Nitqin müxtəlif funksiyaları var. Onlardan bəzilərini qeyd edək:
Nitq insanın intellektual fəaliyyətinin əsas silahıdır.
Ictimai- tarixi şərait haqqında məlumatı nitq vasitəsilə alınır.
Nitq ümumbəşəri təcrübənin mövcudluğunu təmin edir.
Nitq milli mədəniyyətin inikası vasitəsidir.
Nitq idrak alətidir
Qeyri-verbal kommunikasiya vasitələri
Mimika sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir.
- Qaş, göz, yanaq, dodaqlar və s. sifətin bu və ya digər dərəcədə lokal mimika sahələridir. Son zamanlar vizual ünsiyyət- «gözlərin təması» problemi diqqəti daha çox cəlb edir. Anatomik baxımdan gözlər nə qədər müxtəlif olsa da, onların kodları, başqa sözlə, psixosemantikası baxışların, necə deyərlər, rəqsində açıqlanır.
İntonasiya ünsiyyətin başlıca akustik vasitəsidir.
- Ünsiyyət prosesində kommunikatorun resipientə münasibəti bilavasitə onun intonasiyasında əks olunur. Onun ekspressiv- emosional funksiyası önəmlidir. İntonasiyanın bu funksiyası xüsusi məntiqi vurğu, pauza və s. kimi akustik vasitələrlə qaynaqlanır.
Dostları ilə paylaş: |