Nəticə və təkliflər
“Metal ərintilərindən istehsal olunmuş yeməkxana təyinatlı malların istehlak
xassələri və keyfiyyətinin ekspertizası”na həsr olunmuş dissertasıya işini
yekunlaşdıraraq aşağıdakı nəticə və təklifləri vermək olar.
Metal və metal ərintilərindən istehsal olunan yeməkxana təyinatlı qabların istifadəsi
dünya ölkələrində insanların istifadə etdikləri məmulatlar arasında əsas yer tutur.
Əsasəndə özlərinin spesifik xassələri ilə zəngin olan qara metallardan polad, çuqun və
əlvan metallardan mis, alüminium və ərintiləri daha geniş tətbiq olunur. Sadalanan
metalların yüksən mexaniki, fiziki, kimyəvi və s. xassələri onlardan istifadəni daha
əlverişli edir. Xalq istehlakı mallarının istehsalında məhsulun keyfiyyətinin
yüksəldilməsi, texnoloji avadanlıqların təkminləşdirilməsi, tələbə uğun təklifin
yüksəldilməsi işlərinin aparılması və s. proseslər sosial-iqtisadi inkişafa gətirib
çıxarır.Dissertasiya işində metal və ərintilərindən istehsal olunan məmulatların
keyfiyyət göstəriciləri, onların analiz etdirilməsi üsulları, təyinatına uyğun
xarakteristikaları, istifadə və qulluq qaydaları, gigyenik -insan sağlamlığı üçün
təhlükəsizliyi, hazırlandığı materialın standartların tələbinə uğunluğu və s. bu kimi
məlumatlar araşdırılmışdır. Yeməkxana qabları qida ilə birbaşa təmasda olduğunu
nəzərə alsaq, onun keyfiyyətli-müxtəlif təsirlərə davamlı, örtük təbəqəsinin qalınlığı,
şirələnməsi(minalanmasi), istehsal üsulunun standartların tələbinə müvafiq olması,
istismar qaydalarına əməl olunması vacibdir.
1.
Respublikamızın günü-gündən inkişaf edir və metal məmulatların istehsalı
üçün əlverişli şərait yaranır.Bu baxımdan metal yeməkxana qablarının istehsal
prosesininölkəmizdə təşkiliməqsədəuyğundur.Bu faktor idxalın azaldılmasına gətirib
çıxardır və nəticədə iqtisadi xərclər azalır. Bunun hesabına ölkə vətəndaşlarımızın
maddi rifahını nəzərə alaraq daha keyfiyyətli məmulatlarla təmin etmiş
olarıq.Aparılan tədqiqat nəticəsində paslanmaz polad qabların istehsalının ölkəmizdə
olması məqsədəuyğundur;
75
2.
Hazırki dövrdə bir çox ölkələrdə istehsal olunan keyfiyyətsiz məhsulların
içərisində yeməkxana məmulatları da vardır. Tədqiqat zamanı bir çox keyfiiyətsiz
məhsullara rast gəlinmişdir.Bunun qarşısının alınması, məmulatların gömrük
nəzarətinin gücləndirilməsi və təhlükəsizliyin təmin edilməsi məqsədəuyğundur;
3.
Tədqiqat nəticəsində aydın oldu ki, paslanmayan polad qabların, çuqun
qabların istehsalının artırılması və istifadəsinin genişləndirilməsi lazımdır. Çünki, bu
materialdan hazırlanan qablar sağlamlıq üçün daha əlverişlidir;
4.
Qida ilə mütəmadi təmasda olmayan yeməkxana məmulatlarının istehsalında
alüminiumdan istifadə daha əlverişli və iqtisadi cəhətdən ucuz başa gəlir. Həmçinin
metalın çəkisi az olduğundan daşınması rahatdır;
5.
Aparılmış tədqiqat zamanı metal yeməkxana qablarının şirə qatı ilə
örtülməsinin onların keyfiyyətinə təsir etdiyi üçün, yeməkxana qablarının örtük
təbəqəsinin daha davamlı şirə qatı ilə örtülməsi və sağlamlıq üçün daha etibarlı
xammaldan istifadə edilməsini məqsədəuyğundur.
|