34
Cədvəl 1.1.Keyfiyyəti qiymətləndirmə metodlarının təsifatı
Obyektiv metod. Obyektiv metodla hər hansi bir kənaraçıxma, ölçmə prosesidə
uğursuzluq, malların xarakteristikası və s. bu kimi şeylərin qiymətləndirilməsinə
əsaslanır.
Orqanoleptik metod. Ölçmənin hiss üzüvlərimiz vasitəsilə aparılmasına əsaslanır.
Bunlar iybilmə, dadbilmə, görmə, toxunma orqanlarımız vasitəsilə aparılır. Keyfiyyəti
qiymətləndirmədə orqanoleptiki üsul sadə olması, ucuz başa gəlməsi, heç bir
mürəkkəb texnologiyadan istifadə olmamasına görə fərqlənir. Lakin nəticələr 100%
doğru çıxmaya bilir. Orqanoleptiki metodda iybilmə, dadbilmə üçün xüsusi
dequstatorlar tələb olunur. Aparılan tədqiqatlara görə hər kəs dequtrator ola bilməz.
Yeməkxana təyinatlı qablarda ilkin ekspertiza üçün orqanoleptiki üsulla
qiymətləndirmə lazımdır. Odur ki, əvvəlcə qabın xarici görünüşündə olan nöqsanları
(şirənin qopması, çatlar, rəngində, formasında qeyri-bərabərliyi), qapağının düzgün
oturub otrmadığını, tutacaqlarının simmetrikliyini vizual olaraq görə bilərik.
Toxunaraq səthinin hamarlılıq dərəcəsini və s. görə bilərik. Bunun üçün sərişdəli,
bacarıqlı ekspertlər tələb olunur.
Dostları ilə paylaş: