54
Hər bir məmulatın keyfiyyətini yoxlayarkən onun mexaniki, fiziki-kimyəvi
xassələri, termiki, qoruyucu və qalvanik
örtüyün keyfiyyətinin təyini və s.
xassələr müxtəlif metodlarla təyin
edilir. Bu proseslər normativ-texniki
sənədlərə uyğun olaraq, mütəxəssis
ekspertlər
tərəfindən
müasir
avadanlıqlarla
təchiz
olunan
laboratoryalarda aparılır.
Mexaniki
xassələrin
qiymətləndirilməsi zamanı məmulatın
elastikliyi, plastikliyi, özülülüyü, möhkəmliyi, bərkliyi tədqiq olunur. Metal
məmulatlara xaricdən edilən təsir göstərilə bilər. Bu zaman metalda gərginlik əmələ
gəlir. Gərginlik-yükün metal səthə etdiyi təsirlə ölçülür. Bu zaman metal
deformasiyaya uğrayır. Deformasiya-xarici təsirin nəticəsində, məmulatda baş verən
fiziki-mexaniki prosesdir. Yəni məmulatın öz əvvəlki formasını dəyişə bilməsi və ya
saxlamasıdır. Xarici qüvvələrin təsiri nəticəsində deformasiyaya uğramış metalın,
təsir kəsildikdən sonra öz əvvəlki formasına qayıtması
elastiklik adlanır.
Plastiklik isə
deformasiya olunmuş metalın, xarici təsir kəsildikdən sonra öz əvvəlki forması
saxlamaq qabiliyyətidir.
Möhkəmlik. Metalların xarici təsirlərin qüvvəsinə məruz qaldıqda dağılmaya
müqaviməti
möhkəmlik adlanır. Möhkəmlik göstəricisini təyin etmək üçün sınaq
nümunəsini xüsusi maşınlarda sınaqdan keçirirlər. Bu zaman nümunənin dartılma
davamlıığı, sıxılma, burulma, əyilmə qabiliyyəti yoxlanılır. Yeməkxana təyinatlı
mallarda keyfiyyətə verilən tələblər içərisində möhəmlik əsas göstəricidir. Dartılma
sınaqları geniş istifadə olunur. Bu üsulla metal nümunə standarta uyğun olaraq
(DÜST 1497-72) yoxlanılır.
Dostları ilə paylaş: