təmizlik iĢləri ilə məĢğul idi. Zalda oğlanlardan
yalnız birisi qalmıĢdı. Onun təxminən 22 yaĢı olardı. O,
döĢəmədə oturmuĢdu. Uzundraz idi və beli yay kimi
əyilmiĢdi. Ağır qara sağanaqlı gözlük taxmıĢdı. YoldaĢları
ilə müqayisədə o daha yalqız və daha əbləh görünürdü.
– Ey, Sara, – oğlan dedi, – gəl bu axĢam pivə içməyə
gedək.
– Yox, bu axĢam olmaz, Mayk. Sabah axĢam getsək
necə olar?
– DanıĢdıq, Sara.
O yerindən qalxıb piĢtaxtaya yaxınlaĢdı. Oraya bir
sikkə qoydu və özü üçün sağlam qidadan hazırlanmıĢ bir
|