Cəfərova Gülbahar Şahin qızı (magistrantın s a. a. )


GİRİŞ  Mövzunun aktuallığı



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə2/45
tarix28.06.2022
ölçüsü1,5 Mb.
#62452
1   2   3   4   5   6   7   8   9   ...   45
C-f-rova-G-lbahar

GİRİŞ 
Mövzunun aktuallığı:Ölkəmizdə bazar iqtisadiyyatinin,elm və texnikanin inkişafi 
sürətləndikcə əhalinin tələbləri də artır. Respublikamızda gündən-günə genişlənən 
iqtisadi əlaqələr bazar münasibətətlərinə müsbət təsir göstərir. Lakin iqtisadi 
islahatların səbəbindən istehlak mallarına olan tələbin bir qismi xarici ölkələr 
hesabına ödənilir. Son illər aparılan təcrübi tədqiqatlar onu göstərir ki,istehlak 
mallarının saxtalaşdırılması nəticəsində insan və ətraf mühit üçün təhlükəliliyi artır. 
Ekspertlərin qarşısında duran ən böyük problemlərdən biri də bunun aradan 
qaldırılmasıdır. 
Hazırkı dövürdə metaldan hazırlanan qabların tərkibinin,qidanın saxlanması 
zamanı tərkibində baş verən kimyəvi proseslər nəticəsində metal oksidlərinin qidanın 
tərkibinə keçərək baş verən dəyişiklik nəticəsində insan orqanizminə mənfi 
təsirlərinin ekspertizasi olduqca vacib faktorlardan biridir. Bu problemlərin qarşısının 
alınmasında yüksək təcrübəli mütəxəsis ekspertlərin cəlb olunması və keyfiyyətə 
nəzarətin maarifləndirilməsi vacibdir. 
Ümumiyyətlə sərişdəli və yüksək bilikli ekspertlərin cəlb olunmması ölkənin stateji 
əhəmiyyətinə yaxşı təsir göstərmələ bərabər məhsulun satışına da təsir göstərir. 
Metal malların istifadə sahələri geniş olduğundan bu məhsulların dünya bazarına 
çıxarılması ölkə üçün böyük əhəmiyyətə malikdir. Bu sahədə yeni zavodların 
tikilməsi,yüksək keyfiyyətli və standartlara cavab verən məhsulların istehsalı və 
əhalinin tələblərinin nəzərə alınması nəticəsində insanların rifaq halının 
yaxşılaşmasına gətirib çıxardır. Metaldan hazırlanan malların alıcılıq qabiliyyətinin 
yüksək olması,bu malların istehsalını müasir texnologiya ilə və standartlarin tələbinin 
yüksək olması ilə əlaqəlidir. Bu mallar hazırlaanmasında poladdan,çuqundan və 
alimineumdan daha çox istifadə olunur. Qablar nə qədər korroziyaya davamlı 
olsalar,istismarı bir o qədər rahat və əlverişli olar. Həmçinin malların keyfiyyəti ilə 
yanşı estetik tələblərı də alıcı zövqünə uyğundursa bu mal satılır. 




Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin