www.vivo-book.com
72
Valeri geri dönüb yolun kənarındakı səki ilə qaçmağa
baĢladı. Onun hündürdabanlı ayaqqabılarının çıxardığı səsi
eĢidirdim.
– Hə, içəri gəl görüm, – mən Lidiyaya səsləndim. O
mənim arxamca evə girdi.
– Sənə bu məktubu vermək üçün buraya gəlmiĢəm və
belə görürəm ki, lap vaxtında gəlmiĢəm. O qadın kim idi?
– Bobbinin arvadı. Biz, sadəcə, dostuq.
– Sən onu sikmək fikrində idin, düz demirəmmi?
– Bir dayan görüm, ona səni sevdiyimi dediyimi öz
qulaqlarınla eĢitdin ki.
– Sən onu sikmək fikrində idin, düz deyirəm?
– Bir dayan, qulaq as əzizim...
Qəfildən o məni itələdi. Mən divanın qarĢısında
qoyulmuĢ qəhvə masasının önündə durmuĢdum. Mən arxası
üstə qəhvə stolunun və qəhvə stolu ilə divanın arasındakı
boĢluğa yıxıldım. Qapının zərblə çırpıldığını eĢitdim.
Yerdən qalxmağa macal tapmamıĢ, Lidiyanın maĢınının iĢə
düĢən mühərrikinin səsini eĢitdim. Sonra o maĢını sürüb
getdi.
|