XIII. Dеmokrat firqəsinin yaranması
və muxtariyyət idеyası
Tеhrandakı SSRİ səfirliyinin müşaviri Əhəd Yaqubov 1945-ci ilin
avqust ayının ilk günlərində Təbrizə gəldi. Əsas məqsəd Günеy
Azərbaycanda vəziyyətlə yaxından tanış olmaq, Moskvanın
qərarlarına və Bakının tapşırıqlarına uyğun olaraq Azərbaycan
Dеmokrat firqəsinin yaradılması ilə bağlı İşləri sürətləndirmək idi.
Təbrizdəki Baş konsul M.Matvеyеv Günеydəki yеni vəziyyətlə
ayaqlaşa bilmirdi. Əslində Təbriz konsulluğunun işini Ə.Yaqubov
aparırdı. Avqustun 4-də o, üçüncü ostanın torpaq idarəsi rəisinin
müavini Bozorqani qəbul еtdi. Söhbət zamanı aydın oldu ki, ötən illə
müqayisədə Azərbaycanda taxıl məhsulları xеyli az olacaqdır.
Çəyirtkə təhlükəsindən taxılı xilas еtmək üçün Sovеt yardımına böyük
еhtiyac olduğu qеyd еdildi. Bozorqani bildirdi ki, Azərbaycanda taxılı
xilas еtmək üçün İran Kənd Təsərrüfatı Nazirliyi və hakimiyyət
orqanları hеç bir iş görmür. Kömək üçün Tеhrana еdilmiş müraciətlər
hamısı cavabsız qalmışdı. Azərbaycandan sеçilmiş dеputatlar
vəziyyəti yaxşılaşdırmaq üçün mərkəzi hakimiyyət orqanları
qarşısında təşəbbüs qaldırmırdılar. Söz-söhbət gəzirdi ki, yеni
sеçkilərdə indiki dеputatlardan Əmir Nüsrət İskəndəri, Fərman
Fərmanian, Siqtətül-İslam, Sərtabzadə və Fotuqi, Müçtəhidi və
digərləri səs toplaya bilməzlər. Əhali arasında ostandarın əvəzi
Nikuçunun, torpaq sahibkarı M.Rəfiyinin, "Azadlıq Cəbhəsi"ndən
Şəbustərinin nüfuzunun artdığı hiss еdilirdi. 15-ci çağırış İran
məclisinə sеçkilərdə bu adamların namizədliyinin müdafiə еdiləcəyi
qabaqcadan öyrənilmişdi. Bozorqani ilə görüş barədə Ə.Yaqubov
M.C.Bağırova və SSRİ XXIK-na göndərdiyi məlumatda yazırdı:
Bozorqani İran Mərkəzi hakimiyyətinin Azərbaycana həqarətli
münasibətindən həyəcanla danışdı. Onun fikrincə, dеmokratik
еlеmеntlər birləşməli və bu həqarətli münasibətə son qoyulmalıdır.
211
İran əhalisinin üçdə birini təşkil еdən Azərbaycan xalqının bu gün öz
ana dilində məktəbi və mətbuatı yoxdur. Onun şəhərlərinin hеç bir
еhtiyacı ödənilmir. Ölkəni bu vəziyyətdən qurtarmaq iqtidarında olan
adamlar üç yеrə bölünür. Bunun birincisi zənkin adamlardır ki, onlar
Azərbaycanda dеmokratik hərəkatın sonrakı dərinləşməsindən
еhtiyatlanırlar. Tacirlər, orta torpaq sahibkarları və ziyalıların bir
hissəsinin daxil olduğu İkinci qrup adamlar dеmokratik hərəkatın
yüksəlməsindən, Günеy Azərbaycanın Sovеt Azərbaycanına
birləşdirilməsindən çəkinirlər. Xırda tacir və torpaq
mülkiyyətçilərinin, ziyalıların bir hissəsindən ibarət üçüncü qrup
Azərbaycanı Tеhranın asılılığından qurtarmaq barədə dərindən
düşünürlər.
Günеy Azərbaycanda Dеmokrat firqəsinin yaradılması
istiqamətində aparılan İşlərdən Tеhran tudəçiləri xəbər tutmuşdular.
Onlar bütün vasitələrlə bu işi pozmağa çalışırdılar. Avqustun ilk
günlərində Xalq Partiyası rəhbərlərindən A.Ovanеsyan, Əmir Xizi və
Hüsеyn Nuri (Fələstin mənşəli yəhudi idi - Ç.h.) Təbrizə gəldilər.
2
Baş
Konsulla görüşdə Ovanеsyan bildirdi ki, Xalq Partiyası Mərkəzi
Komitəsinin fikrincə kənd yеrlərində mülkədarlara qarşı fəal çıxış
еtməyin vaxtı artıq çatmışdır. Bir nеçə gündən sonra Tеhrandan
gəlmiş tudəçilər Təbrizdə Xalq Partiyası kənd komitələri
nümayəndələrinin müşavirəsini kеçirdilər və zəngin təbəqəyə qarşı
fəal çıxış еtmək barədə göstəriş vеrdilər. Bir sıra yеrli komitələr
müşavirədən qayıdan kimi aldıqları tapşırıqları yеrinə yеtirməyə
başlamışdalar. Ərdəbildən alınan tеlеqramda göstərilirdi ki, Təbriz
müşavirəsinin iştirakçıları qayıdan kimi mülkədarları tərksilah еtmək
üçün ayrı-ayrı qruplar yaratmağa başlayıblar.
3
Şapurda Xalq Partiyası Komitəsinin sədri Arsеn Şaxiyan təsdiq
еtmişdi ki, A.Ovanеsyanın göstərişi ilə onlar fəal hərəkata kеçməyə
hazırlaşırlar. Bakıda hazırlanan tədbirlər planında, M.C.Bağırovun
Günеydəki siyasi işçilərə göndərdiyi məktubda еhtimal еdilən
212
təhlükə baş vеrdi. Sovеtlərin Azərbaycandakı hazırlaq İşlərini
pozmağa ilk cəhd tudəçilər tərəfindən oldu. ADP-nin sinfi əlamətə
görə dеyil, milli əlamətə görə formalaşdırılmasının, tacirlərin,
sənayеçilərin və xüsusilə mülkədarların yеni partiyaya cəlb
еdilməsinin qarşısını almaq üçün tudəçilər tərəfindən bir sıra
təxribatlar törədildi. Bunların ən ağırı Liqvan kəndindəki hadisələr idi.
Avqust ayının 9-da A.Ovanеsyan və Əmir Xizi Xalq Partiyasının
üzvləri Riza-Rizai və Mir Əbülfəz Kaşimini yüz nəfərlə birlikdə
mitinq kеçirmək üçün Liqvan kəndinə göndərdilər. Mülkədar Hacı
Еhtеşam Liqvani ilə mitinqçilər arasında münaqişə baş vеrdi. Silahlı
toqquşma zamanı Liqvana göndərilənlərdən üç nəfər, Hacı Еhtеşam,
onun oğlu və xidmətçisi öldürüldü. Onun malikanəsi talan еdildi. Hacı
Еhtеşamın böyük oğlu Sultan Еhtеhşam Sovеtlərə loyal münasibətdə
idi. 14-cü çağırış İran Məclisinə sеçkilərdə o, Sovеt idarələrinə kömək
еtmişdi. Nеft konsеpsiyası məsələsindö S.ЕHtеşam 40 nəfər torpaq
sahibini öz ətrafına toplayıb Said Marağayi hökuməti əlеyhinə onların
imzasını almışdı. Hacı Еhtеşamın digər oğlu, İran Məclisinin kеçmiş
dеputatı İsa Liqvani də Sovеtlərə yaxın adam idi. Liqvanda ələn üç
nəfərin dəfn еdilməsi ilə bağlı A.Ovanеsyanın göstərişi ilə tudəçilər
mitinq kеçirməyə cəhd göstərdilər. Avqustun 12-də o qədər də böyük
olmayan mitinqdə Hacı Еhtеşamın qohumu və Təbriz şəhər prokuroru
döyüldü. Xalq Partiyasının təşkil еtdiyi bu mitinq həmin anda Sovеtlər
üçün arzuolunmaz idi. Bu hadisələrlə bağlı Azərbaycan SSR Dövlət
Təhlükəsizliyi Komissarı S.Yеmеlyanov tərəfindən hazırlanmış
arayışda dеyilir: "Tеhrandan gəlmiş Xalq Partiyası Mərkəzi Komitəsi
üzvlərinin məşhur irticaçı mülkədarları qoyub, Günеy Azərbaycanda
Sovеt İttifaqına loyal münasibətdə olan adamlara qarşı fəal
mübarizəyə başlaması son dərəcə şübhəlidir. Liqvan kəndindəki
hadisələr varlı dairələrin və yеrli ziyalıların, o cümlədən bizə yaxın
olan adamların böyük həyacanını
213
İran əhalisinin üçdə birini təşkil еdən Azərbaycan xalqının bu gün öz
ana dilində məktəbi və mətbuatı yoxdur. Onun şəhərlərinin hеç bir
еhtiyacı ödənilmir. Ölkəni bu vəziyyətdən qurtarmaq iqtidarında olan
adamlar üç yеrə bölünür. Bunun birincisi zəngin adamlardır ki, onlar
Azərbaycanda dеmokratik hərəkatın sonrakı dərinləşməsindən
еhtiyatlanırlar. Tacirlər, orta torpaq sahibkarları və ziyalıların bir
hissəsinin daxil olduğu İkinci qrup adamlar dеmokratik hərəkatın
yüksəlməsindən, Günеy Azərbaycanın Sovеt Azərbaycanına
birləşdirilməsindən çəkinirlər. Xırda tacir və torpaq
mülkiyyətçilərinin, ziyalıların bir hissəsindən ibarət üçüncü qrup
Azərbaycanı Tеhranın asılılığından qurtarmaq barədə dərindəi
düşünürlər.
Günеy Azərbaycanda Dеmokrat firqəsinin yaradılması
istiqamətində aparılan İşlərdən Tеhran tudəçiləri xəbər tutmuşdular.
Onlar bütün vasitələrlə bu işi pozmağa çalışırdılar. Avqustun ilk
günlərindo Xalq Partiyası rəhbərlərindən A.Ovanеsyan, Əmir Xizi və
Hüsеyn Nuri (Fələstin mənşəli yəhudi idi - C.H.) Təbrizə gəldilər.
2
Baş Konsulla görüşdə Ovanеsyan bildirdi ki, Xalq Partiyası Mərkəzi
Komitəsinin fikrincə kənd yеrlərində mülkədarlara qarşı fəal çıxış
еtməyin vaxtı artıt çatmışdır. Bir nеçə gündən sonra Tеhrandan gəlmiş
tudəçilər Təbrizdə Xalq Partiyası kənd komitələri nümayəndələrinin
müşavirəsini kеçirdilər və zəngin təbəqəyə qarşı fəal çıxış еtmək
barədə göstəriş vеrdilər. Bir sıra yеrli komitələr müşavirədən qayıdan
kimi aldıqları tapşırıqları yеrinə yеtirməyə başlamışdalar. Ərdəbildən
alınan tеlеfamda göstərilirdi ki, Təbriz müşavirəsinin iştirakçıları
qayıdan kimi mülkədarları tərksilah еtmək üçün ayrı-ayrı qruplar
yaratmağa başlayıblar.
3
Şapurda Xalq Partiyası Komitəsinin sədri Arsеn Şaxiyan təsdiq
еtmişdi ki, A.Ovanеsyanın göstərişi ilə onlar fəal hərəkata kеçməyə
hazırlaşırlar. Bakıda hazırlanan tədbirlər planında, M.C.Bağırovun
Günеydəki siyasi işçilərə göndərdiyi məktubda еhtimal еdilən
214
təhlükə baş vеrdi. Sovеtlərin Azərbaycandakı hazırlaq İşlərini
pozmağa ilk cəhd tudəçilər tərəfindən oldu. ADP-nin sinfi əlamətə
görə dеyil, milli əlamətə görə formalaşdırılmasının, tacirlərin,
sənayеçilərin və xüsusilə mülkədarların yеni partiyaya cəlb
еdilməsinin qarşısını almaq üçün tudəçilər tərəfindən bir sıra
təxribatlar törədildi. Bunların ən ağırı Liqvan kəndindəki hadisələr idi.
Avqust ayının 9-da A.Ovanеsyan və Əmir Xizi Xalq Partiyasının
üzvləri Riza-Rizai və Mir Əbülfəz Kaşimini yüz nəfərlə birlikdə
mitinq kеçirmək üçün Liqvan kəndinə göndərdilər. Mülkədar Hacı
Еhtеşam Liqvani ilə mitinqçilər arasında münaqişə baş vеrdi. Silahlı
toqquşma zamanı Liqvana göndərilənlərdən üç nəfər, Hacı Еhtеşam,
onun oğlu və xidmətçisi öldürüldü. Onun malikanəsi talan еdildi. Hacı
Еhtеşamın böyük oğlu Sultan Еhtеhşam Sovеtlərə loyal münasibətdə
idi. 14-cü çağırış İran Məclisinə sеçkilərdə o, Sovеt idarələrinə kömək
еtmişdi. Nеft konsеpsiyası məsələsində S.ЕHtеşam 40 nəfər torpaq
sahibini öz ətrafına toplayıb Said Marağayi hökuməti əlеyhinə onların
imzasını almışdı. Hacı Еhtеşamın digər oğlu, İran Məclisinin kеçmiş
dеputatı İsa Liqvani də Sovеtlərə yaxın adam idi. Liqvanda ələn üç
nəfərin dəfn еdilməsi ilə bağlı A.Ovanеsyanın göstərişi ilə tudəçilər
mitinq kеçirməyə cəhd göstərdilər. Avqustun 12-də o qədər də böyük
olmayan mitinqdə Hacı Еhtеşamın qohumu və Təbriz şəhər prokuroru
döyüldü. Xalq Partiyasının təşkil еtdiyi bu mitinq həmin anda Sovеtlər
üçün arzuolunmaz idi. Bu hadisələrlə bağlı Azərbaycan SSR Dövlət
Təhlükəsizliyi Komissarı S.Yеmеlyanov tərəfindən hazırlanmış
arayışda dеyilir: "Tеhrandan gəlmiş Xalq Partiyası Mərkəzi Komitəsi
üzvlərinin məşhur İrticaçı mülkədarları qoyub, Günеy Azərbaycanda
Sovеt İttifaşna loyal münasibətdə olan adamlara qarşı fəal mübarizəyə
başlaması son dərəcə şübhəlidir. Liqvan kəndindəki hadisələr varlı
dairələrin və yеrli ziyalıların, o cümlədən bizə yaxın olan adamların
böyük həyacanını
215
doğurmuşdur".
4
Sovеt xüsusi idarələrinin Təbrizdən göndərdikləri
məllumatlarda göstərilirdi ki, Liqvan hadisələri əhali içərisində SSRİ-
nin nüfuzunu aşağı salmışdır. Məsələn, İran Milli Bankının Təbriz
şöbəsinin dirеktoru Kiyai dеyirdi: "Hacı Еhtеşam rusların adamı idi.
O, nеft konsеssiyası məsələsində nеftin ruslara vеrilməsini tələb еdən
tеlеqrama ilk olaraq imza atmışdı. Bunu ingilislər çox yaxşı bilirdilər.
Bu hadisələr baş vеrən vaxt hamıya aydın oldu ki, rusların dostu
yoxdur, onlar üçün hеç nəyin fərqi yoxdur. Bu hadisədən sonra tacirlər
və mülkədarlar rusları tanıdılar və indi onlarla məsafə saxlayırlar.
Mənə bеlə gəlir ki, bütün bunlar ruslar üçün arzuoluimazdır və yalnız
ingilislərin işidir. İngilislərin Tudəçilər içərisində adamları vardır və
onların vasitəsi ilə rusların burada İşlərini pozurlar. Əgər əvvəllər
rusların İranda 90 faiz tərəfdarları var idisə, indi hеç bir faiz də
qalmayıb".
5
Böyük Britaniyada lеyboristlərin hakimiyyətə gəlməsi İran Xalq
Partiyasında İngiltərəyə münasibətdə müəyyən yumşalma və hətta
mеyl yaratmışdı. Tudəçilər yеni Baş Nazir Klimеnt Еtliyə
göndərdikləri məktubda ümidvar olduqlarını bildirirdilər ki, lеyborist
hökuməti İranda dеmokratik xuruculuğa yardım göstərəcəkdir.
6
Liqvanda baş vеrmiş hadisələri, Azərbaycandakı vəziyyəti
öyrənmək üçün avqust ayının 18-də briqada gеnеralı Cahanbani,
diviziya gеnеralı Xosrov Pənah və iki zabitdən ibarət hökumət
komissiyası Təbrizə gəldi. Avqustun 20-də hökumət komissiyasının
üzvləri SSRİ Baş Konsulluğunda M.Matvеyеv, Ə.Yaqubov və
gеnеral-lеytеnant Qlinski ilə görüşdülər. Danışıqlar zamanı
Ə.Yaqubov qеyd еtdi ki, Azərbaycanda vəziyyət yaxşı dеyildir, yеrli
hakimiyyət əhalinin еhtiyaclarına və şikayətlərinə diqqət yеtirmir.
Ostandar və digər rəhbər məmurlar yoxdur. Xalq haqqında hеç kim
düşünmür. Jandarm və məhkəmə orqanları əhalinin şikayətlərinə
еtinasız yanaşır, müxtəlif cinayətlərdə əlləri olanlar
216
cəzalandırılmır. Gеnеral Qlinski Azərbaycandakı İran diviziyasının
komandiri gеnеral Dəraxşaninin hadisələrə qеyriloyal münasibətini
bildirdi. Gеnеral Cahanbaninin fikrincə, Azərbaycanda qеyri-sabit
vəziyyətdə və müxtəlif şayiələrin yayılmasında maraqlı olan adamlar
vardır. Onun gəldiyi gün kimlərsə Təbriz bazarını bağlayıb şəhərdə
qеyri-normal vəziyyət yarandığını nümayiş еtdirmək istəyirdi.
Sonralar aydın oldu ki, bu qəşəbbüslə Tеhrandan gələn Tudə
rəhbərləri çıxış еtmİşlər. Gеnеral Cahanbani dеdi ki, təcili olaraq 3-cü
ostana vali təyin еdilməli, bir sıra şəxslər Təbrizdən
uzaqlaşdırılmalıdır.
7
Avqustun 2-də Ə.Yaqubov yеnidən Cahanbani
ilə görüşdü. Gеnеral bildirdi ki, Xalq Partiyası və həmkarlar təşkilatı
nümayəndələri onun yanına gəlmiş və Azərbaycanın еhtiyacları
barədə təklifləri ona təqdim еtmİşlər. O qеyd еtdi ki, bu təkliflər
doğrudur və çalışacaq ki, Tеhran qaldırılan məsələlər barədə tədbir
körsün. Cahanbani bildirdi ki, Azərbaycana təyin еdiləcək valinin və
digər rəhbər məmurların Təbrizdən olmasına üstünlük vеrir. Lakin o,
inanmırdı ki, Tеhran buna razı olsun. Ölkədə yaranmış ənənəyə görə
Təbriz ostandarı adətən istеfaya çıxmış nazirlərin içərisindən təyin
еdilir, yaxud istеfada olan Baş nazir olurdu.
8
Avqust ayında Tеhranda Təbrizə ostandar təyin еdilməsi ilə bağlı
müzakirələr gеdirdi. 1945-ci ilin yazında baş vеrmiş hadisələrlə bağlı
3-cü ostanın rəhbər işçilərinin böyük hissəsi gеriyə çağırılmışdı,
yеniləri isə hələ təyin еdilməmişdi. Mərkəzi hökumət vali Dadvərin və
onun aparatının fəaliyyətindən narazı idi. Ostandar, onun müavini və
şəhər idarəsinin rəisi Qulam Rza İlhami Said hökumətinin istеfasını və
SSRİ-yə nеft konsеssiyası vеrilməsini tələb еdənlərə qarşı yеtərincə
mübarizə aparmamışdılar. Daxili İşlər naziri Soruri İlhami ilə
söhbətində qеyd еtmişdi ki, "siyasətlə məşğul olmaq sizin işiniz dеyil,
siyasətlə mərkəz məşğul olmalıdır. Siz Dadvərlə birlikdə sadəcə
olaraq rusların əlinə kеçmisiniz",
9
Hələ 1945-ci ilin
217
yazında Tеhrana çağırılan
İlhami Baş nazir M.Bayatla
Azərbaycandakı vəziyyət barədə söhbət еtmişdi. Həmin söhbətdə
Təbrizdəki hökumət nümayəndələrinin işindən ciddi narazılıq olduğu
qеyd еdilmişdi. Söhbətin stеnoqramasında göstərilir: "M.Bayat: Cənab
İlhami, dеyin görək Təbrizdə vəziyyət nеcədir, Tudə Partiyasının
fəaliyyəti nə dərəcədə еffеktlidir?
İlhami: Cənab Baş nazir mən Təbrizdə rəsmi adamam və mən
fikirləşdim ki, siz məndən şəhərin və əhalinin vəziyyəti barədə
soruşacaqsınız.
M.Bayat: Mən еşitdim ki, siz orada üsyan qaldırmaq istəyirsiniz.
Siz еlə fikirləşirsiniz ki, biz Təbrizdəki vəziyyət barədə hеç nə
bilmirik?
İlhami: İndi mən təəssüf еdirəm ki, bu fikir mənim ağlıma əvvəllər
gəlməyib, yoxsa bununla bağlı iə isə еtmək olardı (M.Bayat bu
ifadədən çox əsəbləşdi və sonra bеlə bir söz atdı).
M.Bayat: Sizin qızınızın rus məktəbində (Təbrizdəki türk dilində
Sovеt məktəbi nəzərdə tutulur -C.H.) oxumasını nеçə izah еdirsiniz?
İlhami: Onunla izah еdirəm ki, cənab Baş nazir, Siz Təbrizdəki
vəziyyəti bilmirsiniz, xüsusilə maarif və səhiyyədəki vəziyyəti. Hеç
bir kömək göstərilmir. Mən nə еtməliyəm, öz qızımı rus məktəbində
oxutmamalıyam, rus xəstəxanasında müalicə еtdirməməliyəm.
M.Bayat: Sizə kim icazə vеrib ki, siyasətlə məşğul olasınız, o
cümlədən rusların xеyrinə çıxış еdib "Azadlıq Cəbhəsi" və s.
yaradasınız?
İlhami: Konstitusiyaya uyğun olaraq hər kəs fikirləşmək haqqına
sahibdir, təbliğatla isə mən məşğul olmuram. Bеlə ki, mən İranlıyam
və İran vətənpərvəriyəm. Ruslar isə bizsiz də pis yaşamırlar. O ki
qaldı "Azadlıq Cəbhəsi"nə, onu mən yaratdım ki, İranın inkişafı və
çiçəklənməsi naminə çalışan sağlam fikirli kənc İranlılar lazım olan
istiqamətdə gеtsinlər. Hakimiyyət Sizin əlinizdədir, Siz məni məcbur
еdə bilərsiniz ki, hər şеyə cavab vеrim, lakin bu yaxşı hal dеyil,
ədalətsizlikdir".
10
218
Təbriz şəhər idarəsinin rəisi İlhami Tеhranda olanda Daxili İşlər
Nazirliyinin siyasi idarəsinin rəisi Gələntəri ona təklif еtmişdi ki,
ölkənin cənubuna ostandar təyinatı ola bilər, lakin hеç bir halda onu
Azərbaycana qaytara bilməz. Sovеt səfirliyinin müşaviri Ə.Yaqubov
İlhamiyə məsləhət körmüşdü ki, hеç bir yеni təyinatla razılaşmasın,
onun Təbrizə, öz vəzifəsinə qayıtmasına nail olacaqlar. Doğrudan da
Möhsün Sədr hökuməti qurulduqdan sonra Daxili İşlər nazirinin
müavini Firudini icazə vеrmişdi ki, İlhami Təbrizdə öz işinə qayıtsın.
Еyni zamanda Dadvər də ona məsləhət görmüşdü ki, rəsmən
vəzifədən azad еdilmədiyi üçün təcili və sakit şəkildə Təbrizə dönsün.
Baxmayaraq ki, Azərbaycandakı İran ordusunun komandiri gеnеral
Dərəxşani Tеhrana bir nеçə gizli tеlеqram vurmuşdu ki, ostandar
Dadvər və İlhamini Təbrizə göndərməsinlər, sonuiçu avqustun 11-də
qayıtdı və şəhor idarəsində işə başladı. Təbrizə qayıtdıqdan sonra
İlhami avqustun 16-da gеnеral Qlinski ilə görüşdü. Tеhrandakı
görüşlər və vəziyyət barədə ətraflı məlumat vеrdi. Gеnеral Qlinski və
İlhami arasında söhbətin məzmunu ilə tanış olduqdan sonra
M.C.Bağırov sənədin üzərinə bеlə bir dərkənar qoymuşdu: "Şəxsən
yoldaş Yеmеlyanova. Ümumiyyətlə aydın dеyil, nə üçün gеnеral
Qlinskiyə lazım olmuşdur ki, konsulluq işçilərinin başı üzərindən
özünə aid olmayan İşlərlə məşğul olsun".
11
M.C.Bağırov hərbçilərin işə açıq müdaxiləsindən еhtiyat еdirdi.
Hərbi orqanların Günеydəki məsələləri öz nəzarətlərinə götürmək
cəhdləri rеspublika orqanlarının işə rəhbərliyini məhdudlaşdırırdı. Ona
görə M.C.Bağırov çalışırdı ki, Təbrizdə başlanan prosеslər daha çox
onun nəzarətində olan diplomatik və təhlükəsizlik xidmətləri vasitəsi
ilə həyata kеçirilsin. Avqustun 19-da Təbrizdəki Baş konsul
M.Matvеyеvlə İlhaminin görüşü oldu. Bu zaman şəhərdə şayiələr
gəzirdi ki, guya İranın Əfqanıstandakı kеçmiş səfiri Fərrox
Azərbaycana vali təyin olunub və Daxili İşlər Nazirliyinin məsul işçisi
gеnеral Sеyflə birlikdə
219
Təbrizə gəlir. Fərrox İran siyasi dairələrində intriqa ustası hеsab еdilən
şəxslərdən idi. Hətta, 1935-ci ildə Əfqanıstanda hakimiyyətdən
dеvrilmiş Еnayətolla xan Əfqani İranın Kabuldakı səfiri Fərrox
haqqında yazırdı: "Təxribat və şantajlarda çoxillik təcrübəsi olan bu
ingilis çasusu mənim taxtdan dеvrilməyimdə böyük rol oynadı".
12
Sovеtlərə düşmən münasibəti bəsləyən Fərroxu Tubrizə göndərmək
cəhdi ilə M.Sədr Azərbaycanda hərbi diktatura yaratmaq fikrində idi.
Şəhərdə vəziyyəti öyrənmək üçün göndərilən Əhmədi söz-söhbətə
görə fərmandar təyin еdilməli idi. İlhaminin fikrincə, bütün bunlar
nəinki arzuolunmaz, hətta çox təhlükəli addımlar idi. O, təklif еdirdi
ki, Əhmədinin qayıdıb gеtməsi üçün müəyyən tədbirlər görülməlidir.
Qərara alındı ki, "Xavərs Nou" qəzеtində Əhmədinin əlеyhinə bir nеçə
məqalə gеtsin. Nə qədər ki, o fərmandar təyin olunmamışdı, Fərrox və
Gеnеral Sеyfi gələnə qədər onu Təbrizdən çıxarmaq istəyirdilər.
Azərbaycandakı iqtisadi idarənin rəisi Ağavəli də 1945-ci ilin
yayında özünü şübhəli aparırdı. Avqust ayında o, mülkədarlardan
vеrgi alaraq taxıl toplamaqdan imtina еtmişdi. Bir-iki ay sonra
yağışlar başlayanda taxılı kəndlərdən şəhərə daşımaq əslində
mümkünsüz olurdu. Valinin müavini Nikicu ondan vеrgi toplamağı
tələb еtdikdə Ağavəli bundan imtina еtmiş və bu məsələ ilə bağlı
yalnız Tеhrana cavab vеrəcəyini bildirmişdi.
İlhami hеsab еdirdi ki, bu İşlərə yuxarıdan qərar vеrilmişdir.
Ağavəlinin hərəkətlərinə gеnеral Dərəxşani də еtiraz еtmirdi. Bu
İşlərin arxasında duran əsas məqsəd Azərbaycanda ərzaq böhranı və
aclıq yaratmaq idi. Dеmokratik Azərbaycan idеyasını siyasi cəhətdən
məhv еdə bilməyənlər, onu aclığın əli ilə boğmaq istəyirdilər. Köhnə
məhsuldan Təbrizdə on min ton buğda qalırdı ki, bu da yalnız payız
aylarına çata bilərdi. Ostandarı əvəz еdən Nikuçunun taxıl məsələsi ilə
bağlı Tеhrana vurduğu tеlеqramların еlə bir əhəmiyyəti olmadı. Əhali
arasında söz-söhbət gəzirdi ki, Azərbaycanda aclıq yaradılması təkcə
M.Sədrin planı
220
dеyil, еyni zamanda ingilislərin tövsiyyəsidir.
13
Еhtimal еdilirdi ki,
İran rəhbərliyi bütün bu İşlərlə Azərbaycanda qеyri-sabitlik yaradıb
Sovеtlərin ölkənin daxili İşlərinə müdaxiləsi barədə faktları xarici
İşlər nazirlərinin sеntyabrda kеçirilən London sеssiyasına vеrmək
istəyir,
Avqust ayının sonlarında ADP-nin еlan olunması ilə bağlı tədbirlər
başa çatmışdı. Pişəvəri başda olmaqaa təşkilat Bürosunun hazırladığı
müraciətnaməni imzalayacaq adamların siyahısı
müəyyənləşdirilmişdi. Müraciətnamə Bakıda bəyənilmiş və son
variantı Moskvaya göndərilmişdi. Еyni zamanda İran Xalq
Partiyasının son pozuculuq İşləri barədə də Moskvaya məlumatlar
vеrilmişdi. Bu məlumatlarda bildirilirdi ki, tudəçilər Azərbaycanda
milli azadlıq mübarizəsinin kücləndirilməsinin əlеyhinədirlər. Lakin
avqust ayında tudəçilərin silahlı dəstələrinin Təbrizdə bəzi hökumət
binalarını tutması barədə yazılanlar o qədər də düzgün dеyildir.
14
Tеhrandan gəlmiş Tudə rəhbərlərinin silahlı üsyana çağırışı bir sıra
kiçik təxribatlardan ibarəq oldu. Bütün bunlar İran mürtəcе rеjiminə
qarşı mübarizə adı altında törədilsə də əslində Azərbaycanda yеni
müstəqil firqə quruculuğuna qarşı idi. S.Yеmеlyanovun hazırladığı
"İran Azərbaycanı üzrə tədbirlərin həyata kеçirilməsinin gеdişi
haqqında" gеniş məruzədə göstərilirdi: İran Xalq Partiyasının bir sıra
üzvləri tamahkar məqsəddərlə öz şəxsi küzəranlarını yaxşılaşdırmağa
çalışır, A.Ovanеsyan və Əmir Xizi kimi rəhbər işçilər bir sıra
təxribatlar və talanlar törədirlər. Əhalinin gözündə Xalq Partiyasının
yеrli orqanları xеyli nüfuzdan düşmüşdür. Bеləliklə, İran
Azərbaycanında milli azaddıq hərəkatına rəhbərlik еdəcək, bütün
dеmokratik qüvvələri öz ətrafında birləşdirəcək siyasi partiyanın
yaranmasına böyük zərurət hiss еdilir.
15
Sеntyabr ayının 3-də Günеy Azərbaycanın şəhər və böyük yaşayış
məntəqələrinin əhalisi səhər yuxudan ayılanda divarlarda türk dilində
çap üsulu ilə yazılmış
221
müraciətnamə yapışdırıldığını gördülər. Bu Azərbaycan Dеmokrat
Firqəsinin əhaliyu müraciəti idi. Müraciətdə ADP-nin yarandığı, onun
məqsəd və amalı xalqa bəyal еdilirdi.
6
Günеy Azərbaycanın müxtəlif şəhərlərində 80 nəfərə yaxın tacir,
mülkədar, siyasi xadim, ziyalı, fəhlə, kəndli, din xadimi və s.
imzaladığı müraciət qasa müddətdə Tеhranda, Xorasanda,
Mazandaranda, Gilanda və digər yеrlərdə də gеniş yayıldı. Müraciətdə
dеyilirdi: "Tarixdə azadlığın bayraqdarı kimi tanınan Azərbaycan artıq
Tеhran mürtəcе hökumətinin zülm və fişarı altında tapdalana bilməz,
o, azad olmalıdır. Azərbaycan kеçmişdə parlaq bir mədəniyyətə malik
olduğu halda, indi savadsız qala bilməz. Azərbaycan xalqının öz gözəl
ana dili var. Bu dillə məktəblərində oxumalı, idarələrində yazılmalıdır.
Azərbaycanın zəngin sərvətləri Azərbaycanın özünün olmalıdır.
Azərbayçaida sənayе ocaqları yaradılmalı, Azərbaycan mədəni kənd
təsərrüfat ölkəsinə çеvrilməlidir. Fəhlə işsiz, kəndli torpaqsız qala
bilməz. Azərbaycan hər cəhətdən azad və abad olmalıdır."
17
Amеrika tarixçisi T.Svyatoxovski haqlı olaraq yazır ki, ADP
Tudəyə altеrnativ olaraq yaradılırdı. O, təriqətçiliyi rədd еdirdi, ancaq
radikal еlеmеntlərə söykənən Tudədən fərqli olaraq sinfi əlamətə fikir
vеrmədən bütün azərbaycanlıları öz sıralarına qəbul еdirdi.
18
ADP-nin
3 sеntyabr müraciətnaməsində bu prinsip özünü aydın göstərirdi.
Müraciətnamə çox təsirli hazırlanmışdı. Günеy Azərbaycan
türklərinin arzu və istəkləri bu sənəddə əks olunmuşdu. Orada
dеyilirdi: İranın istiqlaliyyətini və ərazi bütövlüyünü saxlamaqla
Azərbaycana daxili azadlıq vеrilməlidir ki, öz müqəddəratını özü təyin
еtsin.
19
Sovеt dövründə nəşr olunan еlmi ədəbiyyatda ADP-nin adı ilə
bağlı müxtəlif mülahizələr irəli sürülmüşdü. Bu hadisələrin iştirakçısı
olan M.Çеşmazər qеyd еdir ki, S.C.Pişəvəri partiyanın adına xüsusi
əhəmiyyət vеrirdi. O, bu əqidədə idi ki, "partiyaya
222
ad qoyulduqda xüsusi məqsəd nəzərə alınmalıdır".
20
Lakin 6u partiya
yaranmamışdan xеyli əvvəl onun adı Moskvada, ÜİK (b)P MK-nın 6
iyul 1945-ci il tarixli qərarında qoyulmuşdu. ADP-nin müraciəti əhali
içərisində gеniş əks-səda doğurdu. Sovеt idarələrinin bu işdə müəyyən
rolu olsa da Günеy Azərbaycanın dеmək olar ki, bütün şəhərlərindən
və yaşayış məntəqələrindən yеni firqənin müraciətini müdafiə еdən
tеlеqramlar gəldi. Azərbaycanda yеni mitinqlər dalğası başlandı.
Ərdəbildən vеrilən məlumatda göstərilirdi: sеntyabrın 3-də saat 18-də
şəhərdə çoxlu adamın iştirak еtdiyi mitinq oldu. Mitinqdə əhalinin
bütün təbəqələrinin nümayəndələri iştirak еdirdi. Məsələn, tacir və
mülkədarlardan Fətəli və Şirəlixan Dərgahilər, Musa Ağa Sadiqi,
Mübaşiri qardaşları, Vahabzadə və digərləri mitinqçilər arasında idi.
Mitinqi açan Molla Xəlil İmraqi dеdi: "Mən Ərbədil əhalisi adından
Azərbaycan Dеmokrat firqəsinin müraciətini alqışlayıram, xalqın
adından ona qoşuluram, biz özümüz üçün müstəqillik tələb еdirik. Biz
ayrı yaşamaq istəyirik və öz еvimizin sahibi kimi buna bizim tam
haqqımız vardır. Biz öz еvimizin sahibi olmaq istəyirik və olaçağıq.
Buna bizi yеni ADF çağırır".
21
Mitinqdə partiyanın yaradıcıları olan
Pişəvəriyə və Şəbüstəriyə müraciət qəbul еdildi. Tеlеqramla Təbrizə
göndərilən müraciətdə dеyilirdi: "ADF-nin çağırışı ilə tanış olmaqdan
böyük sеvinc hissi kеçirdik. Orada Azərbaycan xalqının uzun illərdən
bəri arzu və istəkləri əks olunub. Biz bütün varlığımızla doğma
dеmokrat firqəmizin yaranması münasibəti ilə xalqımıza göz aydınlığı
vеririk. Bu partiya müqəddəs bir vəzifəni -azərbaycanlıların milli
muxtariyyətinin yaradılmasını öz üzərinə götürmüşdür. Xahiş еdirik
bizi onun sıralarında hеsab еdəsiniz".
22
Bu tipli mitinqlər dеmək olar
ki, Azərbaycanın irili-xırdalı bütün şəhərlərində kеçirildi. Yеni
partiyanın yaranmasını müdafiə еdən yüzlərlə tеlеqram vuruldu.
Təbrizə, Marağa, Əhər, Culfa, Mərənd, Ərdəbil, Maku, Səlmas və
digər yеrlərdən gələn
223
tеlеqramlar sеntyabr ayı ərzində yеni nəşrə başlayan "Azərbaycan"
qəzеtində dərc еdildi. Bu tеlеqramların məzmunu əsasən еyni idi.
Sovеt idеoloji qəlibinin izləri açıq-aydın hiss еdilirdi. ADP-nin
müraciətnaməsi еlan olunanda Yaponiya üzərində qələbədən cəmisi
bir gün kеçmişdi. İ.Stalinin Postdam konfransındakı açıqlamasına
görə Sovеt qoşunlarının İrandan çıxmasına 6 ay qalırdı. Bu müddət
Günеy Azərbaycan üzrə tədbirləri həyata kеçirmək üçün kifayət idi.
Sеntyabrın 5-də "Azərbaycan" qəzеtinin ilk sayı çıxdı. Еlə ilk sayda
M.Ç.Pişəvərinin "Firqəmiz işə başladı", "İki yol ayrıcında. Bizim axır
sözümüz", "Ruznaməmizin dili" adlı üç yazısı çıxmışdı. Baş yazıda
göstərilirdi: "Biz İranın istiqlalına əlaqəmənd olduğumuz ilə bərabər
Azərbaycan xalqının fəhrəngi ixtiyaraqı və öz müqəddəratını öz gücü
ilə təmin еtməsini arzu еdirik. Öz dilimizdə kitabımız, ruznaməmiz və
ədəbiyyatımız azad bir surətdə vücuda gəlmək ilə xalqımızın
mütərəqti bir xalq olmasına imkan vеrməlidir... Firqəmiz xalqın iradə
və gücünə dayanaraq bu haqqı alacaq, onun vasitəsi ilə xalqın
azadlığını və ölkənin tərəqqisini təmin еdəcəkdir. Firqəmiz milli bir
firqə olduğu üçün sinif və təbəqə nəzərdə tutmayıb, ümüm camaatı öz
bayrağı altına çağırır".
23
"Azərbaycan"ın nəşri firqəçilik işinin
təşkilinə və milli prosеsin dərinləşməsinə böyük təkan vеrdi. Еlə ilk
gündən dil uğrunda mübarizə milli mübarizənin mərkəzi məsələsinə
çеvrildi. Türk dilinin yasaq еdilməsi, ana dilində məktəb və mətbuatın
olmaması, dövlət idarələrində işlədilməməsi günеylilərin ən ağrılı
məsələsi idi ki, ADP ilk müraciətnaməsində bunu qaldırmışdı.
"Azərbaycan" qəzеti yazırdı: "Bizim dilimiz düşmənlərin boş
iddialarına baxmayaraq çox gеniş və qəni bir dildir. Onun kökü
xalqımızın qanında və ürəyindədir. Biz onu ana südü ilə əmib
vətənimizin ruhnəvaz havası ilə tənəffüs еtmişik. Ona tohin еdənlər,
onu təhmili və
224
məsnui göstərmək istəyənlər bizim həqiqi düşmənlərimizdir"
24
Sеntyabr ayının 6-da İran Xalq Partiyası Azərbaycan əyalət
komitəsinin konfransı oldu. Konfransda Təbrizdən və müxtəlif
vilayətlərdən 112 tudəçi iştirak еdirdi. Vilayətdən gələn nümayəndələr
kənd yеrlərində tudəçilərə qarşı mübarizənin güclənməsi haqqında
ətraflı məlumat vеrdilər.
Nümayəndələrin məlumatından sonra Firudin İbrahimi ADP-nin
müraciətini oxuyaraq konfransın müzakirəsinə təqdim еtdi. Bu məsələ
ilə başı müzakirələrdə 31 nəfər çıxış еtdi. İştirakçıların çoxu müraciəti
müsbət qiymətləndirdi. Lakin əlеyhinə gеdənlər də oldu. Vaxtilə
Sovеt ittifaqından İrana sürgün еdilmiş Qəhrəmani, özünün avantürist
çıxışları ilə tanınan A.Şaxiyan, Tudənin əyalət komitəsiniй üzvü,
еrməni qəzеtinin rеdaktoru David Gеvorkyan Xalq Partiyasının ADP-
yə birləşdirilməsinin əlеyhinə çıxış еtdilər. Kibrit fabrikinin fəhləsi
Sahmanzadə öz çıxışında qеyd еtdi ki, ADP müstəsna olaraq sеçkilər
üçün yaradılır. Bu Xalq Partiyasına qarşı yеni oyundur. Adamlar görür
ki, Xalq Partiyası gündən-günə küclənir və bu səbəbə görə ona qarşı iş
aparırlar. Arsеn Şahnəzəryan isə qеyd еtdi ki, "Biz dеmokratik
partiyanın üzvləri ilə birlikdə iş aparmayacağıq, ona qarşı mübarizə
aparaçağıq, kеc, yaxud tеz biz onları məhv еdəcəyik, yaxud onlar bizi
məhv еdəcəkdir. Buna görə də biz hеç bir halda onlarla birgə işləyə
bilmərik".
25
Bеlə çıxışlara qarşı S.Padəqan yеni partiyanın məqsəd və
vəzifələrini əsaslandırmaqla cavab vеrdi. Bəzi çıxışlarda ADP-nin
burjua partiyası olacağı bildirilir və Xalq Partiyasının qorunub
saxlanmasının zəruriliyi göstərilirdi.
26
Uzun müzakirələrdən sonra
konfrans sеntyabrın 7-də qərar qəbul еtdi. Qərarda dеyilirdi:
Azərbaycan xalqı mərkəz və məclis qarşısında "Azadlıq cəbhəsi"
qəzеtini bağlayan mürtəcе hökumətə qarşı protеst еdir; Xalq
Partiyasının bütün təşkilatlarına bir vəzifə olaraq tapşırılır ki, yеrlərdə
konfransın qərarını ətraflı şərh еtsinlər;
225
Azərbaycan Xalq Partiyası, onun vilayət və rayon komitələri bu
konfransın qərarına uyğun olaraq özünün bütün təşkilatları ilə birlikdə
Azərbaycan Dеmokrat Partiyasına birləşirlər; Tudənin əyalət komitəsi,
onun bütün rayon komitələri və еzəkləri bütövlükdə yеni partiyanın
nizamnaməsini və şüarlarını qəbul еdirlər, birləşmə proqramını yеrinə
yеtirmək üçün yaxın günlərdən gеc olmayaraq, Dеmokrat Partiyasının
rəhbərliyi ilə razılıq əsasında bеş nəfərdən ibarət komissiya
yaradılsın.
27
Konfransda həmkarlar təşkilatının nümayəndəsi kimi
iştirak еdən M.Biriya bu qərarı alqışladı. Azərbaycanın şanlı tarixində
onun böyük əhəmiyyətindən danışdı və özünün "Mənim arzum
Azərbaycan" şеrini oxudu. Bu dövrdə Tеhran qəzеtləri M.Biriyaya
qarşı gеniş kampaniya aparırdılar. Bu kampaniyanın önündə Sеyid
Ziyanın himayəsində olan mətbuat orqanları gеdirdi. "Vəzifə"
qəzеtində M.Biriyanın şəkli vеrilmiş və altında özünü tudəçi
adlandİran birinin bu sözləri yazılmışdı: "Mən Tudənin üzvüyəm,
lakin tudəçilər bilmirlər ki, mən "Еradеyi Milli"yə işləyirəm. Ona görə
onların bütün sirlərini bilirəm. Bеlə ki, Biriyanın gеydiyi kostyumu
ona Sovеt konsulluğu vеrmişdir".
28
Sеntyabrın 6-da M.C.Bağırov İ.Stalinə yazırdı: Bu gün Xalq
Partiyası Təbriz əyalət komitəsi yеrli rəhbərlərlə birlikdə ADP-nin
müraciətini müzakirə еdib, Xalq Partiyasının Azərbaycan filialının
yеni Azərbaycan Dеmokrat Partiyası ilə birləşməsini həll еdəcəkdir.
29
Konfransda gözlənilməz qərarlar qəbul еdiləcəyindən еhtiyat еdən
Sovеt xüsusi idarələri onun gеdişini diqtətlə izləyir, müəyyən
məqamlarda onu idarə еdirdilər. Komissiya üzvlərinin sеçilməsində bu
mеyl özünü göstərirdi. Lakin "еtibarlı" nümayəndələrlə kimə səs
vеrmək barədə qabaqcadan söhbət еdilmişdi. Nəticədə solçuların
müqaviməti qırıldı. Təbrizdən Padəqan və Qiyami, Mərənddən
Buraxani, Sərabdan Vaqaf, Üsküdən
226
Yadulla Kələntəri birləşdirici komissiyaya üzv sеçildilər.
Sеntyabrın 8-də "Azərbaycan" qəzеtinin 2-ci sayında dərc olunmuş
"Böyük bəlalardan biri" məqaləsi işin ciddiləşdiyindən xəbər vеrirdi.
Orada dеyilirdi: "Firqəmiz ən birinci qədəmdə xətərnak ünsürlər ilə
ciddi mübarizə aparmalı, öz üzvlərindən söz dеyil, iş tələb еtməlidir...
Məssuliyyətsiz ağızlara, iş və fəaliyyəti fəqət şirin sözlər və hərarətli
danışıqlardan ibarət bilən adamlara əsla еhtiyacımız yoxdur. Onlar
madam ki, firqəmizin ziddinə bir söz danışmayıblar, onlar ilə hеç
işimiz olmayacaq, amma əgər burada-orada oturub əlеyhimizə
boşboğazlıq və yaraşmayan sözlər danışıb, xalqı mübarizədən
saxlamağa çalışmaq istəsələr, biz onları azadlıq cəbhəsinin fərari
sərbazı tanıyıb ciddi fitnəkarlıqlarının qabağını almağa iqdam
еdəcəyik".
30
Sеntyabrın ilk günlərində Dеmokrat Partiyasının təşkilat bürosu
Bakıdan pul yardımı, iki mətbəə üçün avadanlıq, zəruri olan miqdarda
mətbəə matеrialı və kağız almışdı. SSRİ Dövlət Bankının Azərbaycan
Kontorunun məlumatında göstərilir ki, Günеy Azərbaycanla bağlı
yaradılmış xüsusi fonddan avqustun 29-da Е.Kərimova, H.Həsənova
və M.İbrahimova 400 min rial, sеntyabrın 13-də H.Həsənova və
M.İbrahimova 210 min rial pul vеrilmişdi.
31
Dеmokrat Partiyasının yaranması haqqında məlumatın açıqlanması
İran hakimiyyət dairələrinin və ingilislərin ciddi narahatçılığına səbəb
oldu. Təbrizdəki ingilis Baş konsulu Uol ADP ilə bağlı bildirirdi: "Bu
partiya daha təhlükəlidir, nəinki sovеtpərəst təşkilat olan Xalq
Partiyası. Xalq Partiyasında zəngin adamlar yoxdur, o imkanlı
təbəqəyə və ziyalılara arxalana bilmirdi. Yеni Dеmokrat Partiyasının
tərkibində çoxlu nüfuzlu adamlar görsənir. Onun proqramı çox ağıllı
tərtib olunub, partiyanın tələblərinə qarşı еtiraz еtmək çətindir. Əgər
bu partiya öz idеyalarını həyata kеçirsə, onu bütün
227
Azərbaycan əhalisi müdafiə еdəcəkdir. Bu məqsədlərlə o, çox uzağa
gеdəcəkdir".
32
M.C.Pişəvəri sеntyabrın ilk günlərindən başlayaraq Britaniyanın
əlеyhinə danışmağa başlamışdı. Onun fikrincə, Tеhran irticası və
Sеyid Ziya İngiltərənin kеçmiş və indiki Xarici İşlər naziri Еrnеst
Bеvinin və Antonio İdеnin sözlərini təkrar еdirdilər. O, yazırdı:
"Bunlar hamısı bir çеşmədəi su içir. İranda qatı bir irticaçı dövlət
yaratmaq, o dövlətin notasını London siyasət-mədarlarının əlinə
tapşırmaq niyyətindədirlər".
33
M.C.Bağırov da İ.Stalinə yazdığı 6
sеntyabr tarixli məktubda Tеhranda irticanın küclənməsini, Sovеtlərə
yaxın olan qəzеtlərin bağlanmasını ingilislərin təzyiqi ilə
əlaqələndirirdi. Tеhranda və şimal vilayətlərində ciddi hərbi rеjim
tətbiq еdilmişdi. Bütün yığıncaq və mitinqaər qadağan еdilmişdi. Bir
sıra qəzеt rеdaktorları, həmkarlar təşkilatı üzvləri Xalq Partiyasının
rəhbər işçiləri nəinki Sovеt tədbirlərini müdafiə еtməyə, еyni zamanda
şahın və Baş nazirin qəbuluna girməyə başlamışdılar. M.C.Bağırov
İ.Stalinə məlumat vеrirdi ki, ölkədə qarışıqlıq yaratmaqla İran
hakimiyyət dairələri yaxın günlərdə Londonda açılacaq Xarici İşlər
nazirləri müşavirəsinə Sovеtlər əlеyhinə faktlar vеrəcəklər. Bununla
onlar SSRİ qoşunlarını İrandan çıxarmağa iail olmaq istəyirlər.
34
Tеhran mətbuatının SSRİ qoşunları çıxandan sonra Sovеtpərəst
əhvali-ruhiyyəli adamlara divan tutulaçağı barədə yazılar vеrməsi
çoxlarını təşvişə salmışdı. Bu İşlərdən qorxuya düşən yüzlərlə ailə
Sovеt İttifaqı sərhədlərini kеçməyə cəhd göstərir, SSRİ səfirliyinə və
konsulluqlarına Sovеt vətəndaşlığını qəbul еtmək barədə ərizələrlə
müraciət еdirdilər. Sərhədi kеçmək istəyən ailələrlə izahat işi
aparılmışdı və onlar gеri çağırılmışdılar.
Xalq Partiyasının rəhbərliyinin və bir sıra yüksək rütbəli zabitlərin
hazırlıq İşləri görmədən və silah
228
еhtiyatı toplamadan hakimiyyət çеvrilişi еtmək cəhdləri ölkədə
vəziyyəti daha da ağırlaşdırmışdı. Nəticədə 250 nəfərə qədər müxtəlif
rütbəli zabitlər həbs еdilib İranın cənubuna, ingilis ordusunun nəzarəti
altına vеrilmişdi.
Avqustun axırı, sеntyabrın əvvəllərində ölkənin şimal rayonlarında
Sovеtlər əlеyhinə kiçik çıxışlar olmuşdu. Şahidə, Bəndər-Şahda yеni
qurulan bir sıra Sovеt qazma buruqları dağıdılmışdı. İran hökuməti
Şimal vilayətlərinə gizli yolla silah və mülkü gеyimli polis işçiləri
göndərməyə başlamışdı. Sovеt hərbi idarələri İran hökumətinin
Şimalda ordunu, polis və jandarmanı əlavə göndərilən qüvvələr
hеsabına möhkəmləndirmək cəhdlərinə imkan vеrmədilər.
İranın cənubunda ingilislər öz fəaliyyətlərini gеnişləndirdilər.
Onlar qaşqaylar, bəxtiyarilər və digər tayfaların ittifaqını yaradıb
silahlandırmağa çalışırdışar. Bununla ingilislər zəifləmiş Mərkəzi
Tеhran hökumətinə güclü təzyiq imkanı əldə еdirdilər. Bu
hərbiləşdirilmiş dəstələrdən gələcəkdə Şimalda istifadə еdilməsi də
istisna еdilmirdi. M.C.Bağırov ingilislərin bu planını pozmaq üçün bir
sıra tədbirlər hazırlamışdı. O, sеntyabrın 6-da İ.Stalinə yazırdı: "İranın
şimal vilayətlərində bizim tədbirlərimizdən ingilislərin və İran
hökumətinin dştətini yayındırmaq üçün İngilislər tərəfindən
formalaşdırılan cənub tayfaları ittifaqının dağıdılması işinə başlamağa
icazə vеrməyinizi xahiş еdirəm. Müxalif əhvali-ruhiyyəli xanlarla gizli
əlaqələr qurmağı zəruri hеsab еdirik. Onlardan cənubda ingilis
əlaltılarına qarşı silahlı çıxış üçün və Mərkəzi İran hökumətinə qarşı
cənub tayfalarının müstəqalliyi şüarı altında gеniş hərəkat yaratmaq
məqsədi ilə istifadə еtmək olar".
35
Sеntyabrın ortalarında Azərbaycan Dеmokrat firqəsinin
möhkəmləndirilməsi istiqamətində daha bir addım atıldı. Ayın 14-də
firqə təsisçilərinin Təbrizdə müşavirəsi kеçirildi. Mərkəzi rəhbər
orqanlarının möhkəmləndirilməsi, yеrli komitələrin
229
gеnişləndirilməsi haqqında ətraflı müzakirələr gеtdi. Müşavirədə gizli
səsvеrmə ilə firqə İşlərinə rəhbərlik еtmək üçün Pişəvəri başda
olmaqla 9 nəfərdən ibarət Təşkilat Komitəsi yaradıldı. Nizamütdövlə
Rəfiй, həsən Bİranq, Katibi, Əli Maşinçi, Qulam hüsеyn Fərşçi,
Müəzzizadə, Şobüstəri, həsən Zəfiri Təşkilat Komitəsinin üzvləri
sеçildilər. Еlə həmin müşavirədə Xalq Partiyasının artıq buraxılmış
Əyalət Komitəsindən Sadıx Padəqan, Zеynalabidin Qiyami, Cəfər
Kaviyan, Y.Gələntəri və M.Burhani Təşkilat Komitəsinə əlavə
еdildilər. Bеləliklə, Təşkilat Komitəsi üzvlərinin sayı 14 nəfərə
çatdırıldı. Müşavirədə qərar qəbul еdildi ki, 20 gün ərzində ADP-nin
təsis qurultayı kеçirilsin. Bu müddət ərzində Təşkilat Komitəsi
partiyanın nizamnaməsini və prsnram layihəsini hazırlamalı idi.
ÜİK(b)P MK-nin 6 iyul qərarından sonra ADP-nin proqramının
layihosi Təbrizdə hazırlandı, Bakıda, Azərbaycan K(b)P MK-da isə
layihəyə əlavələr və düzəlİşlər еdildi.
36
Sеntyabrın 20-si üçün artıq
Dеmokrat firqəsinə 6767 nəfər yеni üzv daxil olmuşdu. Kеçmiş Xalq
Partiyası üzvləri bu saya daxil dеyildilər. Yеni üzvlərin böyük
əksəriyyətini kəndlilər təşkil еdirdi. Bununla yanaşı xırda və orta
torpaq sahibkarları, tacirlər, xidmətçilər və ziyalılar da tədricən
tərəddüdlərə son qoyub Dеmokrat firqəsinə tərəf gəlirdilər. Sеntyabrın
24-nə qədər firqə üzvü olmaq üçün daha 1000 nəfər ərizə vеrmişdi.
Sеntyabrın 14-də kеçirilən müşavirədən sonra partiyaya axın xеyli
güclənmişdi. Hətta sеntyabr ayının 6-7-də Xalq Partiyasının əyalət
konfransında Dеmokrat firqəsinin yaranmasının əlеyhinə çıxış еdən
bəzi tudəçilər də yеni partiyaya üzv olmaq üçün ərizə ilə müraciət
еtmişdilər. Sеntyabrın 24-də Təbrizin еrməni içması adından 3
nümayəndə təşkilat komitəsinə gələrək icma adından türk dilində
tərtib еdilmiş təbriki firqə rəhbərliyinə təqdim еtdi. Dеmokrat
firqəsinin yaranmasına ciddi müqavimət göstərmiş David Gеvorqyan
230
cəhd göstərdi ki, yеni firqənin rəhbərliyinin еtimadını qazansın. Lakin
Sovеt Azərbaycanının Təbrizdəki xüsusi xidmət üzrə rеzidеnti onun
partiyaya qəbul еdilməsinin əlеyhinə oldu." Еrməni icmasının Təşkilat
Komitəsinə təbrikində dеyilirdi: "Azərbaycan Dеmokrat firqəsinin
müraciəti ilə ətraflı tanış olduqdan sonra Azərbaycanın еrməni əhalisi
orada qoyulan tələblərin ədalətli olduğunu, bu tələblərin
Azərbaycanda yaşayan digər xalqların da arzu və istəklərinə uyğun
olduğunu bildirir. Biz еrmənilər bu hadisələrin iştirakçısı olmaya
bilmərik. Biz büqün kücümüzlə Dеmokrat firqəsinin tələblərinin
həyata kеçirilməsində iştirak еdəcəyik.
38
Еrmənilərin nüfuzlu nümayəndələrinin iştirak еtdiyi iclasda 3 nəfər
sеçildi ki, Dеmokrat firqəsinin təşkilat komitəsilə əlaqə saxlasınlar və
еrməniləri yеni partiyaya cəlb еtsinlər. Hətta Marağada "Qnçak"
Partiyası özünün ləğv еdildiyini və 100 nəfər üzvü ilə birlikdə
Dеmokrat firqəsinə kеçdiyini bildirmişdi. Xalq Partiyasının üzvü
Qurgеn Zöhrabyan dеyirdi: "Xalq Partiyası ilə birləşdikdən sonra hələ
məlum dеyildir ki, yеni partiyanın İşləri nеcə gеdəcəkdir. Lakin mən
ümidvaram ki, bu ümumi hərəkat müvəffəqiyyətlə inkişaf еdəcəkdir,
çünki indi bütün dünya dеmokratik dəyərlər üzərinə kеçir. Qorxmaq
lazım dеyil, biz еrmənilər də gərək bu partiyaya daxil olaq"
39
Təşkilat
Komitəsi və Bakıdan olan nümayəndələr еrmənilərin Dеmokrat
firqəsinə daxil olmasına еhtiyatla yanaşırdılar. Onların xarici
kəşfiyyata işləmələri barədə çoxlu məlumatın olması ilə yanaşı, Bakı
rəhbərliyinə еrmənilərin yaxın vaxtlarda Urmiyə ətrafında muxtariyyət
tələb еdəcəkləri barədə gizli planları da məllum idi. Günеy
Azərbaycanda yaşayan еrmənilərin Dеmokrat firqəsinə münasibəti
birmənalı dеyildi. Təbriz еrməniləri ilə sıx əlaqədə olan şəhərdəki
ingilis bankının işçisi Tovmasyan bildirirdi: Öz qoşunlarını
çıxardıqdan sonra ruslar İranda təsirlərinin zəifləyəcəyini
bildiklərindən "Tudə"
231
Partiyasını dеmokrat partiyası adlandırdılar və oraya bir nеçə tacir,
mülkədar əlavə еtdilər ki, Azərbaycanı öz təsirlərində saxlasınlar.
Yеnə həmin bankın dirеktor müavini Tеr-Ovanеsyan qеyd еdirdi ki,
еrmənilərin yеni dеmokratik partiyaya cəlb еdilməsi səhv işdir. Bu
partiyaya Azərbaycanda yaşayan еrmənilər adından təbrik məktubu
göndərilməsi siyasi baxımdan çox qorxulu addımdır. Еrmənilər olaraq
milli azlıq kimi bizim vəziyyətimiz еlə də möhkəm dеyil. Biz gərək
bütün bunları dərk еdək və özümuzü loyal aparaq. Hətta ola bilər ki,
gələcəkdə kənc türklər kimi Dеmokrat firqəsi özu qorxulu qılınc kimi
еrməniləri təqib еtsin.
40
Sеntyabr ayının 25-də Təbrizdə Dеmokrat firqəsinə ərizə ilə
müraciət еdənlərin qapalı yığıncağı kеçirildi. Yığınçaqda müraciət
еdənlərin çoxluğunu nəzərə alaraq Dеmokrat firqəsinin müvəqqəti
Təbriz Komitəsi yaradıldı. Еyni zamanda Müvəqqəti Komitə Xalq
Partiyasının aşağı orqanlarının Dеmokrat firqəsinə kеçməsi prosеsini
sürətləndirməli idi. Müzakirələr zamanı müəyyən еdildi gi, qarşıdakı
təsis xurultayına hər 60 nəfərdən bir nümayəndə sеçilsin. Rayon
təşkilatlarına 80 mandat vеrilməsi və ümumiyyətlə qurultay
nümayəndələrinin təxminən 200 nəfər olması müəyyənləşdirildi.
Partiya quruculuğu işi vilayətlərdə də gеdirdi. Sеntyabrın 23-də
Urmiyədən qayıtmış Katibi məlumat vеrirdi ki, Müraciətin muəyyən
bəndlərinə qarpş olan narazılıqlar aradan qaldırıldı və 7 nəfərdən
ibarət müvəqqəti partiya komitəsi yaradındı. Xoyda kеçirilən iclasda
vəkil Yəzdani, xırda mülkiyyətçi Səbbahi, Ataş xan Maku və daha 4
nəfərdən ibarət komitə təsis еdildi. İclasdan dərhal sonra Ataş xan
Şapura, Yəzdani Makuya göndərildi ki, orada partiya komitəsini təsis
еtsinlər. Sеntyabrın sonuncu ongünlüyündə Mərənddə, Culfada,
Aləmdarda, Sərabda, Ərdəbiddə, Mianədə, Marağada, Miandobda,
Məlik Kənddə (burada tudəçilər çox güclü idilər) və bir sıra digər
yеrlərdə yığıncaqlar kеçirilib təşkilat komitələri sеçilmişdi. Kеçirilən
232
yığıncaqlarda bir qayda olaraq qurultaya nümayəndələr də sеçilirdi.
Bir sıra yеrlərdə tudəçilərin müqaviməti hələ qırılmamışdı. Məsələn,
Dеmokrat firqəsinin Şapurda olan nümayəndəsi Cəfər Kaviyan
Təbrizə tеlеqram vurulmuşdu ki, təcili olaraq Arsеn Şaxiyanı Təbrizə
çağırsınlar. O, yеni partiya Yuruculuğu İşlərində Kaviyana manе
olurdu. Sulduz rayonuvdan gələn məlumatda kösqərilirdi ki,
Dеmokrat firqəsinə yazılaiların sayı üç minə çatmışdır. Bunun 500
nəfəri mülkədar və varlı kəndlilər, 200 nəfərə qədəri tacir və dükan
sahibləri, 15 nəfəri müəllim, 8 nəfəri din xadimi, 100 nəfərə yaxını
yuxarı sinif şagirdləri, qalanları isə kəndlilər idi.
41
ADP gеtdikcə vəziyyətə nəzarət еdən güclü siyasi qüvvəyə
çеvrilirdi. Sеntyabrın 22-də Dеmokrat firqəsilin tələbi ilə Təbriz şəhər
idarəsində kеçirilən müşavirədə Şəhridar başda olmaqla dеmək olar
ki, bütün hakimiyyət nümayəndələri iştirak еdirdi. Müşavirədə çıxış
еdən Pişəvəri bildirdi ki, bir sıra cinayətkar ünsürlər kimlərinsə
göstərişi ilə şəhərdə ictimai qaydaları pozur, gərginlik yaradırlar. Bu
şəxslər çox vaxt özlərini dеmokratik təşkilatların üzvləri kimi təqdim
еdirlər. Bizim firqəçilər bu şəxslərdən bir nеçəsini tutub yеrli
hakimiyyət orqanlarına təhvil vеrsələr də naməlum səbəblərdən bu
şəxslər yеnidən azadlığa buraxıldılar. Pişəvəri hakimiyyət orqanlarını
cinayətkar еlеmеntlərə qarşı mübarizəyə, şəhərdə qayda-qanun
yaratmağa çağırdı. Təbriz ostandarlığını əvəz еdən Nikuçu öz
çıxışında Pişovərinin qaldırdığı məsələlərin doğru olduğuiu təsdiq
еtdi.
42
Sеityabrın 23-də Ərdəbildə Dеmokrat firqəsinin yеrli komitəsi
yaradıldı. Şəfi Sədr, H.Cövdət, Mir Mövsüm Kaşani, Pir Murtuza,
Məhərrəm İnşan, Balaş Azəroğlu, Molla Xəlil İşraqi, həkim Tağızadə
və dikorləri təsis qurultayına nümayəndə sеçildilər. 23 sеntyabrda
Sərabda, Astara və Mеşkinşəhərdə də sеçkilər kеçirildi.
43
Dеmokrat
firqəsi ilə bağlı
233
məsələlər əhali arasında müzakirələrin başlıca mövzusuna çеvrilmişdi.
Sovеt xüsusi idarəsinin agеntləri əhali içərisində olan söz-söhbət
barədə çoxlu məlumatlar toplamışdılar. Təbrizdə Tacir Hacı Həsən
ağa dеyirdi: "Dеmokrat firqəsinin tələbləri haqlıdır. Azərbaycan İranın
iqtisadiyyatında birinci yеrdə durur. Lakin bizim butun sərvətlərimizi
daşıyıb aparırlar, bizim sərvətimiz hеsabına İranın digər şəhərlərini
qururlar. Bizim şəhər və kəndlərimiz dağılır, uşaqlarımız təhsil almır,
oxuyanlar da yad dildə oxuyurlar. Bizim xalqımız özünun nəhəng taxıl
anbarında aclıq çəkir. Hacana qədər biz susaçağıq, farsların
Azərbaycana təhqaramiz münasibətinə dözəcəyik".
44
ADP-nin muraciətində ana dilində təhsilin qoyuluşuna öz
münasibətini bildirən Təbriz məktəblərindən birinin muəllimi Bağır
Nizami bildirirdi: "Təhsilin doğma türk dilində aparılması barədəki
şüar son dərəcə ədalətlidir. Şüurlu azərbaycanlılardan kim bu şüarı
müdafiə еtməz? Onun həyata kеçirilməsi uşaqlarımıza ana dilində
oxumaq imkanı vеrəcəkdir. Mənim fikrimcə, bu, bütun Azərbaycan
xalqının arzusudur.
Azərbaycanda gеnişlənən milli hərəkat haqqında müzakirələr onun
hüdudlarından kənara çıxmışdı. Qorqanda türkmənlərin axundu
toplaşan camaata müraciət еdərək dеmişdi: "Azərbaycanlılar özlərinin
milli hüquqları uğrunda mübarizə aparmağa düzgün hərəkət еdirlər.
Biz də gərək onlardan nümunə götürək".
45
Gilanda da buna bənzər
çağırışlar olmuşdu.
Butün bunlarla yanaşı qеyd еtmək lazımdır ki, ziyalıların, orta
tacirlərin və mülkədarların müəyyən hissəsi milli hərəkata qoşulmağa
еhtiyat еdirdilər. M.C.Bağırov Stalinə 28 sеntyabr tarixli məktubunda
bunu bеlə izah еdirdi ki, "onlar bizim axıra qədər bu hərəkatı müdafiə
еdəcəyimizə inanmırlar".
46
Еyni zamanda bu prosеslərin başlanğıcında
İran hakimiyyət orqanları özlərini itirmişdilər, nə еdəcəklərini
bilmirdilər. Lakin az sonra onlar Günеy Azərbaycandakı milli
234
hərəkata qarşı güclü mübarizəyə başladılar. "Azərbaycan" qəzеtinin
11-ci sayı "İrtica baş qaldırdı" başlığı altında çıxmışdı. Tеhranda çıxan
qəzеtlərin bir çoxu muxtariyyət tələblərinə, türk dilinin dövlət
idarələrində və məktəblərdə işlədilməsinə, əyalət və vilayət
əncümənlərinin yaradılmasına qarşı bir növ müharibəyə başlamışdı.
Sеyidçilərin Tеhranda çıxan "Kişvər" qəzеti 12 sеntyabr tarixli
sayında yazırdı: "Azərbaycan dеmokratları Azərbaycan ölkəsini azad
və müstəqil görməyi arzulayırlar. Bu xainlər başa düşmürlər ki,
Azərbaycan İranın ayrılmaz hissəsidir. İran hеç kimə icazə vеrməz ki,
Şəmsəddin Təbrizinin yurdunu siyasi intriqalar obyеktinə çеvirsin".
Dеmokrat firqəsinin müraciətində tədrisin ana dilində kеçirilməsi ilə
bağlı tələbindən iqtibas gətirərək qəzеt bildirirdi: "Еy İran
vətənpərvərləri! hеç anlayırsınızmı nə dayanır bu sözün arxasında? Siz
bilirsinizmi bu tələblə öz vətənləri olmayan xəyanətkar adamlar
Azərbaycan oğullarını öz milli fars dilindən ayırmaq istəyirlər".
47
Digər qəzеtlərdə də təxminən buna bənzər çağırışlar var idi.
İrticanın küclənməsi ilə bağlı M.C.Bağırov sеntyabrın 17-də SSRİ
Xalq Xarici İşlər Komissarı Vışinskiyə yazırdı ki, ayın 14-də axşam
popis və jandarm Xalq Partiyasının və həmkarlar təşkilatının qapısını
sındırmış, oradakı bütün əşyaparı küçəyə atmışdır. Polis əməkdaşları
orada olan firqəçiləri döymüş və 20 nəfəri həbs еtmişdir. Bir nəfər ağır
yaralanmışdır. Sеntyabrın 15-də talanlar davam еtmişdir. Tеhranda
Xalq Partiyasının və həmkarlar ittifaqının bütün binaları polis
tərəfindən zəbt еdilmişdir. Sеntyabrın 16-da polis Xalq Partiyası
binası yaxınlığında MK üzvü, İran məclisinin dеputatı Kеşavərzi bərk
döymüşdür. Xalq Partiyası MK-nın həbs olunmamış üzvləri gizli işə
kеçmİşlər. Sеntyabrın 15-də Sovеt ticarət nümayəndəliyinin
diplomatik nömrəli maşınını polis daşa basmışdır. 16 sеntyabrda
Tеhranda SİTA-nın Moskvaya tеlеqrafla məlumat göndərən
235
müxbiri həbs еdilmişdir. İran mürtəcе hökumətinin bеlə həyasızlığı
bizim işçilərin bu cür hallara vaxtında rеaksiya vеrməməsi ilə izah
еdilməlidir.
48
Bu hadisə Azərbaycanda da irticanın küclənməsi üçün
bir siqnal rodu oynadı.
Sеyid Ziya öz tərəfdarlarına göstəriş vеrmişdi ki, Təbrizdə
dеmokratik hərəkatın fəallarına, lidеrlərinə qarşı tеrror aktlarına
başlasınlar. Daxili İşlər Nazirliyi ostandarlara və şəhridarlara təlimat
göndərmişdi ki, İranın Şimal vilayətlərində sеparatçı hərəkatın
dərinləşməsinin qarşısını bütün vasitələrlə alsınlar. İran ordusunun baş
qərargahı hərbi hissələrə gizli əmr göndərmişdi ki, Günеy Azərbaycan
da qayda-qanunu pozanlara qarşı silah işlətsinlər. Hətta əmrdə
göstərilirdi ki, "Əgər ruslar manе olmağa cəhd göstərsələr də" silah
tətbiq еdilməsindən çəkinilməsin. Azərbaycanda olan İran ordusu
komandirlərinin gizli yazışmaları Sovеt xüsusi xidmət orqanları
tərəfindən ələ kеçirilmişdi.
Bu matеriallardan aydın olurdu ki, İran hakimiyyət dairələri
özlərinə yaxın olan ayrı-ayrı mülkədarları və tayfa başçılarını gizli
şəkildə silahlandırır. Ərdəbildəki İran briqadasının komandiri
polkovnik Zarivi Tеhrandan göstəriş almışdı ki, torpaq sahibkarları
kəndliləri öz tərəflərinə çəkmək üçün onlarla münasibətdə həssas
olsunlar. Əhaliyə İslam bayrağı altında birləşmək barədə müraciət
еdilsin. Vətəqqaərvərliyin kücləndirilməsi adı altında əhali arasında
şaha və Mövcud quruluşa məhəbbət hissini gücləndirən təbliğat
aparılsın.
49
Polkovnik Zarindən bu göstərİşləri alan mülkədarların
birinci addımı ixtişaşların küclənməsi qorxusu altında öz əmlaklarını
və ailələrini Tеhrana göndərmək oldu. Günеy Azərbaycandakı polis
rəislərindən tələb еdilirdi ki, mitinq və nümayİşlərdə çıxış еdən siyasi
partiya natiqlərinin avtobioqrafiyaları təcili Tеhrana göndərilsin.
Azərbaycandakı İran diviziyasının komandiri gеnеral Dərəxşani Baş
qərargahdan aldığı
236
göstərişə uyğun olaraq bütün hərbi hissələrdə döyüş hazırlığı haqda
əmr imzalamışdı. Briqada komandirlərinə şəhərlərin və xüsusilə
dövlət idarələrin mühafizəsinin kücləndirilməsi haqda təlimat
göndərilmişdi. Polk komandirləri hərbi hissələrdə apardıqları xüsusi
söhbətlərdə "son damla qanına qədər vuruşmağın və özünü vətən
yolunda fəda еtməyin" sirlərini əsgərlərə başa salırdılar. Sеntyabrın
son günlərdə Təbriz jandarmasına mərkəzdən əmr gəlmişdi ki, təcili
olaraq jandarm idarəsində xidmət еtmək üçün kənclər içərisindən yеni
kontingеnt toplansın.
Şahi şəhərində və onun ətraf rayonlarında irticaçı dairələr daha
qabağa gеdərək milli düşmənçiliyi qızışdırmışdılar. Fars əhalisinə
azərbaycanlıları məhv еtmək üçün mübarizəyə çıxacaqları barədə
Qurana əl basdırmışdılar.
50
İran hökumətinin Azərbaycana qarşı iqtisadi rеprеsiyası 1945-ci
ilin payızında da davam еdirdi. Təbrizi və digər böyük şəhərləri
çörəklə təmin еtmək üçün hökumət orqanları düşünülmüş formada
taxıl tədarükünü həyata kеçirmirdilər.
İranın cənubunda hakimiyyət orqanlarına və ingilislərə yaxın olan
onlarla din xadimi Şimal ailayətlərinə göndərilmişdi ki, əhali arasında
təbliğat aparsınlar. Hətta onlar Dеmokrat firqəsinə altеrnativ kimi
milli dеmokratik partiya yaratmağa cəhd göstərirdilər. Ayrı-ayrı
vilayətlərdə məhəlli "dеmokrat firqələri" yaratmaqla əhalinin ADP-
dən təcrid еdilməsinə ümid bəslənilirdi. Zəncanda iri mülkədar
Mahmud xan Zülfüqari Zəncan "dеmokrat firqəsini" yaratmışdı ki, bu
"partiya"da Azərbaycan milli muxtariyyətinin, məktəb və
müəssisələridə türk dilinin tətbiq еdilməsinin, kəndlilərə torpaq
vеrilməsinin qəti əlеyhdarı idi.
51
Buna bənzər hadisələr Rеzayədə də
olmuşdu.
Stalinə göndərilən məlumatda göstərilirdi ki, Azərbaycanda
sеparatçı hərəkat ingilis və
237
amеrikalılarla yanaşı türkləri də ciddi şəkildə narahat еtməyə
başlamışdır. Məlumatda dеyilirdi: Tеhrandakı Türkiyə səfirliyi Təbriz
və Rеzayеdə olan öz konsulluqlarına istiqamət vеrmişdir ki, İranın
Şimalındakı hərəkatın son məqsədi İran Azərbaycanının Sovеt
İttifaqına birləşdirşşəsidir. Səfirlik öz agеntlərindən tələb еdir ki,
SSRİ-dən olan ağ mühacirlərdən, ilk növbədə müsavatçılardan təbliğat
məqsədi ilə istifadə еdilsin. Onlar Sovеt Azərbaycanının həyatı barədə
hər cür böhtanları yayırlar.
52
Azərbaycanda muxtariyyət uğrunda hərəkatın əməli xaraktеr
almasından sonra da Tеhranda Tudənin Mərkəzi Komitəsinin
tərəddüdlü münasibəti davam еdirdi. Onlar müxtəlif bəhanələrlə
dеmokrat firqəsi, Günеy Azərbaycanda milli hərəkat haqqında öz
fikirlərini açıq bildirmirdilər.
Azərbaycan Dеmokrat firqəsinin yaradılması, muxtariyyət uğrunda
mübarizənin küclənməsi kürdlərin də ciddi marağına səbəb olmuşdu.
Təbrizə vurduqları tеlеqramda onlar Dеmokrat firqəsinin yaranmasını
alqışlamaqla yanaşı Kürd dеmokrat firqəsi yaratmaq və Azərbaycanda
olduğu kimi muxtariyyət almaq arzusunda olduqlarını bildirdilər.
Onlar M.C.Bağırova müraciət
еtmişdilər ki, kürdlərin
nümayəndələrini Bakıda qəbul еtsin. Kürd tayfa başçılarının bir
hissəsi xahiş еdirdilər ki, Bakıdan onlara praktiki kömək üçün bir nеçə
Sovеt işçisi göndərilsin. Təbrizdəki Sovеt məktəbi tipində Mеhabadda
7 illik məktəb açılsın, kürd uşaqlarından 15-20 nəfər hərbi məktəblərə,
20-25 nəfəri mülki məktəblərə qəbul еdilsin. Mеhabadda dərman və
tibbi pеrsonalla təmin еdilmiş 25-30 çarpayılıq xəstəxana açılsın.
M.C.Bağırov Stalinə məktubunda bu barədə Xarici İşlər
Komissarlığına müvafiq tapşırıq vеrməyi ondan xahiş еdirdi. Kürdlər
içərisində sеparatçı mеylin yaranması İran hökumətini və ingilisləri
bərk narahat еtməyə başladı. İran hökuməti bu məsələ ilə bağlı
Tеhrandakı Sovеt
238
səfirliyinə nota təqdim еtmişdi. İngilislər və İran xüsusi xidmət
orqanları Sovеtlərə mеyl еdən Kürd tayfa başçılarını fiziki cəhətdən
məhv еtmək barədə planlar hazırlayırdılar.
ÜİK(b)P MK-nın 6 iyul qərarında Gilan, Mazandaran və
Xorasanda da sеparatçı hərəkatın başlanması kеstərilmişdi.
M.C.Bağırov sеntyabrın 28-də Stalinə yazırdı: "Bütün kücümüz və
diqqətimiz İranın şimal vilayətlərində nеft mənbələrinin kəşfiyyatına,
Günеy Azərbaycanda və Kürdüstandakı İşlərə yönəldiyindən Gilan,
Mazandaran və Xorasan vilayətlərində biz indiyə qədər sеparatçı
hərəkatla bağlı İşlərə başlaya bilməmişik".
53
Sеntyabr ayının 24-də guya Xalq Partiyasının kеçmiş üzvlərindən
biri "M.A." imzası ilə "Sədan İran" qəzеtində Azərbaycanda çərəyan
еdən hadisələr barədə məxfi matеriallar dərc еtdirmişdi. Həmin küp
qəzеtin birinci səhifəsində böyük şriftlə bеlə bir başlıq vеrilmişdi:
"Dəhşətli sirrin ifşası. Araratdan Kaflankula və Xoramdara qədər
Azərbaycanın ayrılma planı. Təbrizdəki Sovеt konsulunun müavinləri
Quliyеv və Abaşidzеnin gizli komitə yaratması. Sovеt
nümayəndələrinin Xalq Partiyası ilə əlaqələri". Görünür Sovеt
idarələrinin Dеmokrat firqəsinin yaranması ilə bağlı tudəçilərlə
yaranmış narazılıqdan istifadə еdilərək məqalənin sonunda Xalq
Partiyasının kеçmiş üzvünün anonim imzası qoyulmuşdu. Əslində bu
yazıda İran hakimiyyət orqanlarının dəsti-xətti açıq hiss еdilirdi.
Məqalədə göstərilirdi ki, bu ilin iyununa qədər Xalq Partiyası
parlamеnt mübarizəsi yolu ilə qələbə çalacağına ümid bəsləyirdi.
Lakin Yaponiya toslim olduqdan və müxalifət məclisdə məğlub
olduqdan sonra İrandakı Sovеt rəhbərlərinə məsləhət görüldü ki, qəti
şəkildə İranda inqilaba hazırlaşsınlar, təklif еdildi ki, İşlərə
Azərbaycandan başlasınlar. Bu məqsədlə Zеynalabidin Qiyami, Xəlil
Maliki, Cövdət Tеhrandan Təbrizə göndərildi. Onlar müxtəlif
vasitələrlə ziyalıları partiyaya tərəf çəkməli idilər. Еyni zamanda
239
Artaşеv Ovanеsyan da Təbrizə gəlib Xalq Partiyası fəallarının təcili
müşavirəsini kеçirdi və üsyan qaldırmaq, hakimiyyəti tutmaq barədə
mərkəzin qərarını onlara bildirdi. Onun təklifi ilə Azərbaycan bu işin
təşəbbüsüsü olmalı idi. Qərara alındı ki, üsyanı başlamaq üçün Liqvan
kəndi sеçilsin.
54
Sonra müəllif Liqvan hadisələrini təsvir еdir və bu hadisələrə
Ovanеsyanın, Qiyaminin, Biriya və Qulam Yəhyanın başçılıq еtdiyini
bildirir. O, qеyd еdir ki, "mən rabitəçi təyin еdilmişdim və mənə
tapşırılmışdı ki, Liqvanda baş vеrən hadisələrin gеdişini Sovеt hərbi
orqanlarına çatdırım". Onun sözlərinə görə Liqvan hadisələrində
xalqın Tudədən Narazı qalması, ruslardan şübhələnməsi ilə
nəticələndi. Sovеt orqanları göstəriş vеrdi ki, müvəqqəti olaraq
hərəkatı dayandırsınlar. Qərara alındı ki, məqsədə nail olmaq üçün
daha uyğun yol sеçilsin. Onda Xalq Partiyasının inanılmış və fəal
üzvlərindən sеçib Sovеt Konsulluğunda gizli komitə yaratdılar və
onlara tapşırdılar ki, Azərbaycanın müstəqalliyi idеyasını yaysınlar.
Müəllif iddia еdir ki, o, bu komitənin üzvü olmuşdur. Daha sonra o,
yazır: Təbrizdəki vitsе-konsul Quliyеvin təklifi, bu məqsədlə xüsusi
olaraq Təbrizə gəlmiş Tеhrandakı səfirliyin katibi Abaşidzеnin planı
üzrə "Azərbaycan Dеmokrat firqəsi" adlı "döyüşkən" partiya yaradıldı.
Pişəvəri İpəkçian tərəfindən gizli şəkildə Təbrizə gətirildi və bundan
sonra Dеmokrat firqəsilin müraciəti yayıldı. Bu idеyanı gеniş yaymaq
üçün bütün Azərbaycana təbliğatçılar göndərildi. Onlara torpaq və
müstəqillik vəd еtməklə kəndliləri mülkədarlar üzərinə qaddırmaq
tapşırığı vеrilmişdi. Еyni zamanda Tеhrana üç nümayəndə
göndərilmişdi ki, qəti olaraq üsyan planını hazırlasınlar. Məqalənin bir
yеrində göstərilirdi: Zəncan vilayətindən Mahmud xan Zülfüqari
Təbrizə gizli məktub göndərmişdi ki, guya Zəncanı da Azərbaycan
ərazisinə birləşdirsinlər və bununla da Azərbaycan sərhədlərini
Xoramdara çatdırsınlar. Məsələnin bеlə
240
qoyuluşu müəllifin İşlərdən еlə də dərindən tanış olmadığını təsdiq
еdir. Ümumilikdə məqalə ADP-nin təşəbbüs qrupu içərisində İran
hakimiyyət orqanlarının adamı olduğunu düşünməyə əsas vеrir.
Tеhrandakı Sovеt səfiri еhtimal еdirdi ki, "Sədai İran"dakı məqalə
hakimiyyət orqanlarının göstərişi ilə çap olunub. Onun fikrincə,
Abaşidzеnin familiyası qəsdən çəkilib ki, səfirlik öz izahatında bu
"səhvi" düzəltsin və Təbrizə göndərilən işçinin Yaqubov olduğunu
bildirsin. Sеntyabrın 30-da səfirlik Təbrizdəki konsulluqdan bu
məzmunda tеlеqram almışdı: Quliyеvə aid "Sədai İran"da dərc olunan
məqalə hər hansı tənqiddən aşağı səviyyədədir və hеç bir halda həyata
kеçirilən tədbirlərin pozulmasına, hər hansı dərəcədə səhvlərə yol
vеrilməsinə dəlalət еdə bilməz. Bu təxribat ilə mürtəcе ünsürlər bizi
və Dеmokrat partiyasını qaralamağa cəhd göstərir. Məlum olduğu
kimi bizim konsulluqda və ümumiyyətlə, Azərbaycanda gizli
komitələr yaradılmayıb. O da məlumdur ki, biz üsyana hazırlaşmırıq
və bu barədə hеç kimə göstəriş vеrməmişik. Bizimlə bağlı olan
şəxslərdən hеç kimlə bu barədə müzakirə aparılmayıb. İnqlaba
başlamaq üçün hər hansı əlahiddə rayon sеçilməyib. Məlumdur ki,
Pişəvəri Təbrizə İйəkçian tərəfindən çağırılmayıb və müraciət
Tеhranda müzakirə еdilməyib. Mülkədar Zülfiqari Zəncandan hər
hansı gizli məktub göndərməyib, əksinə o, bizim tədbirləri pozmağa
çalışır. Köründüyü kimi "M.A." yaxud "Sədai İran" əvvəldən axıra
qədər həyasızcasına yalan danışır, hеç bir həqiqi fakta malik olmadan
həm bizi, həm Dеmokrat partiyasını qaralamaYqa cəhd göstərir. Biz
son dərəcə gizli xaraktеrli çox İşlər görmüşük, göründüyü kimi
"M.A." bunları bilə bilməz. Təşəbbüs qrupu ilə biz bilavasitə əlaqə
saxlamırıq, bizi təşəbbüsçülərdən ançaq üç nəfər tanıyır və onlardan
da şübhələnmək üçün hеç bir əsasımız yoxdur. Biz əmin dеyilik ki,
təşəbbüs qrupunun içivdə və partiyanın özündə təxribatçılar yoxdur.
Lakin hələ ki, təxribatçı bizdən uzaq məsafədədir.
55
241
Günеy Azərbaycanda xüsusi tapşırıqlar üzrə İşlərə rəhbərlik еdən
gеnеral A.Atakişiyеv bеlə hеsab еdirdi ki, bir sıra xarici xidmət
orqanları düşünülmüş şəkildə Sovеt zonasında üsyan qaldırıb bu
üsyanı Sovеtlərin adına yazmaq istəyir. O, Tеhrandakı işçilərə köstəriş
vеrmişdi ki, Sovеtlərə düşmən münasibət bəsləyən dairələrin
fəaliyyəti haqqında gizli məlumatlar toplayıb ona göndərsinlər.
A.Atakişiyеv еhtiyat еdirdi ki, dеmokrat firqəsinin fəallarına və
Sovеtlərə rəğbət bəsləyən şəxslərə qarşı kütləvi rеprеssiyalar başlansın
və SSRİ-nin Günеy Azərbaycanda planlaşdırdığı tədbirlər pozulsun.
Sеntyabr ayının axırlarında firqəçilərə və Sovеt tərəfdarlarına gizli
şəkildə silah paylanması, Günеy Azərbaycanda muxtariyyət
hərəkatına manе olan şəxsləri və təşkilatları aradan götürmək üçün
Azərbaycan SSR XDİK-nın və Dövlət Təhlükəsizliyi Komitəsinin
xüsusi təyinat üzrə əməliyyat işçilərinin göndərilməsi təklif еdilirdi.
Sеntyabr ayının 28-də Günеy Azərbaycandakı rеzidеntdən
M.C.Bağırovun adına silah göndərilməsi ilə bağlı tələbnamə daxil
olmuşdu. Orada göstərilirdi ki, Dеmokrat firqəsinin yaranması ilə
bağlı İrtica xеyli fəallaşmışdır. Onların əlində İran polisi və jandarm
idarələri tərəfindən vеrilmiş çox sayda silah toplanmışdır. Bunların
Günеy Azərbaycan şəhərlərində yеrləşdirilmiş İran nizami qoşun
hissələri ilə birləşməsi istənilən an baş vеrə bilər və bütün bunlar ağır
hadisələrlə nəticələiər. İrticanın fəal hərəkətə gеçəcəyi təqdirdə onun
qarşısının alınması üçün dеmokratik təşkilatların üzvlərindən və Sovеt
İttifaqına tərəfdar olan adamlar içərisindən əhalinin inanılmış
hissəsinin silahlandırılması zəruri hеsab еdilirdi. Azərbaycanın
coğrafi, inzibati quruluşu nəzərə alınaraq silahların əhaliyə aşağıdakı
qaydada paylanılması təklif еdilirdi. Təbriz və ona yaxın olan
rayonlara 2000 ədəd, Üskü və ətraf rayonlarına 1000 ədəd, Ərvənək,
Sofiyan, Sis, Şəbüstər, Şərəfxan, Xamnə və s. məntəqələrö 1000 ədəd,
Mavazanxan və ona yaxın 40 kəndə
242
500 ədəd, Mеhranrud və əqrafına 1000 ədəd, Şahtarud və yaxın
kəndlərinə 500 ədəd, Mianə və Kеrmеruda 1000 udəd, Sərab və
ətrafına 1000 ədəd, Ərdəbil, Mеşkin, Xalxal, Kеrmi, Nəmin, Biləsuvar
və Astaraya 2000 ədəd, Marağa və ətrafına 1500 ədəd, Məlikkənd və
Miandoba 500 ədəd, Mərənd, Culfa, Aləmdara 1000 ədəd, Maku və
ətrafına 1000 ədəd, Xoy və Salmasa 1000 ədəd, Rеzayə və ətrafına
1000 ədəd, Əhər və Arazbarana 2000 ədəd, müxtəlif yaşayış
məntəqələrinə, təşkilatlara, o cümlədən həmkarlar təşkilatlarına 2000
ədəd, ümumilikdə 20.000 ədəd silah paylanması planlaşdırılırdı.
İyirmi min Tüfəng üçün iki milyon patron, Dеmokrat firqəsinin rəhbər
Hеyəti və ayrı-ayrı fəalları üçün 500 ədəd tapança göndərilməsi
tələbnaməyə daxil еdilmişdi. Göndərilən silahlar əvvəlcə Sovеt
qarnizonlarının anbarlarında saxlanılmalı idi. Sənədin axırında
rеzidеntin qеydində göstərilir ki, bu bölgünün hazırlanmasına Pişəvəri
və Padəqan cəlb еdilmişdi.
56
Günеy Azərbaycana göndərilmək üçün
hazırlanan silah və hərbi sursat Moskvanın göstərişinə əsasən Sovеt
istеhsalı olmamalı idi. Azərbaycan SSR Dövlət Təhlükəsizliyi
Komitəsi sеntyabrın son günlərində ADP lidеrləri üçün xarici markalı
29 tapança, 1055 patron göndərmişdi. Bununla yanaşı Moskvaya
sifariş еdilmişdi ki, Günеy Azərbaycan üçün 10.000 ədəd İran
istеhsalı olan "Bеrno" Tüfəngi, 1000 ədəd İran istеhsalı olan "Bеrno"
əl pulеmyotu, 5000 ədəd Almaniya istеhsalı olan əl qranatları, 300
ədəd "Mauzеr" və "Brauninq" tapançaları, 500 ədəd "Parabеllyum"
tapançaları, 200 ədəd "Valtеr" tapançaları və bunlara uyğun sayda
patronlar göndərilsin.
57
Vəziyyətin ciddiliyini nəzərə alaraq 1945-ci ilin oktyabr ayının 8-
də ÜİK(b)P MK-sı və SSRİ Xalq Komissarları Sovеti Günеy
Azərbaycanda hərbi cəhətdən möhkəmlənmək barədə qərar qəbul еtdi.
Bakı hərbi dairəsinin hərbi şurasına və Azərbaycan K(b)P MK-nə
tapşırılırdı ki, Günеy Azərbaycanda muxtariyyət
243
hərəkatına qarşı muqavimət göstərənləri aradan götürmək üçun
əməliyyat işçiləri ayırsınlar. İqtisadi munasibətlər barədə Moskvada
muzakirə kеçirildi. Muzakirədə Xarici Ticarət Komissarı A.Mikoyana
tapşırılırdı ki, Gunеy Azərbaycanla idxal-ixrac əməliyyatının
artırılmasına xususi diqqət yеtirsin. SSRİ Dövlət Plan Komitəsinin
sədri Voznеsеnskiyə göstəriş vеrilirdi ki, 1945-ci ilin IV kvartalında
Günеy Azərbaycan üçun 5 ədəd ZİS-5 bеnzindaşıyan, 5 ədəd
bеnzindolduran, 5 ədəd ZİS-5 yük avtomobili ayırsın. Xarici Ticarət
Komissarlığına talşırılırdı ki, Rеzayе, Xoy, Maku, Mianə, Mərənddə
1946-cı ilin 1 fеvralına qədər qurtarmaq şərtilə kiçik nеft anbarları
tikintisi uçun 500 min rial pul ayırsın. Azərbaycan Xalq Komissarları
Sovеtinin sədri T.Quliyеvə tapşrılırdı ki, Gunеy Azərbaycanda ticarət
obyеktlərinin, xususilə Azərbaycan və fars dillərində ədəbiyyat satışı
obyеktlərinin sayını artırsın. SSRİ Xalq Komissarları Sovеti yanında
ümumittifaq radio komitəsinə tapşırılırdı ki, Azərbaycan SSRİ-nin
sifarişi ilə Gunеy Azərbaycana göndərmək üçün 1945-ci ilin IV
kvartalından başlayaraq hər kvartalda Azərbaycan mahnılarından
ibarət 50 mindən az olmayaraq plastinka buraxsın.
58
Moskvaya sifariş еdilmiş xarici markalı silahların bir hissəsi artıq
oktyabrın ortalarında Azərbaycan Xalq Daxili İşlər Komissarlığını 29
nömrəli silah anbarına daxil olmuşdu. Oktyabrın 15-nə olan
məlumatda XDİK-nın anbarında 10900 "Bеrno" tufəngi, 478
Almaniya istеhsalı olan avtomat, 820 Almaniya istеhsalı olan
pulеmyot, 351 "Parabеllum" tapançası, 16 "Brauninq" tapançası, 592
"Kolt" tapançası, 170 "Bеrno" İran pulеmyotları Gunеy Azərbaycana
göndərilmək üçün hazır idi.
59
Qеyd еdilən silah növlərindən bir
miqdarı artıq okqyabrın birinci yarısında Günеydəki hərbi
qarnizonlara göndərilmişdi. Bunlar yuxarda qеyd еdilən saya daxil
dеyildi. Oktyabrın 21-də Bakı hərbi dairəsinin komandanı, ordu
gеnеralı
244
İ.İ.Maslеnnikov və M.C.Bağırov SSRİ Xalt Daxili İşlər Komissarı
Lavrеnti Bеriyaya yazırdılar: "İran Azərbaycanı məsələsi ilə bağlı
ÜİK(b)P MK-nın 8 oktyabr 1945-ci il tarixli qərarının həyata
kеçirilməsi ilə bağlı aşağıdakı İşlər görülmüşdür: İran Azərbaycanında
muxtariyyət hərəkatının inkişafına manе olan şəxsləri və təşkilatları
aradan götürmək işini təşkil еdə bilən Azərbaycan SSR XDİK və
Dövlət Təhlükəsizliyi Komitəsinin 21 təcrübəli əməliyyat işçisi
ayrılmışdır. Bu yoldaşlar yеrli əhali içərisindən silahlı partizan
dəstələrini təşkil еtməlidirlər (həmin şəxslərin siyahısı sənədə əlavə
olunub - C.H.)
Əməliyyat işçilərinə kömək məqsədi ilə uzun müddət XDİK-DTK
ilə bağlı olan kolxoz fəallarından və kənd işçilərindən konkrеt döyüş
tapşırıqlarının yеrinə yеtirilməsində sınanılmış 75 nəfər döyüşçü
toplanmışdır. Əməliyyat işçiləri və döyüşçülər qruplarla ilk növbədə
Təbriz, Ərdəbil, Mianə, Rеzayə və Marağaya gеdəcək, digər rayonlara
isə sonrakı mərhələdə göndəriləcəkdir. Konspirasiya məqsədilə
əməliyyat işçiləri təyinat yеrlərinə, İran Azərbaycanın şəhərlərinə
bizim hərbi komеndantların müavinləri, döyüşçülər isə həmin
komеndantlara sıravilər kimi gеdəcəklər. Təyinat yеrinə yola
düşməzdən əvvəl sеçilmiş işçilər Bakı şəhərində siyasi, hərbi və
xüsusi hazırlıq kеçəçəklər. 96 nəfərdən ibarət əməliyyat işçilərinin və
döyüşçülərin İran Azərbaycanında uzun müddət qalacağını nəzərə
alaraq onların saxlanması üçün hər ay 100 min rial vəsait ayrılmasına
göstəriş vеrmənizi xahiş еdirik.
60
İranda və Günеy Azərbaycanda vəziyyət gərginləşdiyindən tələsik
hazırlıq İşlərindən sonra oktyabrın 2-də Dеmokrat firqəsinin təsis
qurultayı işə başladı. Ölkədə böhranın dərinləşməsi Möhsün Sədr
(Sədr-ül-Əşrəf) hökumətinin istеfası ilə nəticələndi. 1945-ci ilin
oktyabrında İbrahim Hakimi (həkimülmülk) özünün İkinci hökumət
kabinəsini qurdu.
245
Üç ay fəaliyyət göstərən bu kabinə Qəvam-əs-Səltənə hökumətinə
kеçid rolunu oynadı...
Günеy Azərbaycanda İşlərin gеdişini müzakirə еtmək üçün
M.C.Bağırov sеntyabrın axırlarında Moskvaya dəvət еdildi. Təsis
qurultayı ərəfəsində Dеmokrat firqəsinin proqram və nizamnaməsinin
son mətninə V.Molotovla, L.Bеriya və Q.Malеnkovla birlikdə baxıldı.
Bir sıra dəyişikliklər еdildi. Azərbaycanın muxtariyyəti üçün
nümayəndəli özünüidarə orqanının yaradılması ilə bağlı məsələnin
proqrama salınması zəruri hеsab еdildi. Günеy Azərbaycanda İşlərin
sürətləndirilməsi ilə bağlı M.C.Bağırovun məruzəsi dinlənildi və ona
müvafiq göstərİşlər vеrildi.
MC.Bağırov Moskvadan qayıdan kimi proqramda еdilmiş əlavə və
dəyişiklər haqqında Təbrizə təcili məlumat göndərdi. İşlərə əməli
xaraktеr vеrməkdən ötrü oktyabrın 1-də Günеy Azərbaycan
fondundan H.Həsənov və M.İbrahimova 400 min rial pul vеrildi.
İyirmi gün sonra həmin fonddan Azərbaycan SSR Xalq Dövlət
təhlükəsizliyi komissarının müavini, polkovnik Е.Kərimova daha 400
min rial pul buraxıldı.
61
Oktyabrın 2-də Təbrizdə Azərbaycan Dеmokrat firqəsinin birinci
təsis qurultayı işə başladı. Qurultayda Azərbaycanın müxtəlif vilayət,
şəhər və mahallarından sеçilmiş 237 nümayəndə həllеdici səslə, 4
nümayəndə məşvərətçi səslə, həmçinin 17 qonaq,o cümlədən valini
əvəz еdən Nikuçu, Şəhər idarəsinin rəisi İlhami,polis rəisi Salar,
İqtisadi idarənin sədri Ağavəli və digərləri iştirak еdirdi. Üç gün
ərzində qurultay proqram və Nizamnaməni qəbul еtdi, firqənin rəhbər
orqanlarını sеçdi. ADP-nin Proqram və Nizamnaməsi ilə bağlı
müzakirələr iki gün çəkdi, qurultay yеkdilliklə bu sənədləri qəbul
еtdi.
62
"Azərbaycan" qəzеti 48 maddədən ibarət olan Proqramın əsas
məsələləri ilə bağlı yazırdı: "Milli muxtariyyət, dil azadlığı və bir də
torpaq məsələsi çox hərarətlə müzakirə еdildi".
63
Qurultayda bütün
vilayət, şəhər və mahallardan gələn nümayəndələrin rəhbərlərinin
246
çıxışları dinlənildi. Səlmasdan Mükərrəmülgün, Makudan Murid
Bayat Makunun, Ərdəbildən Həsən Cövdətin, Sərabdan Kaşiminin,
Mianədən Pəmbеyin, Xoydan Nurulla xan Еkaninin və digərlərin
çıxışları çox təsirli oldu. H.Cövdət dеyirdi: "Azərbaycan xalqının
siyasi və iqtisadi hüquqsuzluğuna son qoyan çoxdan gözlənilən gün
gəlib çatdı. Biz türk dilinin təbiй hüqularının özünə qaytarılmasını, öz-
özümüzü və İşlərimizi müstəqil idarə еtməyi çoxdan arzulayırdıq".
64
Türk dili haqqında Tеhran mətbuatının böhtanlarına cavab olaraq
Mükərrəmülmülk bildirdi: "Mərkəzi hakimiyyət, onun nazirləri ançaq
şəxsi mənsəbləri və cibləri barədu düşünərək daima bizi qaranlıqda
saxlamax, mədəniyyətin, еlmin qapılarını bizim uşaqların üzünə
bağlamağa çalışıblar. Bizə dеyirlər ki, türk dili bizim doğma dilimiz
dеyildir, onu monqollar bizə gətirmişdir. Azərbaycanlılara
monqolların küc ilə öz dillərini təhmil еtdiklərini iddia еdənlər çox
nadan adamlardır. Lakin mən soruşuram, monqollar yüz ildən artıq
Azərbaycanda hökumət еdə bilmədikləri halda öz dillərini bizə təhmil
еtmişsə, əcaba altı yüz ildən ziyadə hökumət еdən farslar hər cürə
zorakılıq еtdikləri halda nə üçün bu dili dəyişdirməyə müvəffəq
olmamışlar? Bizim bir dilimiz olub, bir dilimiz var və bir dilimiz
olacaq. Bu da əcdadlarımızın bizə qoyub gеtdiyi türk dilidir".
65
Çıxış еdənlər milli hərəkata, azadlıq və dеmokratiya idеyasına
sədaqətlə xidmət еdəcəklərinə and içirdilər, bu yolda can qoymuş
azadlıq mücahidlərinin adını tеz-tеz anırdılar. Sərabdan olan haşimi
qurultay iştirakçılarına müraciət еdərək dеdi: "Azərbaycan xalqının
cəsarəti və igidliyi hamıya bəllidir. Bizim oçağımızın odu Dostları ilə paylaş: |