CəMİYYƏt və Dİn diNİ ŞÜUR: İCTİMAİ ŞÜurun formalarindan biRİ KİMİ



Yüklə 467,28 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix20.08.2023
ölçüsü467,28 Kb.
#140002
1   2   3   4   5   6   7   8
CƏMİYYƏT VƏ DİN
Müasir cəmiyyətdə dini şüur sosio-mədəni fenomen kimi həm ideoloji, həm də eksiztensial-
psixoloji funksiyanı yerinə yetirir. Bu funksiyalara uyğun olaraq dini şüur iki təzahür formasına 
malik olur; o, bir tərəfdən, mədəni identiklik vasitəsi, həm də müəyyən dünyagörüşünün əsası 
kimi Allaha inam, daxili dini hisslər və psixoloji vəziyyət olaraq özünü göstərir. Əsl dini Allaha 
inam, bütün cəmiyyətlərin və mədəniyyətlərin zəruri elementi hesab edən Y.Rüstəmov dini 
etiqad dedikdə, hər şeydən əvvəl
,
təbii, səmimi inamın nəzərdə tutulduğunu göstərir: “Dini 
etiqad dindarın ilahi reallıq, dünya və özü haqqında bilgisidir. Bu bilik dini praktikanın və 
ümumiyyətlə, dindarın gündəlik fəaliyyətinin əsasında durur. Dini etiqadın mərkəzində Allaha 
inam dayanır. Bütün müqəddəs kitablarda göstərilir ki, Allah əbədi və əzəlidir, O həm məkandan, 
həm də zamandan kənardadır. Allah sadəcə olaraq dünyanı zamandan və məkandan kənarda 
yaradır. Kainatın yaradılması üçün heç bir «nə vaxt« mövcud deyil, elə zaman yoxdur ki, həmin 
anda Allah yaratma aktını həyata keçirir. Kainatın mövcudluq zamanı ilə onun varlığının Allah 
tərəfindən yaradıldığı zaman arasında heç bir əlaqə yoxdur” [5, s.474]. 
Dini şüurun strukturunda əsas yer tutan etiqad və inam dinin əsas elementlərindən hesab 
olunur. Rusiyalı tədqiqatçı P.A.Bayev şərti olaraq üç əsas etiqad universaliyasını göstərir:
“1. Tanrılara, ruhlara, eləcə də təbiətin şəxsləndirilmiş qüvvələrinə etiqad... Bu cür 
etiqadların diapazonu bəşər cəmiyyətinin mədəniyyətlərinin inkişafının bütün mərhələlərini - 
ruh və tanrılara etiqaddan tutmuş dinin institusionlaşmış ali formalarına qədər əhatə edir;
2. Fövqəltəbiiliyə mistik məna ilə əhatə olunmuş transendent həyati dəyərlər vasitəsilə 
etiqad edilməsi;
3. Təbiiliyə ekzistensional dəyərlər mövqeyində etiqad. Bu, elmi kəşflərə, texniki 
tərəqqiyə, təkamülə, zəka və intellektə etiqadı ifadə edir. Belə təbii etiqad və mərasimlər bəzən 
“dar utilitar məqsədlərə xidmət edir” [6]. Müəllif dini şüurda dini və qeyri-dini etiqad və inamın 
vəhdət təşkil etdiyini göstərir.
Qərb tədqiqatçısı A.Masse dinin əsas hökmləri sırasında dini şüur strukturunda əsas yer 
tutan iman, ehsan (yaxşılıq), islamın (özünü Allahın ixtiyarına verməyin) olduğunu qeyd edərək, 
“iman” məfhumunun illahiyyatçılar arasında mübahisələrə səbəb olduğunu, onun əsasən üç 
ünsürdən: “dini 
ü
rəkdən idrak etmək (təsdiq, etiqad), dil ilə söyləyib inanmaq (iqrar) və xeyir iş 
görməkdən (əmal, əməllərdən) ibarət olduğunu” [7, s.115] diqqətə çatdırır. Deməli, dini şüurun 
strukturundakı etiqad ənənəvi həyat tərzi, əməl və davranışla vəhdət təşkil edir.
Dinin strukturunda dini hisslər əsas yer tutur. “Dini hiss - insanın Allah qarşısında məsuliyyət 
hissi mərhələ-mərhələ: ailə qarşısında, millət qarşısında, bəşəriyyət qarşısında məsuliyyət 
hisslərinin davamı kimi ortaya çıxdıqda bir daha sadəcə hiss yox, dərk olunmuş, zəka ilə qovuşmuş 
bir hissdir” [8, s.313]. Buradan aydın olur ki, dini hiss zəka ilə, ağılla vəhdət təşkil etdikdə daha 
güclü, daha qüvvətli olur. Dini hiss Allaha inamın ifadəsidir. Allaha etiqad nisbi inamlardan keçir.
AMEA-nın müxbir üzvü S.Xəlilov dini şüurda bir-biri ilə qarşılıqlı əlaqədə olan iki 
dialekt prosesdən bəhs edərək yazır: “İslam iki istiqamətdə qurulub:
1. 
İnsandan Allaha – müqəddəslik duyğusu
2. 
Allahdan insana – necə yaşamağın konkret yolları (sosial rakurs, şəriət)” [9, 
s.316].


31
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Jurnalı
Dövlət və Din - № 01 (68) 2021

Yüklə 467,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin