Suvarma üçün suyun yararlı olmasına qiymət verərək becərilən bitkinin növünə nəzər salmaq lazımdır. Belə ki, bəzi bitkilər duza davamlı, digər bitkilər isə bunun əksinə. Respublikamızda suvarma üçün istifadə edilən suyun əksəriyyəti demək olar ki, çay sularının payına düşür. Buna görədə burada əsasən duzlu sulardan heç isti- fadə olunmur.
Suvarma suyunun keyfiyyət göstəriciləri əsasən onun tərkibin- dəki üzvi, mineral maddələrin miqdarı və suyun temperaturu ilə müəyyənləşdirilir. Hansı ki, bu üzvi və qeyri-üzvi maddələr suvar- ma suyu ilə torpağa daxil olaraq bitkilərin qidalanmasına şərait yaradır ki, bu da öz növbəsində həm torpağın münbitliyini artırır, həm də suvarılan kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına müsbət təsir edir.
Suvarma suyunun keyfiyyətinə mənfi təsir göstərən əlamət- lərdən biri asılı gətirmələrdir. Belə asılı gətirmələr nəticəsində su- varma sistemləri çirklənir. Suvarma sistemlərini çirkləndirən,
lilləndirən çöküntülər 0,1-0,15 mm diametrli hissəciklərdir. Bun- ların qarşısını almaq üçün xüsusi durulduculardan istifadə etmək daha məqsədəuyğundur. Ancaq bunlardan kiçik diametrli, yəni ölçüləri 0,1-0,005 mm olan hissəciklər isə suvarma suyu ilə torpağa daxil olur ki, bu da ağır mexaniki tərkibli torpaqların fiziki xassələrini və su keçirmə qabiliyyətini artırır. Hətta bəzi alimlər göstərdiyi kimi belə tərkibli sular gübrə rolunu da oynayır.Ancaq qeyd etmək lazımdır ki, bu hissəciklər bir çox hallarda torpağın sukeçirməzliyini azaldaraq onun su-fiziki xassələrini pisləşdirə bilər. Bu hissəciklərlə zəngi olan sular qumlu, qumsal torpaqlar üçün daha faydalıdır. Bununla bərabər suvarma suyu ilə torpağa diametri 0,005 mm-dən kiçik hissəciklərdə daxil olur ki, onunda tərkibi qida maddələri ilə zəngin olur.
Suvarma suyu ilə asılı gətirmələrlə bərabər mineral duzlarda daxil olur.Belə mineral duzlardan kalsium, maqnezium, kalium və digər tərkibli mineral duzları göstərmək olar.Belə madddələrlə zəngin olan sular torpağa daxil olaraq onu münbitləşdirir.Ancaq buna baxmayaraq suvarma suyunun tərkibində olan duzların miq- darı icazə verilən həddə olmalıdır.Su mənbəyindən sahələrə verilən suyun tərkibində həll olmuş duzların miqdarı 1-1,5 q/l-ə qədər olduqda belə sular suvarma üçün əlverişli hesab olunur. Ərazinin torpağı yüngül mexaniki tərkibli olduqda və orada duza davamlı bitkilər əkildikdə minerallığı 2-2,5q/l olan sulardan da kənd təsər- rüfatı bitkilərinin suvarılmasında istifadə etmək məqsədəuyğun he- sab edilir. Aparılmış tədqiqatlara əsasən duzluluğu 200-500 mq/l-ə qədər olan hidrokarbonatlı-kalsiumlu sular suvarma üçün yarar- lıdır. Belə sular şorlaşma əmələ gətirmir, bioloji prosesləri ləngit- mir. Ancaq onuda göstərmək lazımdır ki, duzluluğu 1000mq/l olan xloridli-natriumlu, sulfatlı-natriumlu sular suvarma üçün yararlı deyildir.
Suvarma üçün suyun keyfiyyət göstəricilərinə qiymət verərkən becərilən bitkilərin suya dözümlüyüdə nəzərə alınmalıdır.Elə bitkilər vardır ki, bunlar duza davamlıdır.Belə bitkilərdən pambıq, arpa, çuğundur, şəkər çuğunduru və s.
Duza az davamlı bitkilər isə ərik, armud, badam, bostan bit- kiləri və s. göstərmək olar.
Zəif qələvili sulardanda suvarma üçün istifadə etmək yaxşı nəticə vermir. Məsələn: tərkibində soda olan sularla suvarma apa- rıldıqda torpağın fiziki-kimyəvi xassələri pisləşir, münbitliyi aşağı düşür. Belə sularla suvarılan sahələr şorlaşmağa məruz qalır.
Suvarma suyunun keyfiyyət göstəricilərindən biri də suyun tem- peraturudur. Suvarma məqsədilə çox soyuq sudan istifadə etmək əlverişli deyildir. Çünki, o bitkilərin yetişməsinə və məhsuldar- lığına mənfi təsir edir.Bunları nəzərə alaraq suvarma zamanı çox soyuq sudan istifadə olunarsa, onda suvarmadan əvvəl belə sular xüsusi hovuzlarda, su anbarlarında qızdırılması daha yaxşı olardı. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, kənd təsərrüfatı bitkilərinin suvarılması zamanı suyun temperaturu 15-200-dən çox olması onların inkişafını artırmaqla yanaşı məhsuldarlığada müs- bət təsir göstərir.
Respublikamızın ərazilərini suvarmaq üçün əsas su mənbələ- rindən olan çay suları suvarma üçün daha əlverişli və yararlıdır. Belə ki, çay sularının tərkibi qida maddələri ilə zəngin olur.
Çirkab suların təmizlənməsi və suvarmada rolu
Su çatışmamazlığı probleminin həlli dünya tədqiqatçıları qarşı- sında duran ən mühüm məsələlərdəndir. Çünki su mənbələrinin su ehtiyatı sabit olaraq qalır, əksinə suya olan tələbat günü-gündən ar- tır. Buna səbəb sənaye müəssisələrinin, suvarılan əkin sahələrinin, əhalinin sayının və suya olan tələbatın artmasıdır. Digər tərəfdən isə çaylara və göllərə sənaye tullantı sularının axıdılması nəticəsin- də mövcud su ehtiyatlarının yararsız hala salınmasıdır.Bu vəziyyət mövcud su ehtiyatlarından səmərəli istifadə edilməsini və yeni su ehtiyatı mənbələrinin axtarılıb aşkar edilməsini tələb edir. Belə su ehtiyatlarından biri şəhərlərin tullantı sularıdır.
Dünyanın bir çox ölkələrində tullantı sularının təmizlənməsi və onlardan kənd təsərrüfatı bitkilərinin suvarılmasnda geniş istifadə olunur.Ədəbiyyat məlumatlarına görə Avstriyada tullantı sularının 40%, İngiltərədə 33%, Almaniyada 26%-dən çoxu suvarma üçün istifadə olunur. O cümlədən respublikamızda da tullantı – çirkab sulardan kənd təsərrüfatı bitkilərinin suvarılmasında istifadə edilir.
Hələ 1967-ci ildə Abşeronda layihə olunmuş qapalı suvarma şəbə- kəsilə 778 ha sahədə zeytun və badam bağlarının suvarılmasında mexaniki üsul ilə təmizlənmiş kanalzasiya tullantı sulardan istifadə edilmişdir.
Tullantı suları yığıldığı mənbələrə görə bir neçə qrupa bölünür. Məsələn: Təsərrüfat məişət və sənaye obyeklərinin, maldarlıq təsərrüfatlarının tullantı suları, qarışıq sular, sel suları və s.
A.N.Kostyakovun məlumatlarına görə təsərrüfat-məişət suları- nın tərkibində 1m3-suda 90q azot, 1,5q fosfor, 40q kalium oksidi və s. kimi üzvi və mineral maddlər var.Bu da onu göstərir ki, təsər- rüfat-məişət çirkab sularının tərkibində lazımı qədər qida mad- dələri vardır ki, bununlada kənd təsərrüfatı bitkilərinin, xüsusilədə yem bitkilərinin suvarılması məqsədəuyğun hesab edilir. Ancaq elə sənaye-məişət çirkab suları vardır ki, onun tərkibində daha ar- tıq zərərli üzvi və mineral maddələr olduğundan suvarma üçün yaramır.
Qarışıq çirkab suları həm sənaye, həm də təsərrüfat-məişət çir- kab sularının qarışığıdır. Buna görədə onların çirklənmə dərəcəsi və zərərliliyi müxtəlifdir. Əgər suvarma norması 5000 m3/ha olarsa, qarışıq çirkab suları ilə hər bir hektar sahəyə təxminən 200- 350 kq azot, 100-200 kq kalium və 50-125 kq fosfor daxil edilir. Ancaq qeyd etmək lazımdır ki, qarışıq çirkab suları suvarmada is- tifadə olunmazdan əvvəl analiz edilərək, müxtəlif qarışıqlardan təmizlənməlidir. Tədqiqatlar sübut edir ki, maldarlıq təsərrüfatla- rının tullantı suları üzvi maddələrlə daha zəngindir.Ona görədə belə sularla kənd təsərrüfatı bitkilərinin suvarılmasında geniş istifadə olunur. Ancaq onuda qeyd etmək lazımdır ki, tullantı çir- kab sulardan istifadə edərkən onlar təmizlənməli, sanitar qaydalara riayət olunmalıdır. Çünki belə tullantı suların tərkibində əhəmiy- yətli üzvi və mineral maddələr olduğu kimi, xəstəlik törədici mikrob və viruslarda vardır. Tullantı çirkab suları nəinki suvar- mada, hətta çaya və ya göllərə töküldükdə də təmizlənməlidir. Əks təqdirdə suda olan canlıların məhv olmasına səbəb ola bilər. Tədqiqatlar göstərir ki suvarma üçün istifadə ediləcək təmizlənmiş tullantı suları neytral reaksiyalı (pH=5+-8) olmalı, onların mineral-
lığı 1,5q/l-dən artıq olmamalıdır, lazımi keyfiyyət göstəricilərinə cavab verməlidir. Tullantı sularının tərkibində fenol və digər üzvü birləşmələr icazə verilən həddən artıq olmamalıdır.
Tullantı çirkab sularını təmizləmək, onu yararlı hala salmaq üçün bir çox üsullardan istifadə olunur. Bunlar aşağıdakılardır. Mexaniki, kimyəvi, fiziki, bioloji və s.
Mexaniki təmizləmə üsulunda sudakı əriməmiş vəziyyətdə olan qarışıqlar xaric edilir. Bu qarışıqların xaric edilməsi süzdürülmə, durultma, sızdırma yollarla və hidrosiklonlar vasitəsilə yerinə yeti- rilir. Suyun süzdürülməsi vasitəsilə müxtəlif hərəkətli və hərə- kətsiz torlardan istifadə olunur. Yığılan mexaniki qarışıqlar daş- qıran maşınlarla xırdalanır. Süzdürülmə yolla sudakı iri, 15-20mm- dən böyük olan qarışıqlar tutulur.
Kimyəvi təmizləmə üsulu çirkab suları kolloid hissəciklərdən və ərimiş maddələrdən azad etmək məqsədilə istifadə olunur. Kimyəvi təmizləmə üsuluna kooqulyantlama, neytirallaşdırma və oksidləşdirmə aiddir. Kimyəvi kooqulyantlar ən çox hamamların, kimya, neft, toxuculuq və digər sənaye müəssisələri çirkab sula- rının təmizlənməsində istifadə olunur.
Tullantı çirkab suların fiziki-kimyəvi təmizlənməsində sorbsiya, filtirasiya, kristallaşma, elektroliz, ion və yandırma üsulundan isti- fadə olunur.
Suvarma sahələrində çirkab suların biokimyəvi üsulla təmizlən- məsi bilavasitə kənd təsərrüfatı sahələrində aparılır.Bu məqsədlə bioloji nohurlardan, sızma və suvarma sahələrindən torpaq vasi- təsilə təmizlənmədən daha geniş istifadə olunur. Son zamanlar çir- kab sularının təmizlənməsi və zərərsizləşdirilməsi xüsusi suvarma əkin sahələrində yerinə yetirilir. Burada toplanan tullantılar torpaq- ların rekultivasiyası zamanı istifadə olunur. Çirkab suların bioloji üsulla təmizlənməsi zamanı xüsusi sahə ayrılmalıdır.Bu sahə əkin üçün yararsız olur.Həmin sahələr çirkab sularının təmizlənməsi , zərərsizləşdirilməsi və bitkilərin suvarılması üçün lazımı tikintilər və avadanlıqlarla təmin olunmalıdır. Belə sahələrdə çirkab suların torpaq-biloji təmizlənməsi gedir. Bioloji üsulla çirkab suların tə- mizləndiyi sahədə qrunt sularının dərinliyi 3-5 m-də dərində ol-
ması məsləhətdir. Çirkab suların bioloji üsulla təmizlənməsi sxemi 3 saylı şəkildə göstərilmişdir.
Torpağa çirkab sular elə bir miqdarda verilməlidir ki, onun nəmliyi optimal nəmliyə uyğun olsun.Belə olduqda bitkilər üçün əlverişli su rejimi yaranmaqla bərabər, çirkab suların tərkibindəki maddələr torpaq mikroflorası tərəfindən daha sürətlə parçalanır. Parçalanma nəticəsində əmələ gələn qeyri-üzvi maddələr bitkilər tərəfindən asanlıqla mənimsənilir. Bioloji üsulla təmizlənmiş çir- kab sularla yem, texiki bitkilərin suvarılması müsbət nəticə verir.
Su mənbələrini çirklənmədən qorumaq, su ehtiyatını artırmaq üçün mühüm və prespektivli sahələrdən biri də təsərrüfat-məişət, sənaye və iri heyvandarlıq komplekslərinin çirkab sularıdır. Bun- lardan respublikamızın şəhər və iri yaşayış məntəqələri ətrafı sahə- lərində kənd təsərrüfatı bitkilərinin suvarılmasında istifadə edilir. Çirkab sulardan bu məqsədlə istifadə olunmasının əsas üstünlüyü ətraf mühitin mühafizəsi ilə yanaşı, əksər bitkilərdən yüksək məh- sul götürülməsinə şərait yaradan qiymətli gübrələrin əldə edil- məsidir.
Ümumiyyətlə çirkab sularla suvarmanın nəinki kənd təsərrü- fatında, eləcədə xalq təsərrüfatında da böyük əhəmiyyəti vardır. Beləki çirkab sulardan suvarmada istifadə edildikdə kənd təsər- rüfatı bitkilərinin məhsuldarlığı artmaqla yanaşı, su ehtiyatlarına qənaət olunur, digər tərəfdən ətraf mühitin çirklənməsinin qarşısı alınır. Bunları nəzərə alaraq çirkab sulardan suvarmada və təmiz- lənərək digər məqsədlər üçün istifadə edilməsi işləri günü-gündən genişləndirilməlidir.
Suvarmada şor (duzlu) sulardan istifadə
Dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da, İtaliyada, Hindistanda, Əlcəzairdə, Tunisdə, İsraildə, Türkmənistanda, Av- straliyada və digər ölkələrdə şor sulardan suvarmada istifadə olu- nur. Tədqiqatlar göstərir ki, şor suların suvarmada istifadəsi xüsusi əhəmiyyət kəsb edir. Ayrı-ayrı ökələrdə alimlər şor sularla kənd təsərrüfatı bitkilərinin suvarılmasının əhəmiyyətini öyrənirlər və
hazırda bu istiqamətdə elmi-tədqiqat işləri davam etdirilir.
İsraildə dəniz sularından suvarmada istifadə edilməsi işlərinə 1949-cu ildən başlandığı qeyd olunur.U.Boyko və E.Boyko tərə- findən aparılan təcrübələr dəniz suyunun suvarmada istifadə olun- ma mümkünlüyünü bildirdilər. Onlar həm də Qırmızı dənizin suyuna adi şirin su qarışdırmaqla kənd təsərrüfatı bitkilərini suvar- mışlar. Burada suvarma suyundakı duzun konsentrasiyasını təx- minən Aral və Xəzər dənizlərinin sularındakı konsentrasiyaya ya- xın olduğunu bildirmişlər. Bu Aral və Xəzər dənizlərinin sahillə- rində böyük suvarma sahələrinin olmasına marağı artırmış və kənd təsərrüfatı bitkilərinin əkilməsi üçün əlverişli şərait olduğunu göstərir.
Dəniz sularından suvarma üçün istifadə edilməsi haqqında Hin- distanda da geniş tədqiqat işləri aparıldığı bildirilir.Bu tədqiqat işlərinin Hindistan dövləti üçün böyük əhəmiyyəti olduğu gös- tərilir. Çünki burada 10 miyon hektara yaxın dənizkənarı qumlu sahələr vardır ki, onun 8, 6 milyon hektara qədəri dəniz suları ilə suvarıla bilər.Alimlər qeyd edirlər ki, dəniz suyuna mineral maddələrin qarışdırılmasından sonra suvarma bitkilərin inkişafına və məhsuldarlığına müsbət təsir göstərir.Hesablamalar zamanı məlum olur ki, bu şirin su ilə suvarılan sahələr qədər məhsul verir.
İspaniyada dəniz suları ilə suvarmanın öyrənilməsi üçün təcrübə stansiyaları yaradılmışdır.Suvarma üçün Biskay körfəzinin su- yundan istifadə olunduğu göstərilir. Tədqiqat zamanı məlum olur ki, burada suyun duzluluğu 31-37 q/l arasındadır.Həmin su ilə suvarılmış qarğıdalı 30-35 s/ha, pomidor 300s/ha, kartof 300 s/ha, çuğundur 315 s/ha, arpa 21 s/ha məhsul vermişdir.
B.B.Şumakovun məlumatlarında göstərilir ki, Türkmənstanda Xəzər dənizinin suları ilə meyvə bağları suvarılırmış, Krasnovodsk şəhəri yaxınlığında bağça bitkilərinin Xəzər dənizinin suları ilə suvarıldığı bildirilir.Bundan sonra alimlər dəniz suyuna suvarma mənbəyi kimi baxmış və digər bitkilərin dəniz suları ilə suvarıl- ması üçün tədqiqat işlərini davam etdirmişlər.
Dəniz suları ilə yanaşı kollektor-drenaj sularından suvarmada istifadə olunduğu haqqında da geniş məlumatlar vardır.Məsələn:
Orta Asiya vadilərindən hər il təxminən 20-25 km3 həcmində şor kollektor-drenaj suları axıdıldığı İ.S.Raboçev tərəfindən müəyyən olunmuşdur. Həmin sularla bir neçə milyon hektar sahələr suvarıla bilər. İ.S.Raboçev göstərir ki, duzluluğu 5-7 q/l-ə qədər olan kol- lektor-drenaj suları düyü və yem bitkilərinin suvarılması üçün ya- rarlıdır.
Estoniya Əkinçilik və Meliorasiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı O.Y.Valinq dəniz suyunun suvarmada istifadəsi ilə əlaqədar çöl təcrübələrini Riqa və Fin körfəzləri sahilində müxtəlif torpaq-iqlim şəraitində aparmışdır.Təcrübələrdə kələm, çuğundur və qarayonca daha yaxşı məhsul vermişdir.Dəniz suyu ilə suvarıl- mış kələm 640 s/ha məhsul vermişdir.Kələmin dəniz suyu ilə suvarılma məhsulu əksər hallarda şirin su ilə suvarılmış varantdan yüksək olduğu bildirilir. Çuğundur dəniz suyu ilə suvarıldıqda 285 s/ha məhsul verdiyi halda, şirin su ilə suvarıldıqda cəmi 250 s/ha məhsul vermişdir. O.Y.Valinqin tədqiqatlarından məlum olur ki, Baltik dənizinin suyu məhsulun keyfiyyətinə mənfi təsir göstərmir və torpağın fiziki-kimyəvi tərkibini dəyişdirmir.
Respublikamızda da şoran torpaqların yuyulması zamanı kol- lektor-drenaj sularından suvarmada istifadə olunmasının əhəmiy- yəti bir çox alimlər tərəfindən öyrənilmiş və hazırda da bu yö- nəmdə geniş tədqiqat işləri aparılır.Azərbaycan Hidrotexnika və Meliorasiya Elmi Tədqiqat İnstitutunun əməkdaşları Ə.K.Beh- budov, X.F.Cəfərov, M.K.Rəhimov, B.A.Əliyev və digər alimlərin tədqiqat işləri buna bariz nümunədir.
H.A.İbrahimovun tədqiqat işlərində göstərilir ki, kollektor- drenaj suları ilə pambığın suvarılması öz effektini bir o qədərdə itirmir.Bununla yanaşı H.M.Hüseyinovun Şimali Müğanda apardığı tədqiqatlarda göstərilir ki, duzluluğu 5, 33 q/l olan drenaj suları suvarmada istifadə oluna bilər.Buna əsasən H.M.Hüseyinov təklif edir ki, Kür-Araz düzənliyindən hər il Xəzər dənizinə 1, 2 milyard m3 həcmində kollektor-drenaj suları tökülür ki, bu da yem bitkilərinin suvarılması üçün istifadə oluna bilər.
Yuxarıdakılara əsaslanaraq deyə bilrik ki, dəniz suları prespek- tivli suvarma mənbəyidir. Ancaq dəniz suları ilə suvarma apar-
dıqda əkiləcək bitkinin növü, bioloji xüsusiyyətləri, dəniz suyunun duzluluğu, fiziki-kimyəvi tərkibi, torpaq-iqlim şəraiti, torpağın su- fiziki xassələri və digər amillər suvarma şəraitində mütləq nəzərə alınmalıdır.
Dostları ilə paylaş: |