www.vivo-book.com
692
– Mən də orada idim, – Sara dedi. Səhnəyə çıxmaq
üçün iki nəfər Henkə yardım elədi. Çünki o tamamilə sərxoĢ
idi və özünü çox pis hiss edirdi.
– Bura bax, Sara, – Dinki dedi, – mənim çıxıĢım yəni
belə pisiydi?
– Yox, heç də pis deyildi. Sadəcə, tamaĢaçılar Henki
səhnədə görmək üçün səbrsizlənirdilər. Ona görə də hər Ģey
onları qıcıqlandırırdı.
– Sağ ol, Sara.
– Bilmirəm, yəqin mənim folk-rokdan baĢım çıxmır, –
dedim.
– Bəs nə sənin xoĢuna gəlir?
– Demək olar ki, bütün alman klassik musiqi
bəstəkarları. Hə, bir də bəzi rus bəstəkarlar.
– Təxminən on dənə yeni mahnı yazmıĢam.
– Bəlkə onlardan bir neçəsinə qulaq asaq? – deyə Sara
ondan soruĢdu.
– Amma deyəsən, özünlə gitaranı gətirməmisən, düz
demirəmmi? – mən soruĢdum.
|