Dispers su damcıları (aerozol) suvarma üsulu
Ən mütərəqqi suvarma üsullarından biri də dispers su damcıları ilə (aerozol) suvarmadır.Bitkilərin yaşayış amillərindən, o cüm- lədən torpaqdakı nəmlik və qida maddələrindən, havadakı rütubət, istilik, günəş radiasiyasından düzgün, səmərəli istifadə olunmasın- da dispers su damcıları üsulu ilə suvarmanın böyük əhəmiyyəti vardır.
Dispers su damcıları üsulu ilə suvarma xüsusi qurğunun kömək- liyi ilə aparılır. Suvarma vaxtı su qurğu vasitəs ilə narın hissəcik- lərə bölünərək bitkilərin üzərinə, havaya püskürülür. Havaya püs- kürülmüş su dənəcikləri bitkinin yerüstü hissəsi ilə yanaşı torpağın üst münbit, aktiv qatını isladır. Bu nəinki torpağın aktiv qatını nəmləndirir, havanın mikroiqlimini də yaxşılaşdırır. Beləki dispers su damcıları üsulu ilə suvarma apardıqda torpaq səthindən buxarlanma azalır, havanın rütubəti artır.
Aparılmış tədqiqatlar göstərir ki, əkin sahəsinə bir saat müddə- tində aerozol üsulla hektara 200-600 litr suyu verdikdə ərazidə havanın temperaturu 2-60C aşağı düşür, nisbi nəmlik isə 40-60% artır. Aerozol üsulla suvarma 12-13 saylı şəkildə göstərilmişdir.
Suvarma şəraitində torpağın becərilməsi
Suvarılan torpaqların becərilmə xüsusiyyətləri
“Sən Yer üzünü qupquru görərsən.Biz ona yağmur endirdiyimiz zaman o, titrəyib (hərəkətə gəlib) qabarar və hər gözəl cütdən bar gətirər” (“Həcc”, 22/5), Quranda 14 əsr bundan əvvəl göstərilmiş- dir ki, quraq ərazilərdə yağış və ya suvarma olmadan bitki yetiş- dirmək mümkün deyil. Digər bir ayədə qeyd edilir ki, ”Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu diriltdik, oradan dənlər çıxartdıq, onlar da bundan yeyirlər” (Yasin”, 36/33). Buradan da bizə məlum olur ki, torpağı əkib-becərməsək, onu suvarmasaq ondan heç bir məhsul əldə etmək mümkün olmaz.
Əkinçilik sistemində torpağın düzgün becərilməsi onun ən mühüm elementidir.o, torpağın su, hava, istilik və qida rejimlərinin istiqamətli dəyişdirilməsi yolu ilə mədəni bitkilər üçün ən yaxı şərait yaratmaq məqsədilə torpağa maşın və alətlərin işçi orqanları vasitəsilə mexaniki təsir göstərməsidir.
Kənd təsərrüfatı bitkiləri üçün torpağın suvarma şəraitində be- cərilməsi əkinçiliyin intensiv aparılması prinsipinə əsaslanır. Əkin sahələrindən səmərəli istifadə olunması və yüksək məhsul alınması üçün ilk növbədə torpaq becəmə üsullarına diqqət yetirmək lazımdır.Hər hansı bir tədbirin yerinə yetirilməsində müəyyən nöqsanlara yol verilər və ya iş keyfiyyətsiz aparılarsa, məhsulun və ümumi gəlirin azalmasına, maya dəyərinin artmasına səbəb olar. Suvarılan torpaqlar becərilərkən belə nöqsanlara yol verməmək üçün hər bir bölgənin torpaq-iqlim şəraitini , əkiləcək bitkilərin bioloji xüsusiyyətlərini və digər göstəriciləri nəzərə alaraq əvvəlcədən iş planı tutulmalıdır.
Düzgün və vaxtında aparılan becərmə torpaqdakı mikroorqa- nizmlərin həyat fəaliyyəti üçün ən yaxşı şərait yaradır. Bununla əlaqədar olaraq bitki qalıqlarının və çürüntünün torpaqda parça- lanma prosesi güclənir. Bitki qalıqlarının və çürüntünün parçalan- ması nəticəsində onların tərkibindəki qida maddələri tədricən mineral birləşmələrə çevrilir və bitkilər tərəfindən asanlıqla mə-
nimsənilir. Torpağın yaxşı becərilməsi mədəni bitkilərin kök sisteminin torpağa işləməsini asanlaşdırır.
Biri-biri ilə əlaqədar olan ayrı-ayrı becərmə üsullarının komp- leksi, elmi əsaslar üzərində müəyyən olunmuş vaxtda ardıcıl surət- də həyata keçirildikdə müəyyən torpaq-iqlim şəraitində torpağın münbitliyi xeyli artır. Becərmə üsullarının cəminə torpağın be- cərmə sistemi deyilir. Torpaq-iqlim şəraitindən asılı olaraq becər- mə sistemi aşağıdakı kimi qruplaşdırılır:
Torpağın dondurma becərilməsi sistemi;
Yazlıq bitkilər üçün torpağın əkinqabağı becərilməsi sistemi;
Təmiz və bitkili heriklərin becərilməsi sistemi;
Xam və dincə qoyulmuş torpaqların becərilməsi sistemi;
Səpindən sonra, vegetasiya becərmə sistemi.
Suvarılan torpaqların becərilmə xüsusiyyətləri çox vaxt yerinə yetirilmə vaxtlarına və bəzi keyfiyyətlərinə görə fərqlənirlər. Bu- nunla əlaqədar olaraq suvarılmayan torpaqlar üçün yüksək səmə- rəli olan tədbirləri mexaniki olaraq suvarılan torpaqlara aid etmək olmaz.
Suvarma torpağa hərtərəfli təsir göstərir: əkin qatının qurulu- şunu, fiziki xassələrini, kimyəvi və mikrobioloji proseslərin sürə- tini və istiqamətini, habelə üzvi maddələrin parçalanma və toplan- masının xarakterini dəyişdirir.
Suvarma zamanı torpaqda kipləşmə getdiyinə görə ümumi və qeyri-kapillyar məsamələr azalır, atmosferlə torpaq arasında olan qaz mübadiləsi pozulur və mikroorqanizmlərin fəaliyyəti zəifləyir. Suvarılan torpaqların struktur vəziyyəti pisləşdiyinə görə onun susızdırma və suqaldırma qabiliyyətləri zəifləyir. Qeyd edilən mənfi proseslərin qarşısını almaq üçün müvafiq torpaqbecərmə üsullarından istifadə edilir.
Suvarılan ərazilərdə torpağın becərilmə üsulu, müddəti və in- tensivliyi, dəmyə şəraitində tətbiq olunduğu qaydada istifadə edilə bilməz. Suvarılan ərazilərdə torpağın becərilmə üsulları öz texno- loji xüsusiyyətlərinə görə aşağıdakı işlərdən ibarətdir: Tarla səthi- nin hamarlanması, torpağın şum edilməsi, malalama, kultivasiya, torpağın sıxlaşdırılması və s.
Hamarlama: Suvarılan sahələrdə torpağın becərilməsi işinə üst səthin hamarlanmasından başlamaq lazımdır. Hamarlama apardıq- da səpin və səpinlərə qulluq işləri üçün yaxşı şərait yaranır.Kənd təsərrüfatı bitkiləri suvarılarkən, ərazinin nahamar olması sahədə suyun bərabər yayılmasına mane olur. Bəzi yerlərə su az yayılır, bəzi yerlərə isə həddindən çox su düşdüyündən torpaq çox rütu- bətlənir.Buna görədə torpaqların bərabər rütubətlənməsi üçün su- varılan sahənin hamarlanması lazım gəlir. Topağın səpinqabağı hamarlaşdırılması, suvarılarkən suyun bərabər paylanmasını təmin etmək üçün yaxşı şəraitlər yaradır.
Sahələrin suvarmaya hazırlanması işində hamarlanmadan geniş istifadə olunur. Buna görədə yerüstü suvarma üsulu tətbiq edilən sahələrdə torpağın hamarlanmasına diqqət yetirmək lazımdır. Suvarma əkinçiliyi şəraitində torpağın səthini hamarlamaq üçün ağır malala, qreyderlər və digər alətlər işlədilir.
Suvarılan torpaqlarda şorlaşmanın və bataqlaşmanın qarşısını almaq üçün sahənin səthi hamarlanmalıdır ki, suvarmalar keyfiy- yətlə yerinə yetirilsin. Çünki səthi hamar olan torpaqlarda suyun sahənin hər yerində bərabər paylanılmasına şərait yaranır.
Hamarlama aparmaqla yüksək norma ilə suvarmanın mənfi təsirinin; -relyefin çökək yerlərində suyun toplanması nəticəsində bataqlaşmanın və şorlaşmanın, habelə su eroziyasının baş vermə- sinin qarşısı alınır. Hamarlama həmçinin tarla işlərinin mexanik- ləşmə səviyyəsini yüksəldir ki, bu da əməyin məhsuldarlığının artırılmasına imkan verir.
Suvarılan torpaqların becərilməsinin əsas vəzifəsi əkin qatına kəltənvari quruluş verməklə eyni zamanda ümumi və qeyri- kapill- yar məsaməliliyin artırılması, habelə əsas əkində dövri olaraq əki- naltı qatın daha strukturalı hissəcikləri becərməyə cəlb etməkdir.
Hava-su rejimini yaxşılaşdırmaqla torpağın becərilməsi mikro- bioloji proseslərin fəallaşmasına, su və mineral maddələrin yaxşı istifadə olunmasına səbəb olur, nəticədə suvarılan torpaqların münbitliyi yüksəlir.
Şumun mikrorelyefini düzəltmək və sahəni hamarlaşdırmaq işində malalardan istifadə olunur.
Dondurma şumu: Torpağa üzvi maddələr verməklə onu müəy- yən dərəcədə münbitləşdirmək mümkündür.Ona görə əvvəlcə torpağı münbitləşdirmək, sonra şum qatını dərinləşdirmək lazım- dır. Torpaq münbitləşdikdə onun şum qatını dərinləşdirməyin böyük əhəmiyyəti vardır. Uzun müddət 20-22 sm dərinlikdə şum aparılmış sahələrdə həmin dərinliyi 25 sm-ə çatdırmaq olar. Son- rakı illərdə həmin dərinliyi ildə heç olmasa 1-2 sm artırmaqla şumun dərinliyini 30 sm-ə çatdırmaq mümkündür.
Muğan-Salyan bölgəsində əsasən boz-çəmən torpaqlar yerləşir. Tədqiqatlar sübut edir ki, bu bölgənin torpaqlarının şumlanma dərinliyini 30 sm-ə qədər artırdıqda yüksək məhsul alınır.
Azərbaycanın suvarılan pambıqçılıq bölgələrində yoncalıq yalnız pambıq əkmək üçün dondurma şum edilir.Burada dondurma şumu sistemi aşağıdakı qaydada aparılır: yoncalıq üzlənmək şərti ilə önkotancıqlı kotanla 25-30 sm dərinlikdə şumlanır. Yoncalıq şumlandıqdan sonra yonca bitkilərinin təkrar cücərməməsi üçün önkotancığı 10-12 sm dərinliyə nizamlamaq lazımdır.Bu önkotan- cıq yoncanın başını yeni zoğlar cücərən yerdən aşağı kəsər və yoncanın təkrar cücərməməsinə imkan verməz.Əsas dondurma şumuna 2-3 həftə qalmış yoncalığı yenidən çevrici alətlərlə 10-12 sm dərinlikdə üzləyəndə daha yaxşı nəticə alınır.Bu cür becərmədə yoncanın kəsilmiş köksüz başları quruyur, nəticədə o təkrar cücərmə qabiliyyətini itirir.
Suvarma şəraitində əsas şumun dərin aparılması, torpaqda nəm- liyin və qida maddələrinin daha çox toplanmasına, əkin qatının struktur vəziyyətinin yaxşılaşdırılmasına, habelə alaq otlarının, xəstəlik törədicilərin və zərərvericilərin məhv edilməsinə imkan verir. Dərin şum ön kotancıq əlavə edilən iki laylı kotanla aparıldıqda onun səmərəliliyi daha çox artır. Ən yaxşı nəticə isə 30-32 sm dərinlikdə iki layı şum və əlavə 10-15 sm yumşaltma aparıldıqda əldə edilir.
Şumun optimal dərinliyi ərazinin torpaq-iqlim şəraitindən, tət- biq olunan digər aqrotexiiki tədbirlərdən və becərilən bitkinin bio- loji xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir. Yüksək suvar- ma norması tələb edən ağır qranulometrik tərkibli torpaqlar 2-3
ildən bir dərin şumlanmalıdır. Suvarma norması az sərf olunan yüngül torpaqlarda isə dərin şumun aparılması 4-5 ildən sonra təkrar oluna bilər.
A.F.Ustinoviç, N.S.Rıjov, A.K.Bolyabo və V.Q.Tixonovaya görə, sahə hər il 20 sm dərinlikdə şumlandıqda, torpaqda kotandibi təbəqə əmələ gəlir ki, bu da torpağın sukeçirmə qabiliyyətini pis- ləşdirir və bitkinin kökünün aşağı qatlara işləməsini çətinləşdirir.
Becərmə zamanı şum qatının fiziki vəziyyətinin dəyişməsi torpağın rütubətlənmə, havalanma, istiləşmə rejimini yaxşılaşdırır və torpaqda fiziki-kimyəvi, bioloji prosesləri dəyişdirir.
Suvarılan torpaq şəraitində şum aparılarkən aşağıdakı qaydalara
əməl edilməlidir:
Şum layı tam çevrilməlidir.
Lazımı torpaq strukturu alınması üçün torpaq xırdalan- malıdır
Kövşənləri, alaq otlarının kök və toxumlarını tam dərinliyə basdırmalı.
Bu tədbirləri həyata keçirmək üçün önkotancıqlı kotandan istifadə etmək lazımdır.
Dərin əkin yaxud az münbit qatın üzə çıxarılmadan yumşaldıl- ması natriumun (Na) zərərli duzlarına, dəmir (Fe) və alminium hidroksidlərinə (Al(OH)3) malik olan qatların səthə yaxın yerləş- diyi çəmən və çəmən-bataqlıq torpaqlar üçün daha faydalıdır.
Əkinqabağı suvarma şumun keyfiyyətini xeyli yaxşılaşdırır və onun aparılmasını asanlaşdırır.Bu zaman lazımı əkin dərinliyinə və ön kotancığın düzgün işləməsinə nail olunur.
Suvarılan torpaqlar payızda dərin dondurma şumu edildikdən sonra erkən yazda həmin sahədə torpaq xeyli kipləşir və alaq otla- rının cücərtiləri əmələ gəlir. Xüsusilə qış aratı aparılan sahələrdə bu vəziyyət daha kəskin olur. Ona görə də, torpağın yazlıq bitkilər əkini üçün səpinqabağı becərilməsində çizel, kultivator, mala və s. tipli alətlərdən istifadə edilir. Bəzi halda torpaq çox kipləşmiş vəziyyətdə olduqda dərin yumşaltma və yaxud şumlama (pərşum) aparıla bilər. Pərşumu əsas şum dərinliyində aparmaq olmaz. Çünki, bu halda əsas şum zamanı torpağın alt qatına çevrilmiş bitki
qalıqları və alaq toxumları yenidən üst qata qaldırılır. Bu isə üzvi qalıqların tez parçalanmasına və sahənin alaq otları ilə zibillən- məsinə səbəb ola bilər. Bundan başqa pərşum müstəsna halda, sa- hənin çox bərkimiş və güclü alaqlanmış vəziyyətində, kifayət qə- dər nəmliyə malik olduğu zaman aparılır.Şumun aparılması əsasən aşağıda göstərilən tipli kotanlarla həyata keçirilir.
ПЛН-4-40 markalı 4 gövdəli kotan əsasən (şək 14) МТЗ-80/82 traktorları ilə aqreqatlaşır. Kotanın gövdələri kroşteynə bolt vasi- təsilə bərkidilmişdir ki, buda kotanın işçi orqanları sınan zaman onların dəyişdirilməsinə imkan verir. Kotanın işçi en götürümü 1, 6 m, şum dərinliyi 27 sm, işçi sürəti 7-9 km/saat, məhsuldarlığı 0,
92 ha/saat-dır.(şəkil 14)
ПН-8-35У markalı 8 gövdəli kotan (şək 15) əsasən Т-150 və Т- 150K traktorları ilə aqreqatlaşır. Kotanın yarımvintvari gövdələri çərçivəyə möhkəm birləşməklə otimal en götürümündə müxtəli torpaq-iqlim şəraitində torpağı becərməklə traktorun dartı gücünü azaldır və yanacağa qənaət edir. Kotanın işçi en götürümü 2,8 m, şum dərinliyi 27 sm, işçi sürəti 7-9 km/saat, məhsuldarlığı 1,82 ha/saat-dır.
Arat: Sahələrin səpinə hazırlanmasında torpaqda rütubət yaratmaq məqsədilə sahələrin arat edilməsinin böyük əhəmiyyəti vardır.Yaz dövründə atmosfer çöküntülərinin az düşdüyü Kür- Araz ovalığı bölgələrində mütləq qış və ya yaz aratı keçirilməlidir. Bu bölgələrdə sahələrin arat edilməsi, əkiləcək bitkilərin toxum- larının tez cücərməsini, həmçinin inkişafının ilk mərhələsində bitkilərin normal böyüməsini təmin edir.Arat suvarması şırımlarla aparılsa daha yaxşı nəticə verər.Beləki suvarma suyuna qənaət olunar, suçu əməyi yüngülləşər.Yüksək su tutumu olan torpaqların qış aratında hər hektara 1200-1500 m3, orta rütubətli torpaqlarda isə yaz aratı zamanı 800-1000 m3 /ha su norması verilməsi məqsədəuyğundur.Ümumiyyətlə arat elə vaxtda aparılmalıdır ki, toxum səpilənə qədər torpaq yetişə bisin.
Respublikamızın aran pambıqçılıq rayonlarında dondurma şumu sistemi tətbiq olunan yerlərdə dondurma şumundan sonra malalama aparılır, şırımlar çəkilir və tarla şırımlarla suvarılır. Yazda aparılan əkinqabağı suvarmanı əvəz edən bu suvarmaya qış
aratı deyilir. Qış aratı pambığın məhsuldarlığını yaz aratına nisbətən 15-20% artırır. Qeyd etmək lazımdır ki, yazlıq və payızlıq bitkilər əkiləcək sahələrdə aparılan əkinqabağı suvarma da bu bitkilərin məhsuldarlığını xeyli artırır.
Qış aratından və həmçinin yaz aratından sonra, aratın yetişmə vaxtını təyin etmək üçün tarla üzərində müşahidə aparmaq lazım- dır ki, bundan sonra vaxtında kultivasiya etmək və malalamaq mümkün olsun. Torpaqdakı rütubəti saxlamaq məqsədilə yağışdan sonra da malalama aparılmalıdır.
Rütubət toplayıcı suvarma aparmaq üçün əkin yamac uzunu aparılır, sonra kanalaçanlarla suvarma şırımlarının eninə çıxış şırımları açılır. Çıxış şırımları arasındakı məsafə yamacın maillik dərəcəsindən asılıdır. Müvəqqəti suvarma arxları kanalaçanlarla çəkilməklə suvarma şırımları istiqamətində yerləşdirilir.
Rütubət toplayıcı suvarmanı selləmə yolu ilədə aparmaq olar.Bunun üçün sahə 3-5 hektarlıq ləklərə bölünür və 10-15sm qalınlığında suvarma suyu ilə basdırılır.
Rütubət toplayıcı suvarmanı aparmaq üçün tirələr və ya şırımlar düzəltmək lazım gəlir. Tirələr kotanın axırıncıdan əvvəlki gövdəsinə bərkidilmiş sacla düzəldilir.Şırımlar dörd gövdəli kotanın ikinci və dördüncü sacını uzatmaqla və ya adi əkində kotanın ramasına bərkidilmiş xüsusi şırımaçanlarla çəkilir.
Suvarma qurtardıqdan sonra şırımlar malalama ilə, sonra isə alaqlar əmələ gəldikdə kultivasiya çəkməklə düzəldilir.Təmiz tor- paqlarda becərmə suvarmadan sonra aparılan üzləmə ilə məhdudlaşır. Malalama: Səpinqabağı beçərmə zamanı alaq otlarının cücərti- ləri tamamilə məhv edilməli, torpaq kifayət qədər xırdalanmalı və onun səthi hamar olmalıdır ki, toxumu barabər dərinliyə basdır- maqla normal cücərtilər əldə etmək və suvarmaları keyfiyyətlə aparmaq mümkün olsun. Bu məqsədlə tarlanın mövcud vəziyyə- tinə uyğun olaraq, becərmələri yerinə yetirmək üçün tələb olunan
alətlərdən istifadə edilir.
Malalama-yumşaltma, qarışdırma, torpaq səthini hamarlaşdır- ma, habelə alaqların cücərtilərini qismən məhv etmək məqsəilə tətbiq olunan torpaqbecərmə qaydasıdır.
Yüngül qranulometrik tərkibə malik olan torpaqların səpinə ha-
zırlanmasında çox vaxt ziq-zaq mala və şax-maladan istifadə olu- nur. Malalamanın sayı sahənin səpin üçün hazır olmasından asılı olaraq müəyyən edilir. Axırıncı mala səpinə köndələn istiqamətdə çəkilməlidir.
Dişli malanın işçi orqanı kvadrat şəkilli dişlərdən ibarətdir.Ağır dişli malalarda bir diş 1,5 kq olub torpağın 5-8 sm dərinliyinə qədər yumşaldır.Torpağın müvafiq fiziki yetişkənliyi dövründə malalar böyük kəltənləri yaxşı xırdalayır, əkin qatının üst hissəsində xırda kəltənvari quruluş yaradır və torpağı tozlandırmır. Diskili malanın işçi orqanı fırlanan sferik diskdən ibarət olub hərəkət istiqamətinə görə müxtəlif bücaqlarda qurulur.Hücum bucağının böyüməsilə əlaqədar olaraq torpağın becərilmə dərinliyi və xırdalanması artır, alaqlar yaxşı kəsilir. Diskili malanın diskili üzləyicilərdən fərqi ondan ibarətdir ki, üzləyicilərin raması təkər sistemlidir və bu da disklərin torpağa daxil olma dərinliyini
nizamlamağa imkan verir.
Qranulometrik tərkibi ağır olan gilli və gillicəli torpaqlar səpin- qabağı ağır malalar vasitəsi ilə becərilir. Bu torpaqlarda, xüsusilə arat edilmiş sahələrdə səpinqabağı becərmənin vaxtının düzgün müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki bu cür torpaqlarda suvarmadan sonra qaysaq və çatlar əmələ gəldiyinə görə, becərmələr vaxtında aparılmadıqda torpağın nəmliyi qısa müddətdə itirilə bilər.
Suvarılan torpaqlarda olan bitki əkinlərində, vegetasiya müddə- tində torpaqbecərmənin qarşısında duran əsas məqsəd, alaq otlarını məhv etmək və torpaqda əmələ gələn qaysağı dağıtmaqdan ibarət- dir. Bunun üçün yastıkəsən, oxşəkilli kultivatorlardan istifadə olunur. Şəkil 6 Başdan-başa əkilən bitkilərin vegetasiya becərməsi yüngül ziq-zaq və torlu mala çəkməklə aparılır. Müasir tipli yün- gül zıq-zaq mala şəkil 16-da göstərilmişdir.
Vərdənələmə: Səpilmiş toxum ilə torpaq arasında əlaqəni güc- ləndirmək üçün şum qatının üst hissəsini kipləşdirmək (sıxlaş- dırmaq) lazım gəlir.Belə ki, şum qatının üst hissəsini sıxlaşdıranda kapilyar boşluqlar hesabına torpağın kapilyarlığı artır. Kapilyar rütubət alt qatdan yuxarıya doğru daha çox qalxır, bunun nəti- cəsində toxumlar rütubətlə yaxşı təmin olduğundan tez cücərir.
Vərdənələmə tarlanın səthini kipləşdirmə və hamarlaşdırma, ha- belə torpağın kəltənli hissəsini xırdalamaq qaydasıdır. Vərdənələmə bir sıra keyfiyyət göstəricilərinə təsir edir. Məsələn: verilmiş dərinlikdə toxumun basdırılmasına, mədəni bitki toxumlarının torpa- ğın bərk hissəsilə yaxşı təmasda olmasına, torpağın üst qatının istilik şəraitlərinin yaxşılaşmasına və digər işlər zamanı tətbiq edilir.
Bu tədbir xüsusilə quraq bölgələrdə və ya payız mövsümü qu- raq keçən rayonlarda payızlıq bitkilərin vaxtında cücərməsinə kö- məklik edir. Quraq şəraitdə payızda səpilmiş toxumlar bəzi hal- larda yazda cücərir. Bu da məhsuldarlığın aşağı düşməsinə səbəb olur.
Tədqiqatlar göstərir ki, torpağın rütubəti tarla su tutumunun 60%-dən aşağıdırsa, onda kapilliyarlarda maye rütubətin hərəkəti olmur, o öz yerini suyun çox yavaş gedən pərdə yerdəyişməsinə verir.
Torpağı kipləşdirdikdə qeyri-kapilyar məsamələr azaldığından torpaq tez qızır və onun istilik tutumu artır.
Səpindən sonra kipləşdirmə dişli mala qoşulmuş hamar vərdənə vasitəsilə aparıla bilər.Dişli mala eyni zamanda həm torpağı sıxlaşdırır, həm də onun səthini yumşaldaraq torpaq səthindən buxarlanmanın qarşısını alır.
Vərdənələmə necə bir aqrotexniki tədbir kimi yalnız o vaxt səmərəli ola bilər ki, vərdənənin en götürümünün 1 sm-nə düşən, yaxud 1 sm2 torpaq səthinə düşən müəyyən təzyiq yaratsın. Təd- qiqatlardan məlum olur ki, ən yaxşı nəticə vərdənənin 1 sm2 torpaq səthinə düşən təzyiqinin miqdarı 300-400 qram olur.
Vərdənənin 1 sm2 səthə düşən təzyiqini təyin etmək üçün onun kütləsini və uzunluğunu bilmək lazımdır.Tələb olunan göstəricini almaq üçün çəkisi və ölçüsü məlum olan vərdənəni sahəyə gətir- mək, onun söykənəcəklərinin enini, daha doğrusu vərdənənin tor- pağa toxunma sahəsini müəyyən edirlər. Bu işi əkin sahəsində aparmaq lazımdır.
Torpağın səpinqabağı kipləşdirilməsi xırda toxumlu bitkilərin toxumlarının lazımı dərinliyə basdırılmasına şərait yaratmaqla bərabər, toxumların torpaqla təmasda olmasına əlverişli şərait
yaradır. Torpağın sıxlaşdırılmasında müxtəlif növ vərdənələrdən istifadə olunur ki, bu da şəkil 17-də göstərilmişdir.
Kultivasiya: Cərgəaraları becərilən bitki əkinlərində alaqların məhv edilməsi və torpağın yumşaldılması, vegetasiya müddətində kultivasiya çəkməklə yerinə yetirilir.
Kultivasiya-torpağın yumşaldılmasını, qismən qarışdırılmasını, habelə alaqların kəsilməsini təmin edən becərmə qaydasıdır.
Kultivasiyanın sayı, dərinliyi və aparılma müddəti sahənin alaq- lanma və kipləşmə dərəcəsindən asılıdır. Adətən vegetasiya suvar- malarından sonra torpağı yumşaltmaq üçün kultivasiya çəkmək lazım kəlir. İlk dövrlərdə kultivasiyanın en götürümü artıq, dərin- liyi isə az götürülür. Vegetasiya müddətində sonrakı kultivasi- yaların en götürümü azaldılır və dərinliyi isə tədricən artırılır.
Suvarma şəraitində torpağın əsas, səpinqabağı və vegetasiya be- cərmələrinin qaydaları və üsulları ərazinin torpaq-iqlim şəraitin- dən, suvarma rejimindən, becərilən bitkilərii bioloji xüsusiyyətlə- rindən və s. asılı olaraq müəyyən edilir.
Torpağın becərilməsi şorlaşmanın aradan qaldırılmasını, suvarı- lan torpaqların bataqlaşmasını və planlaşdırma işlərini həyata keçirməklə onların suvarılması üçün mühüm əhəmiyyətə malikdir.
Suvarma şəraitində hətta eyni bitki üçün torpağın becərilmə sistemi müxtəlif torpaq-iqlim şəraitində eyni çür aparıla bilməz.
Suvarmanın üsulu (yerüstü, yağış yağdırma, yeraltı) və növü də (nəmləndirici, aldadıcı, vegetasiya suvarması) torpağın müxtəlif üsullarla becərilməsini tələb edir.
Lakin suvarılan torpaqlar üçün ümumi olan bəzi torpaqbecərmə üsulları mövçuddur. Suvarmalardan sonra qaysağı dağıtmaq məq- sədilə aparılan yumşaltmalar, alaq otlarının məhv edilməsi, dərin becərmələrlə əkin qatının qalınlığının artırılması və s. bu üsullara daxildir. Cərgəaralarının 10-12sm dərinlikdə yumşaldılması qaysağı dağıtmaqla yanaşı dərin yumşaltmada olduğuna nisbətən rütubət az buxarlanır. Lakin şoran torpaqlar yuyulduqda torpaq hissəcikləri çox çökür və tozlaşır ki, bu da daha dərin şum aparılmasını tələb edir.
S.D.Lısoqorovun apardığı tədqiqatlardan müəyyən olunmuşdur ki, əkinqabağı suvarma mikrobioloji fəaliyyəti fəallaşdırır və
torpaqda nitratların miqdarının artmasına səbəb olur.
Əkinqabağı suvarmanı aparmaq üçün köhnə, dayaz suvarma şəbəkəsini, müvəqqəti suvarma arxlarını saxlamaq olar.Suvarma şəbəkəsini dağıtmamaq üçün kövşənlikdə üzləmə aparılmır.Yabanı vələmirlə çox alaqlanmış torpaqlarda suvarma üçün mövcud olan suvarma şəbəkəsindən istifadə etmək olar.Ancaq cücərtilər əmələ gəldikdən sonra belə tarlalarda üzləmə aparmaq lazımdır. Üzləmədən sonra əmələ gələn alaqlar dərin şum zamanı məhv edilir. Yabanı vələmirin cücərməmiş toxumları dərin şum zamanı şırımın dibinə düşür və anaerob şərait yarandığından öz cücərmə qabiliyyətini itirir. Əgər sahədə suvarma şəbəkəsi yoxdursa, onda əkinqabağı suvarma- dan əvvəl müvəqqəti arxlar çəkilir. Bu cür suvarma rütubət toplayan suvarma olub torpağın quraqlığının aradan qaldırılmasını təmin edir.
Belə suvarmanın mahiyyəti ondan ibarətdir ki, sələf bitkisi yığıl- dıqdan sonra torpağı artırılmış norma ilə rütubətləndirirlər ki, gələcək məhsul üçün bitki kökləri yayılan qatda rütubət ehtiyatı yaransın.
Alaq otları ilə mübarizə məqsədilə aldadıcı suvarmadan istifadə olunur.Kənd təsərrüfatı bitkilərinin məhsulu yığıldıqdan sonra torpağı rütubətləndirirlər ki, alaqlar kütləvi çıxış versin, sonra on- ları dərin şum aparmaqla və ya digər becərmələr aparmaqla məhv edirlər.Aldadıcı suvarmaları alaqların toxumlarının cücərməsi və onların məhv edilməsi üçün əlverişli olan şəraitdə aparmaq daha məqsədəuyğun hesab edilir.
Dostları ilə paylaş: |