www.vivo-book.com
610
ÇərĢənbə günü artıq hava limanında Ayrisi
gözləyirdim. Bir yerdə oturub qadınlara göz qoyurdum.
Onlardan heç birinin xarici görünüĢü – bir neçəsi istisna
olmaqla – Ayris ilə müqayisəyə gəlmirdi. Mənə nəsə
olmuĢdu: seks haqqında həddən çox düĢünürdüm. Gözümə
dəyən hər bir qadını özümlə yataqda təsəvvür edirdim. Bu,
hava limanında gözləyərkən vaxt öldürməyin maraqlı üsulu
idi. Qadınlar: onların paltarlarının rəngi, nazlana-nazlana
gəzmələri, bəzi simalardakı əzazillik, ara-sıra qarĢıma çıxan
əsl və valehedici qadınların üzlərində gördüyüm xalis
gözəlliyi xoĢuma gəlirdi. Onlar bizə üstün gələ bilərdilər:
onlar bizdən daha yaxĢı plan qurur və bizdən daha yaxĢı
təĢkilatlanırlar. KiĢilər oturub peĢəkar futbola baxdıqları,
pivə içdikləri, ya da boulinq oynadıqları vaxt, onlar, qadınlar
bizim haqqımızda düĢünür, bütün diqqətlərini üstümüzdə
cəmləyir, bizi tədqiq edir və qərar verirlər – bizi qəbul
etsinlər, yoxsa lazımsız bir Ģey kimi kənara atsınlar, bizi
baĢqası ilə dəyiĢsinlər və ya öldürsünlər, ya da sadəcə bizi
tərk etsinlər. Nəticə etibarilə bunun demək olar ki, heç bir