Cəmil Əli oğlu haciyev elxan Rəcəf oğlu allahverdiyev


Torpaqda nəmliyin toplanma və itmə səbəbləri



Yüklə 2,38 Mb.
səhifə6/41
tarix24.05.2020
ölçüsü2,38 Mb.
#31488
1   2   3   4   5   6   7   8   9   ...   41
N 81

Torpaqda nəmliyin toplanma və itmə səbəbləri

Quru torpağa görə çəki və həcm faizi ilə hesablanan torpaqdakı suya torpağın nəmliyi deyilir.Bu nəmlik torpaq üçün su ehtiyatı hesab edilir. Torpaqdakı nəmlik ən az miqdardan tutmuş torpağın ən böyük su tutma həcminə qədər dəyişir.Torpağın nəmliyi onun fiziki xüsusiyyətlərindən, sukeçirmədən, nəmlik tutumu həcmin- dən, kapilyarlığında və nənlənmə prosesinin digər xüsusiyyətlə- rindən asılıdır.

Torpaqda nəmliyin toplanması əsas etibarı ilə atmosfer çökün- tüləri hesabına olur. Çöküntünün xarakteri, düşmə vaxtı, miqdarı və s torpağın özünün bir sıra şərtləri və xüsusiyyətləri ilə sıx surət- də bağlıdır. Bu bağlılıq torpaqda nəmliyin toplanmasına və bu- xarlanmasına əsaslı təsir göstərir. Nəmliyin buxarlanması və ya toplanması dedikdə onların bir-birinə əksliyi başa düşülür.Odur ki, hər iki məsələyə ayrıca olaraq toxunduqda belə digərinin necə olmasını təsəvvür etmək çətin deyil.

Qeyd edildiyi kimi torpaqdan nəmliyin itməsi həm bitkilər tərəfindən və həmdə torpağın öz səthindən suyun buxarlanması hesabına olur. Burada yalnız bilavasitə torpağın özü ilə əlaqədar məsələlər şərh edilir.

Torpaqdan suyun buxarlanması torpaq səthinin xarakteri ilə çox əlaqədardır. Girintili-çıxıntılı torpaq səthindən buxarlandırıcı səth çox olduğundan suyun buxarlanması da düz-hamar səthə nisbətən çox olur. Bu məsələ cəhətlərlə də yəni mailliyin istiqaməti və də- rəcəsindən də asılıdır. Məsələn: 150 maillikdə torpaq səthindən suyun buxarlanma miqdarı cənub cəhətində 100% qəbul edilirsə, şərqda 86%, qərbdə 84% və şimal cəhətində isə 71% təşkil edir.

Torpaqdan suyun buxarlanması torpağın relyefindən də asılıdır. Hündür yerlərdə aşağı yerlərə nisbətən torpaqdan suyun buxarlan- ması daha intensiv gedir. Çünki hündür yerlərdə havanın hərəkəti nisbətən artıq olur.

Yerli bitki örtüyünün tərkibinin də torpağın su rejiminə təsiri böyükdür. Tarlaya yaxın olan yerlərdə meşə örtüyünün bu məsə- ləyə müsbət təsirini yaddan çıxarmaq olmaz.Meşə örtüyü altında düşən yağmurun 85%-i torpaqda toplanır.Meşə qarın sahədə sax-

lanmasını, onun yavaş-yavaş əriyərək torpağa hopmasına, atmosfer havasının nəmli saxlanmasını, küləyin sürətinin azalmasını və s təmin edir, bununlada suyun torpaqda toplanmasına və bitkilərin transpirasiya əmsalının aşağı düşməsinə şərait yaradır.

Meşə bitkilərinin dərin gedən kökləri, meşə altında hər il çox toplanan üzvi qalıqlar atmosfer çöküntülərinin torpaq səthində yaxşı saxlanmasını təmin edir və maillik üzrə onların axmasının qarşısını alır.

V.R.Vilyams göstərir ki, su ayrıclara və mailliklərin yuxarı üç- dən bir hissəsində torpağın yaxşı su keçirməsi ilə əlaqədar olaraq torpaq səthindən su axmı çox azdır. Odur ki, burada su ehtiyatı yağmurların mqdarı və düşmə tezliyindən asılıdır.

Mailliyin orta və aşağı üçdən bir hissəsində torpaq səthindən su axımı başlayır. Maillik azaldıqca hopmuş su süxuru doldurulmuş olur və qruntda amilliyə görə su axmağa başlayır.Amma üçdən iki hissəsində süxurun az su keçirməsinə görə get-gedə süxur su ilə dolur və qrunt sularının səviyyəsi getdikcə artır, mailliyin aşağı hissəsində bəzi hallarda su hətta torpaq səthinə çıxır.Burada suyun hərəkət sürəti azalır, ancaq ümumi miqdarı artır.

Su ayrıclarında qida maddələrinin miqdarı azalır, vadidə isə daim artır.Bitkiləri və növbəli əkinləri ərazidə yerləşdirərkən bu cəhətləri nəzərə almaq lazımdır.

Torpaqda suyun toplanması və onun saxlanmasına torpaq strukturası əsaslı təsir göstərir.Bu məsələ V.R.Vilyams tərəfindən tam işıqlandırılmışdır. Bunlar aşağıdakılardan ibarətdir.

Mexaniki tərkibinə görə qumsal torpaqlar suyu tez buxarlandı- raraq tezdə qurudurlar. Qumsal torpaqlar gilli və gillicəli torpaq- lara nisbətən az su saxlamaq qabiliyyətinə malikdir.

Su rejiminə görə strukturalı və strukturasız torpaqlar bir-birin- dən kəskin fərqlənirlər. Strukturasız torpaqlarda suyun hansı mən- bədən gəlməsindən asılı olmayaraq torpağa daxil olması proqressiv surətdə azalır. Odur ki, zəif yağışlar belə torpağa hopa bilmir və torpaq üzərində maillik boyunca olaraq çaylara, dənizlərə axıb gedir, yaxud çala-çüxurlarda axmazlar, gölməçələr şəklində top- lanıb qalır. Torpaq isə susuzluqdan korluq çəkir.

Torpağın qiymətli narın hissələri, humus digər qida maddələri

də su ilə maillik boyu yuyulub axıdılır, nəticədə torpaq qida mad- dələrindən kasıblayır. Strukturasız torpaqlarda hopan su damlası sonrakı yağmurların torpağa hopması üçün çətinlik yaradır.Yazda qarın əriməsindən əmələ gələn su da torpağa daxil ola bilmir.Gilli torpaqlar iki ay ərzində 2m dərinliyə qədər ancaq islanırlar.

Qışda strukturasız torpaqların üst qatında olan su tamam dona- raq buz kristalları şəklində torpağın üzərini örtür.Alt qatlardan yuxarıya qalxan su buxarlarıda gəlib həmin don qatında su və buz halında toplanıb donmuş qatı qalınlaşdırır.Bu səbəbdən də qış çöküntüləri torpağa hopmayaraq tamamilə torpaq səthi ilə maillik boyunca əkinçilik üçün səmərəsiz axıb gedir.

V.R.Vilyamsa görə strukturasız torpaqlarda əgər yağmurların yarısı qar və yarısı yağış şəklində düşərsə bunların yalnız 15-20%-i qədəri torpağa hopub ehtiyat su şəklində toplana bilir.Yalnız az davam edən və çiskin yağışlar torpağa tam daxil ola bilir və yağış kəsən kimi də tez buxarlanır.

Strukturasız torpaqlarda az da olsa toplanmış nəmlik ehtiyatı davamiyyətli olmur.Yaz vaxtı sahə qar örtüyündən azad olan kimi torpaq isinməyə başlayır və torpaq səthindən intesiv buxarlanma gedir.Belə torpaqlarda kapiliyarlıq başdan-başa bir kütlə təşkil etdiyindən alt qatlarda olan nəmlik bu kapilyarlarla arası kəsilmə- dən yuxarı, torpağın qurumaqda olan üst qatına, səthə doğru qalxır. Suyun belə qalxması torpağa onun daxil olduğu kimi get-gedə azalmır, əksinə suyun kapilyarlarla yuxarı qalxma sürəti adətən proqressiv olaraq arta-arta gedir.Ancaq bu sürət yalnız hərarət və küləyin təsiri ilə əlaqədar olaraq bir bərabərdə qalmır, dəyişilərək artıb-azala bilər. V.R.Vilyamsın göstərdiyi kimi strukturasız tor- paqlarda suyun yaz ehtiyatı əsən isti və quru küləklərin təsirindən 1-2 gün ərzində torpaqdan tam buxarlana bilər.

Yağmurlardan sonra strukturasız torpaqların üst qatı, səthi hə- mişə nəm olur və nəm halını uzun müddət saxlayır.Yəni torpaqda olan nəmliyin son damlayacan buxarlanmasına qədər torpağın üst qatı nəmli olur. Çünki torpaq nəmliyi tam buxarlanana qədər kapilyar məsamələrl fasiləsiz olaraq yuxarı ötürülür ki, bu da tor- pağın üst qatının daima nəm halda saxlanmasına səbəb olur. Belə hal bəzən təsərrüfatçılarda torpaqda nəmik ehtiyatı haqqında səhv

təsəvvür yaradır.Üst qatda nəmliyin olmasına görə alt qatın quru olması haqqında düşünülmür və torpaqda nəmliyin çox olması fikirinə səbəb olur. Üst qatda nəmliyin daima çox olması torpağa havanın keçməsinə də maneçilik törədir və torpaqda hava çatışmamazlığı, ondan doğan digər çatışmamazlıqlar da baş verir.

Deməli strukturasız torpaqlarda su ehtiyatı az və davamsızdır, nizamlanması çətindir.Onların su rejimi kortəbii olduğu kimi, belə torpaqlarda becərilən bitkilərin məhsuldarlığı və məhsul sabitliyidə kortəbii xarakter daşıyır. Suvarma əkinçiliyində strukturasız tor- paqlarda suya ehtiyacın xeyli artıq olması və suvarma ilə əlaqədar olaraq təkrar şorlaşma ehtimalı nəzərə alınmalıdır.

Strukturalı torpaqlarda vəziyyət tamam başqa cürdür.Su torpağa kapilyar məsamələrlə deyil, qeyri-kapilyar makroməsamələrdən sızmaqla daxil olur. Yağışın intensivliyi xarakteri və iriliyindən asılı olmayaraq hamısı tamamilə və asanlıqla torpağa daxil olur, hopur.Qışda alt qatlardan torpağın üzərinə qalxan su buxarları da soyuq səthlə təmasda olaraq su şəklinə çevrilib kapilyarları doldu- rur və orada donaraq buz şəklində qalır. Qeyri-kapilyar məsamə- lərdə donmuş su olmur.

Yazda qar sularıda mütamadi əriyərək torpağın qeyri- kapilyar məsamələri tərəfindən sızaraq tam udulur və mailliyə görə sərfəsiz axıb getmə halları olmur.

Strukturalı torpaqlarda toplanmış su ehtiyatı çox davamiyyətli olur. Torpaq səthindən buxarlanma strukturasız torpaqlarda nisbə- tən çox az bir səthdən gedir. Çünki su əsasən kapilyar borularla yuxarı qalxaraq buxarlanır. Dənəvər torpaqlarda isə bu kapilyar- larla sahə boyunca bircinsli kütlə şəklində deyil, yalnız struktur aqreqatlarının içərisində olur.Nəmlik bu aqreqatların bir-biri ilə toxunduğu nöqtələrə ötürülür. Bu nöqtələrin toxunma məsafələri aqreqatlar içərisindəki narın hissələrin bir-biri ilə toxunduğu ka- pilyar məsamələrdən çox böyük olur. Ona görədə suyun buxarlan- ması yalnız torpaq səthində hava ilə bilavasitə təmasda olan bir-iki qat üstdəki kapilyarlarla həyata keçirilir və böyük məsamələrin çox olması, aqreqatların toxunma nöqtələrində də məsamənin bö- yük olması hesabına buxarlanmış suyun yerinin doldurulmasıda mümkün olmur. Torpaq səthində olan nəmliyin tez quruması, onla-

rın həcmcə kiçilməsinə səbəb olur və üst iki qat torpaq dənələrinin alt qatlarla kapilyar əlaqəsi daha artıq dərəcədə kəsilir, su bu- xarının xaricə atmosferə çıxması yalnız osmotik yolla ola bilir. Bu isə kapilyarlarla suyun torpaq səthindən itməsindən qat-qat aşağı olur.

Deməli strukturasız torpaqlardan fərqli olaraq yağmurlardan sonra torpağın üst nazik bir qatı tez quruyur və elə bil ki, atmos- ferlə bir təcrid qatı əmələ gətirir, nəticədə buxarlanmanın qarşısı alınır.Torpağa havanın işləməsi isə qeyri-kapilyar məsamələrlə daima həyata keçirilir. Strukturalı torpaqlarda su ehtiyatı illik yağmurların 85%-ni təşkil edir.

Strukturalı torpaqlara malik olan yerlərdə suyun delüvial axımı kəsilir, torpaqların eroziyaya məruz qalması tamamilə aradan qalxır, ölkənin su rejimi, o cümlədən çayların su rejimi bir qərarda qalır və s.

Strukturasız torpaqlarda isə bunun əksinə olaraq suyun dağıdıcı təsiri daha çox nəzərə çarpır.Dərə və çüxurlar artır, suyun torpaqdan səmərəsiz axımı çoxalır, yararlı torpaq sahələri azalır, qida maddələri ilə zəngin olan əkin qatı artıq dərəcədə yuyulur və səmərəsiz olaraq çaylara, dənizlərə axıdılır.Çayların su rejimi pozulur, ikinci dərəcəli çaylar isə yayda tamamılə quruyur.Kənd təsərrüfatında sudan səmərəli istifadə etmək məqsədilə xüsusi su anbarları, digər hidrotexniki qurğuların tikilməsi lazım gəlir.Bu zaman çaylar enerji mənbəyi kimi öz əhəmiyyətini itirir.



    1. Bitki kökləri yerləşən torpaq qatında su balansı

Bitki kökləri yerləşən torpaq qatında su balansı iqlim hava şəraitini, torpağın xüsusiyyətləri, bitkilərin bioloji xüsusiyyətləri, kök sistemlərinin böyümə xarakteri, becərmə və s-dən asılıdır.

Torpaqda suyun toplanması əsasən atmosfer çöküntüləri hesa- bına olur. Əlbətdə suvarma əkinçiliyində suvarma sularının üzə yaxın olan yerlərdə isə qrunt sularının da böyük əhəmiyyəti vardır.

Suların torpağa daxil olma qaydalarına, hərəkətinə və onda

əmələ gələn su sərfinə su rejimi deyilir.

Ədəbiyyat məlumatlarından məlumdur ki, hidrosferin su ehtiy-

yatı 1,45 milyard km3-ə bərabərdir. M.Lvoviçə görə onun 60 mil- yon km3-i yeraltı layların, 24 milyon km3-i buzlaqların, 24 min km3-i atmosferin və 83 min km3-i torpaq nəmliyinin payına düşür, qalan əsas hissəsi (1,31 milyard km3) dünya okeanının suları təşkil edir.Yer səthindən su buxarlanaraq atmosferə qalxır və sonra çöküntü şəklində yer səthinə düşür.Onun bir hissəsi torpağa və süxurlara hopur, digər bir hissəsi isə axaraq çaylara, oradan göl, dəniz və okeanlara tökülür.Bununla suyun tam dövranı başa çatır, sonra yeni su dövranı başlayır.

Çay və atmosfer sularının dövranı bir və ya bir neçə aya, göl sularınınkı 2-3 ilə, okeanda isə su dövranı təxminən 2600 ilə başa gəlir. Buzlaq və yeraltı suların az bir qismi döranda iştirak edir, qalanı isə su dövranından kənarda qalır.

Yeraltı layları dolduran su müəyyən müddətdən sonra Yer sət- hinə çıxmalıdır.lakin neft və qaz yataqlarında rast gəlinən sedi- mentasiya tipli sular milyon illərdən bəridir ki, suyun təbiətdə dövranında iştirak etməmiş və yatıb qalmışdır.

Atmosfer çöküntüləri və torpaq nəmliyi ümumdünya suyunun cüzi bir hissəsini təşkil edir. Odur ki, onun qədrini bilməli və onun torpaqda toplanma, saxlanma və səmərəli istifadə yollarını bilmək, onu həyata keçirmək lazımdır.

Okeanlardakı su yer şarındakı suyun 98%-ni təşkil edir və şirin suların payına yalnız 2%-i düşür, onunda əksər hissəsi buzlaqlarda cəmlənmişdir. Torpaqdan suyun məsarifini bitki yerləşən qatdan suyu aşağı qatlara hopması, torpaq səthindən atmosferə buxar- lanması və bitkilər tərəfindən istifadə olunması təşkil edir.

Torpağın su rejimi illik və mövsüm üzrə tərtib edilən su balansı ilə xarakterizə olunur. Su balansı-torpaqda ana süxurlar və atmos- fer arasında əmələ gələn nəmlik mübadiləsini xarakterizə edir. Torpağın ayrı-ayrı məntəqələrin və rayonun su balansı bir çox dəyişən qiymətlərdən ibarətdir. Su balansının hesablanması bir çox alimlər, o cümlədən A.A.Rode və B.A.Kovda tərəfindən tərtib edilmişdir.

Əgər atmosfer çöküntülərinin illik miqdarı torpaqdan suyun məsarifindən artıq olarsa bu zaman torpağın su balansı müsbət olur

və suvarma aparmadan belə yerlərdə məhsul yetişdirmək mümkün olur. Belə yerlərə dəmyə şəraitdə sabit məhsul götürülməsi müm- kün olan rayonlar aiddir.

Əgər atmosfer çöküntülərinin illik miqdarı torpağın su məsari- findən az olarsa belə yerlərdə su balansı vahiddən kiçik, yaxud mənfi olur və suvarma aparmadan yüksək məhsul götürmək müm- kün olmur. Belə yerlərdə kənd təsərrüfatı bitkilərinin suvarılması vacib şərtdir.Əlbətdə balans göstəriciləri arasında fərq nə qədər çox olarsa suvarma ehtiyacı və suvarmaya olan su səfiyyatı tələbatı da bir o qədər artıq olur.

Atmosfer çöküntülərinin illik miqdarı torpaqdan olan su məsari- finə bərabər olduqda su balansı da vahidə bərabər olur.Belə yerlərə də dəmyə rayonları, özüdə qeyri-sabit məhsul götürülən dəmyə ra- yonları aid edilir. Bu yerlərdə məhsulun alınması yalnız yağmur- ların az və ya çox düşməsi ilə əlaqədar olaraq təbii iqlimdən çox asılı vəziyyətdə qalır.Bu cür hallar dağətəyi rayonlarda daha çox müşahidə olunur.

A.Q.Zamaryayev, Q.V.Çanovskaya görə illik su balansı aşağıdakı formula ilə təyin edilir.


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin