Suvarma eroziyası, onun aradan qaldırılması yolları
Eroziya uğramış torpaqlardan səmərəli istifadə etmək məqsədi- lə, onlar hər tərəfli öyrənilməli və lazımı tədbirlər nəticəsində yük- sək keyfiyyətli məhsul əldə edilməsi günün aktual məsələlərin- dəndir. Bu məsələnin düzgün həlli hər bir bolgənin torpaq-iqlim şəraitinin hər tərəfli dərin elmi təhlil etməklə bərabər torpaq münbitliyinin qorunmasından irəli gəlir.
Eroziya zamanı torpağın üst təbəqəsindən müxtəlif irilikli tor- paq hissəcikləri yuyularaq və ya sovrularaq bir yerdən digər yerə hərəkət edir. Bu zaman bəzi yerlərdə dərə, digər yerlərdə isə tə- pəciklər əmələ gəlir ki, bu da ərazinin landşaftının dəyişməsinə səbəb olur.
Eroziya prosesinin inkişafı nəticəsində torpaqla birlikdə külli miqdarda qida maddələri yuyulub aparılır.Amerka tədqiqatçısı Bennetin fikirincə ABŞ-da hər il eroziya prosesi nəticəsində 92 milyon ton azot, fosfor, kalsium və kalium yuyulub kənrlaşdırılır.
V.A.Kovdanın tədqiqatlarına əsasən müəyyən olunmuşdur ki, eroziya proseslərinin təsirindən hər il dünyada 6-7 milyon hektar torpaq sahəsi yararsız hala düşür.Bir çox dünya alimlərinin, o cümlədən Fransız alimi A.Qerrenin məlumatlarına əsasən dünyada son 100 ildə eroziyalar və defilyasiyalar nəticəsində 20 milyon km2-dən çox torpaq sahəsi yararsız hala düşmüşdür ki, bu da ümumi əkin üçün yararlı torpaq sahələrinin 27%-ni təşkil edir. Əksər ölkələrdə olduğu kimi respublikamızda da eroziya və defil- yasiya prosesi geniş yayılmışdır.Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun məlumatlarına əsasən Respublikanın torpaq fondunun 41,8%-ni, bəzi rayonlarda isə 75-80%-ni müxtəlif dərə- cədə eroziyaya uğramış torpaqlar təşkil edir. Digər bir araşdırma-
lardan məlum olur ki, respublikamızda hər il orta hesabla 45-50 milyon ton torpaq və bununla birlikdə 750-800 min ton qida mad- dələri yuyulur.
Respublikamızda aparılmış tədqiqatlar sübut edir ki, yuyulmamış torpaqlarla müqayisədə eroziyaya uğramış dağ torpaqlarında torpa- ğın yuyulma dərəcəsindən asılı olaraq humus, ümumi azot, fosfor və kaliumun miqdarı 1,5-3,0 dəfə azalır. Bu da torpaqda qida maddələ- rinin azalmasına, torpaq münbitliyinin zəifləməsinə səbəb olur.
Torpaq eroziyasının başlanması və inkişafına təsir edən bir qrup təbii amillərlə yanaşı, antropogen amillərində böyük rolu vardır. Beləki, otlaq və biçənəklərdə mal-qaranın nizamsız otarılması, təbii bitki örtüyünün məhv edilməsi, torpağın düzgün becərilməməsi, aq- rotexniki qaydalara düzgün riayət olunmaması Yer səthi ilə hərəkət edən su axmının dağıdıcı fəaliyyəti üçün əlverişli şərait yaradır.
Respublikamızın ərazisi rütubətlə kifayət qədər təmin olunma- yan bir zonada yerləşmişdir. Buna görədə kənd təsərrüfatı bitkilə- rinin becərilməsi əsasən suvarma şəraitndə aparılır.Ərazinin relyefinin müxtəlif olması, kənd təsərrüfatı bitkilərinin suvarılması zamanı suvarma norma və üsullarına düzgün riayət olunmadıqda irriqasiya eroziyası baş verir. Nəticədə torpağın humus qatı yuyulub dağılır və onun münbitliyi aşağı düşür.
Yüksək mailli sahələrdə torpaq örtüyünü suvarma eroziyasın- dan mühafizə etmək və bununla da torpağı yuyulub dağılmaqdan, aşınmadan qorumaq üçün hazırda alimlər tərəfindən bir sıra üsullar təklif edilmişdir. Bunlardan yamacı eninə şumlamaq, kultivasiya etmək, kontur və kəsik şırımlı yerüstü suvarma texnikasını tətbiq etmək. Şırımın məcrasında torpağın strukturunu süni yolla dəyiş- mək və s göstərmək olar. Bununla bərabər suvarma eroziyasının qarşısını almaq üçün suvarma texnikası, su sərfi, şırımın və ya zolağın uzunluğu, suvarmanın müddəti elə seçilməlidir ki, suvarma zamanı eroziya prosesi minimuma ensin və ya qarşısı tam alınsın. Buna görə də eroziyaya qarşı suvarma texnikası tətbiq olunarkən həmin səthin mailliyi, torpağın tipi, onun mexaniki tərkibi, suhopdurma qabiliyyəti və s nəzərə alınmalıdır.Son illər aparılmış tədqiqatlar sübut edir ki, çiləmə üsulu ilə suvarmada yağışın
intensivliyi, suvarma norması, ərazinin mailliyi və torpağın su- fiziki xassələri suvarma eroziyasının inkişafına səbəb olur.
H.Q.Aslanovun tədqiqatlarında mailliyi 0,02-0,03-dən artıq olan sahələrdə şırımlara xüsusi məsafələrdə diskret su verməklə suvarma eroziyasına qarşı mübarizə üsulunun da tətbiqi yüksək nəticə verdiyi bildirilir.
Suvarma eroziyası norrmal eroziya kimi, torpağın üst narın hissəciklərini tədricən yuyub apardığı üçün bir çox hallarda nəzərə çarpmır.Bunun nəticəsində torpağın su-fiziki xassələri, strukturu, münbitliyi pisləşir, sahələrdə şırımlar, yarğanlar əmələ gəlir. İrri- qasiya eroziyası əsasən meyilli sahələrdə suvarma norması artıq olduqda və ya selləmə üsulu ilə suvarma apardıqda əmələ gəlir. İrriqasiya eroziyası Şirvan düzünün dağətəyi hissələrində, Mil- Qarabağ, Gəncə-Qazax bölgələrində daha geniş yayılmışdır.
Tədqiqatlar göstərir ki, suvarma normadan artıq olduqda və ya torpağın mexaniki tərkibi pis olduqda suyun bir hissəsi torpağa hopur, digər bir hissəsi isə maillik istiqamətində axaraq torpağın üst narın hissəciklərini, münbit qatını yuyub aparır. Yuyulub gətirilmiş torpaq hissəcikləri sahənin aşağı hissəsində çökərək, müxtəlif qalınlıqda qaysaq, əmələ gətirir. Bu yerlərdə torpağın su- hava rejimi, fiziki xüsusiyyətləri pisləşir.
Sahə normadan artıq və ya selləmə şəklində suvarıldıqda bitki cərgələrinin arası tədricən yuyulur və bitkilərin torpaq səthinə yaxın olan kökləri çılpaqlaşır. Bunun da nəticəsində bitkilər zəif inkişaf edir, yaxud tamamı ilə quruyur.Yamacın üzüaşağı sahələri nor- madan artıq suvarıldıqda eroziya güclənir, şırımlar geniş yarğanlara çevrilir və torpaqla bərabər qida maddələri yuyulub aparılır.
İrriqasiya eroziyasının qarşısının alınmasında əsas amillərdən biridə kənd təsərrüfatı bitkilrinin suvarma texnikasına düzgün riayət etmək, ərazinin mailliyinə diqqət yetirmək lazımdır. Məsə- lən: suvarma şırımları sahədə düz xətt üzrə, eyni maillikdə çəkil- məlidir. Şırımlarla suvarılan sahələrdə 0,002-0,007 ən yaxşı mail- lik hesab olunduğu halda, təsadüfi halda 0,02-0,03-dən artıq mailliyə malik olan sahələrdə də şırım suvarması aparılır.Ancaq qeyd etmək lazımdır ki, asanlıqla yuyulan torpaqlarda, irriqasiya
eroziyasının qarşısını almaq məqsədilə maksimal maillik 0,01-dən artıq olmamalıdır.
Bütün torpaqlarda mailliyi 0,0005-dən 0,02-yə qədər olan sahə- lərdə zolaqlıa suvarma texnikasından kənd təsərrüfatı bitkilrinin suvarılmasında istifadə oluna bilər. Burada zolaqların eni ərazinin relyefindən, əkiləcək bitkinin növündən və digər amillərdən asılı olaraq götürülür.
M.İ.İsmayılovun Şəmkir rayonunda apardığı tədqiqat göstərir ki, bir istiqamətdə becərilən və suvarılan sahələrdə eroziya prosesi nəticəsində 23,8 t/ha torpaq yuyulur. Suvarma iki istiqamətdə, yəni çarpaz aparıldıqda yuyulan torpağın miqdarı xeyli azalır. Suvar- manın istiqamətindən asılı olaraq eroziya prosesinin müxtəlif in- tensivlikdə getməsi sahəyə verilən gübrələriin paylanmasına da təsir göstərir. Araşdırmalar nəticəsində məlum olur ki, gübrələrin düzgün və vaxtında verilməməsi, suvarma suyu ilə onun yuyulmasına səbəb olur.
Eyni uzunluğa və mailliyə malik olan şırımlarda suvarma su- yunun sərfi artıqca, onun dağıdıcı, yuma qüvvəsidə müvafiq olaraq artır.Nəticədə şırımlarda torpağın münbit qatı daha intensiv yuyu- laraq aparılır.Qoşqarçay hövzəsində aparılan tədqiqatlarda göstə- rilir ki, 0,6 l/san su sərfində şırımların əvvəlində bulanıqlıq 3,6 q/l, axırında isə yuyulmalar nəticəsində 8,3 q/l olmuşdur.
Suvarılan əkin sahələrində böyük şırımlar genişlənərək eroziya prosesinin şiddətlənməsi nəticəsində yarğanların, qobuların əmələ gəlməsinə səbəb olur. Bu hadisə suvarma qaydalarına və norma- larına düzgün riayət olunmayan, eroziyaya qarşı az davamlı olan torpaqlarda daha şiddətli gedir.
Suvarılan əkin sahələrində irriqasiya eroziyasının əmələ gəlmə- sinə suvarma vaxtı arxın daima eyni yerdən açılması da böyük təsir göstərir. Buna görədə istər müvəqqəti arxların, istərsədə təsər- rüfat daxili paylayıcı kanalların yerləri lazım gəldikdə dəyişdiril- məlidir.
Suvarılan torpaqlardan səmərəli istifadə edib, yüksək məhsul əldə etmək və torpaq münbitliyini qorumaq üçün irriqasiya erozi- yasına qarşı mübarizə tədbirləri aparmaq lazımdır.
Torpaq eroziyası ilə mübarizə aparmaq, eroziya prosesinin yayılma təhlükəsi olan sahələrdə onun qarşısını almaq, bir sözlə torpaqları çirklənmədən, eroziyadan qorumaq ümumdövlət əhə- miyyətli problem olub, təbiətdən səmərəli istifadənin başlıca vəzi- fələrindən biridir. Bu tədbirlər əsasən üç istiqamətdə aparılmalıdır.
Eroziyanı törədən səbəbləri aradan qaldırmaqla
Eroziya proseslərinə qarşı bilavasitə mübarizə tədbirləri və vasitələri tətbiq etməklə
Eroziyanın xalq təsərrüfatına təsirinin mənfi nəticəsində ara- dan qaldırmaqla
Eroziyanı törədən səbəblərin aradan qaldırılması elmi cəhətdən əsaslandırılmış tədbirləri tətbiq etməklə mümkündür. Bunun üçün aşağıdakı təsərrüfat-təşkilati tədbirlər həyata keçirilməlidir:
Suvarma əkinçiliyi rayonlarında irriqasiya və meliorasiya qaydalarına riayət edilməli, torpaqların suvarma nəticəsində yuyul- masına yol verilməlidir.
Suvarma normalarına və vaxtlarına düzgün riayət olunmalıdır. Mütərəqqi suvarma üsullarının tətbiqinə geniş yer verilməlidir.
Suvarma əkinçiliyi bölgələrində fitomeliorativ tədbirlər həyata keçirmək lazımdır. Aqronomik fitomeliorasiyanın mahiyyəti kənd təsərrüfatı sahələrində torpaq eroziyasının qarşısını almaq üçün çoxillik otların əkilməsindən ibarətdir. Bu tədbir şum sahələrində, çoxillik bitkilər əkilən sahələrdə, irriqasiya eroziyasına qarşı mü- barizədə çox əhəmiiətli hesab olunur. Belə fitomeliorasiya tədbir- ləri suvarma şəraitində torpaqqoruyucu növbəli əkin sisteminin əsasını təşkil edir.
Su eroziyasına məruz qalan torpaqların becərilməsi
Respublikanın kənd təsərrüfatı sahəsində elmin əsas prioritet is- tiqamətlərindən biri də torpaqların düzgün becərilməsinin və mü- hafizəsinin elmi əsaslarının işlənib hazırlanmasıdır. Bununla yanaşı əkinçilik mədəniyyətinin yüksəldilməsi, torpaqların münbit- liyinin artırılması məqsədilə elmin son nailiyyətlərindən istifadə etməklə və yeni tədqiqatlar aparmaqla torpaqların yuyularaq sıra-
dan çıxması, su, külək və irriqasiya eroziyası proseslərinə qarşı tədbirlərin işlənib hazırlanması, günün tələblərinə uyğun tətbiqi mühüm əhəmiyyət kəsb edir.
Güclü yağıntı və ərintilərin əmələ gətirdiyi sel axınının torpağı yuyub dağıtması prosesi su eroziyası adlanır. Su eroziyasının təsiri ilə sahədə çuxurlar, yarğanlar və kiçik dərələr əmələ gəlir, bu da landşaftın dəyiış məsinə səbəb olur. Bu da öz növbəsində əkin sa- hələrinin azalmasına və nəticədə kənd təsərrüfatı bitgilərinin məh- suldarlığını aşağı salır. Digər bir tərəfdən su torpağın üst münbit qatını yuyaraq, onun fiziki və kimyəvi xüsusiyyətləri pisləşir, qida maddələrini azaldır ki, bu da bəzi hallarda bitginin tam məhv olması ilə nəticələnir.
Torpaq örtüyünü yuyulub dağılmaqdan mühafizə etmək və onun münbitliyini artırmaq, eroziya prosesinin qarşısını almaq üçün davamlı və kompleks mübarizə tədbirləri aparılmalıdır. Hə- min tədbirlər içərisində torpağın xüsusi üsullarla becərilməsi mühüm əhəmiyyət kəsb edir.
Hər bir bölgənin müəyyən xüsusiyyətlərini nəzərə almaqla aşağıdakı tədbirlər planı həyata keçirilməlidir.
-Təbii təsərrüfat sahələrinin təşkili;
-Torpaqqoruyucu aqrotexniki tədbirlər;
-Fitomeliorativ tədbirlər;
-Hidrotexnlki tədbirlər.
Təbii təsərrüfat sahələrinin təşkili müasir sosial-iqtisadi və icti- mai-siyasi şəraitdə kənd təsərrüfatının hərtərəfli inkişafının, istehsal prosesinin kompleks mexanikləşdiriıməsi, avtomatlaşdırıl- ması, ümumiyyətlə intensivləşdirilməsidir. Torpaqqoruyucu növ- bəli əkinin, meşə zolaqlarının düzgün yerləşdirilməsi, yolun, ka- nalın çəkilməsi, təsərrüfatın sərhədlərinin təyin edilməsi və s işlər ərazinin kənd təsərrüfatı üzrə təşkil edilməsinə aiddir.
Ərazidə yamacları torpaq eroziyasından qorumaq üçün kənd təsərrüfatı bitkilərinin becərilməsində tətbiq olunan torpaqqoruyu- cu tədbirlər sistemi torpaqqoruyucu aqrotexniki tədbirlər adlanır. Bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd səthi su axınının azaldılması yolu ilə torpağın yuyulmasının qarşısının alınmasıdır.
Torpağın münbitliyinin azalmasına əsas səbəb torpaqdan səmə- rəsiz istifadə olunması, torpaqqoruyucu aqrotexnikanın zəif olması və ya tamamilə olmaması torpağın üst qatının yuyulması və s-dir.
Torpaq münbitliyinin artırılması və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi istiqamətində torpaqqoruyucu aq- rotexniki tədbirlər sisteminə yamacda şum və becərmə işlərinin ya- macın eni istiqamətində aparılması, su axımını tutan zolaqların ya- radılması, mühafizə məqsədilə bufer zolaqların yaradılması, dərin- dən yumşaldılmış şırımların açılması, torpaqqoruyucu növbəli əki- nin tətbiq edilməsi, torpaqların konturla becərilməsi və s daxildir.
Torpaq eroziyasının qarşısının alınması, torpağın su rejimini yaxşılaşdırmaq, torpaq münbitliyin qorumaq və yüksəltmək üçün fitomeliorativ tədbirlər, meşəmeliorativ tədbirlər sisteminin siste- matik tətbiqi tələb olunur.
Eroziyanın baş verməsinin əsas təbii amili iqlim və relyef: - yamacın mailliyi, uzunluğu və forması olmaqla, onun intensivliyi torpağın tipindən asılıdır. Ona görə də, torpağın becərilməsində həmin amillər nəzərə alınmalıdır.
İqlim şəraitindən, ərazinin relyefindən, yamacların maillik dərə- cəsindən, torpağın tipindən və s. asılı olaraq torpaqlar bu və ya digər dərəcədə eroziyaya məruz qalır. Həmin amillərdən asılı olaraq, bu və ya digər torpaqmühafizəli növbəli əkinlərdən istifadə olunur.
Sahənin maillik dərəcəsindən asılı olaraq torpaqmühafizəli növ- bəli əkinlərdə müxtəlif bitki qruplarından istifadə edilir. Mailliyi 3°-yədək olan sahələrdə növbəli əkinlərin əsas hissəsini cərgəarası becərilən bitkilər tutur.
Yamacın mailliyi 3-50 olan sahələrdə tətbiq olunan növbəli əkinlər başdan-başa səpilən bitkilərlə zənginləşdirilir. Sahənin mailliyi 5°-dən artıq olduqda isə növbəli əkin tarlalarında üstünlük çoxillik otlara verilir. Axırıncı halda növbəli əkində çoxillik otların xüsusi çəkisi 80%-ədək artırılır.
Yamacın mailliyi 5°-dən artıq olduqda, su eroziyasına qarşı tor- paqmühafizəli növbəli əkinlər tətbiq edilir. Bu növbəli əkinlərdə cərgəarası becərilən bitkilər yamacın eni üzrə zolaqlarla, 20-40 m-
dən bir, 30-60 m enində, çoxillik otlar və ya başdan-başa səpilmiş birillik bitkilərlə növbələşdirilməklə əkilir. Bu zaman güclü yağış və ərintilərin əmələ gətirdiyi su axımları nəticəsində, yamacın üst hissələrindən yuyulan torpaq hissəcikləri çoxillik ot əkinlərində və zolaqlarda saxlanılır, eroziyanın qarşısını alır.
Yamacın mailliyi 10-12° və daha çox olduqda, tərkibində çoxil- lik otlar 50%-dən çox olan ottarlalı növbəli əkinlər tətbiq edilir. Çoxillik otlar, torpağın su-fiziki xassələrini yaxşılaşdırmaqla ero- ziya prosesini xeyli zəiflədir. Çoxillik otlar tarlanı uzun müddət bitki örtüyü altında saxladığına görə, torpaqlar eroziyadan daha çox qorunur. Ona görə də, zolaqlarda əkilən bitkilərin məhsulu tez yığılarsa, aralıq bitkilərindən istifadə etməklə sahəni bitki örtüyü ilə təmin etmək lazımdır ki, bütün il boyu torpağın su ilə yuyul- masının qarşısı alınsın.
Su eroziyası müşahidə edilən sahələrdə aşağıdakı torpaqmüha- fizəli növbəli əkinlər tətbiq edilir:
Çoxillik otlar, çoxillik otlar, payızlıq taxıllar, qarğıdalının soya ilə qarışıq əkini, dənli- paxlalıların kövşənlik əkini, çoxillik otların payızlıq taxıllarla örtüklü əkini.
Lüpin yaşıl gübrə məqsədilə, payızlıq çovdar + lüpinin kövşənlik əkini, kartof, yemlik lüpin, payızlıq çovdar + lüpinin kövşənlik əkini, qarğıdalı, mərcimək.
Növbəli əkinlərin həyata keçirilməsi iki mərhələdə: - onların tətbiqi və mənimsənilməsi ilə başa çatdırılır.
Eroziya prosesinin şiddətli getməsinə böyük təsir göstərən amil- lərdən biri də yamacların mailliyi, uzunluğu və formasıdır.Məsələn S.S.Sobolyev göstərir ki, yamacın mailliyi 30-dən 20-dək azaldıqda hə hektar sahədən torpağın yuyulması 16-19m3-dən 12m3-ə qədər azalır. Bir çox hallarda eyni mailli yamaclardan müxtəlif miqdarda torpaq yuyulması müşahidə olunur. Bu isə yamacda bitki örtüyü- nün vəziyyəti və torpağın eroziyaya qarşı davamlılığı ilə izah olunur.
Yuxarıda göstərdik ki, eroziya prosesinin şiddətli getməsinə təsir göstərən amillərdən biridə yamacın formasıdır.Beləki qabarıq formalı yamaclarda səthi su axınının sürəti artdığı üçün eroziya
prosesi şiddətli şəkildə çökək formalı yamaclarda isə nisbətən zəif gedir.Düz yamaclarda eroziyanın intensivliyi sahənin mailliyindən aslı olaraq dəyişir.
Dostları ilə paylaş: |