Cəmiyyətin müasir inkişaf dökü insanla onu əhatə edən təbii mühit arasındakı ziddiyyətlərin kəskinləşməsi, fövqəladə hadisələrin (FH) artması tendensiyası ilə xarakterizə edilir


Ətraf mühitə nisbətən yerinə görə monitorinq aşağıdakı növlərə bölünür



Yüklə 0,77 Mb.
səhifə40/47
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#36310
1   ...   36   37   38   39   40   41   42   43   ...   47
HFT NİN TARİXİ VƏ METODOLOGİYASI MÜHAZİRƏ

Ətraf mühitə nisbətən yerinə görə monitorinq aşağıdakı növlərə bölünür:

Ətraf mühitə təsirin monitorinqi çoxməqsədli məlumat sistemi olub, antropogen təsir (ətraf mühitə təsir mənbələri və tullantılar daxil olmaqla) nəticəsində ətraf mühitdə baş verən dəyişikliklərə müşahidənin keçirilməsi, bu dəyişikliklərin qiymətləndirilməsi və proqnozunun verilməsi tapşırıqlarını yerinə yetirir.

Təsir amillərinin növlərinə görə monitorinqradiasiya, kimyəvi, bioloci, seysmioloci və s. növlərə bölünür.

Məqsədə görə monitorinq – bioloci-sosial, ekoloci, təbii, texnogen və strateci risklərin monitorinqi növlərinə bölünür.

Monitorinq onun həyata keçirildiyi vasitələrə görə 2 növə bölünür: yerüstü və aviasiya-kosmik.

Şəkil 1.1. Monitorinqin növləri


Monitorinqin ayrı-ayrı növləri, həmçinin mühitin xarakterinə, biosferanın tərkib hissələrinə, müşahidə metodlarına və s. əlamətlərə görə də təsnif olunurlar. Məsələn, geofiziki, iqlim, inqredient (kimyəvi, radiasiya) monitorinq növləri s.

Monitorinqin tapşırıqları və keçirilməsi
Monitorinqin əsas tapşırıqları aşağıdakılardır:

  • təhlükəli təbii və texnogen hadisələrin və proseslərin, ətraf mühitin müşahidəsi və nəzarəti;

  • təhlükəli təbii hadisələrin xəbərvericisi olan anamaliyaların aşkar edilməsi məqsədilə planetimizdə və onun ətrafında baş verən proseslər haqqında məlumatların toplanması, işlənməsi, analizi və ümumiləşdirilməsi;

  • ətraf mühitin vəziyyətinin fon parametrlərinin sistematik ölçülməsi;

  • transsərhəd transregion təhlükələrin müşahidəsi nəzarəti;

  • ətraf mühitin obyektlərinin, içməli suyun, qida məhsullarının, yemin radioaktiv çirklənməsinin, kimyəvi bakterioloci zəhərlənməsinin laboratoriya nəzarəti, aşkarı indikasiyası;

  • insanların yaşadığı mühitin kompleks öyrənilməsi, ayrı-ayrı ərazilərin, regionların bütünlüklə ölkənin ekoloci, meteoroloci, seysmoproqnostik s. xəritələrinin yaradılması, mütəmaddi işlənməsi;

  • təbii, texnogen bioloji-sosial xarakterli FH-ın potensial mənbələri haqqında məlumatların operativ toplanması, işlənməsi dövlət yerli özünüidarəetmə orqanlarına çatdırılması, FH-lar onların mənbələri haqqında verilənlər bankının yaradılması;

  • ayrı-ayrı sənaye kənd təsərrüfatı obyektlərində s. gedən proseslərin dinamikasına nəzarət;

  • texnogen qəza fəlakətlərin inkişafının, həmçinin bu qəza fəlakətlərdə formalaşan zərərli zədələyici amillərin vaxtında aşkar edilməsi indentifikasiyası.

Monitorinq idarəetmə vertikalına görə – 3 səviyyədə aparılır: dövlət, regional ərazi.

Regional ərazi monitorinq mərkəzlərinin əsas tapşırıqları aşağıdakılardır:

  • FH-ların potensial mənbələri yaranma səbəbləri haqqında məlumatların toplanması, analizi müvafiq dövlət orqanlarına çatdırılması;

  • FH-ların onların miqyasının proqnozlaşdırılması;

  • tabeliklərində olan monitorinq proqnozlaşdırma qurumlarının işinə təşkilati-metodiki rəhbərlik;

  • FH-ların yaranması üçün potensial təhlükə kəsb edən su, qida məhsulları, xammal sairənin laboratoriya analizinin keçirilməsi;

  • FH-lar haqqında verilənlər bankının, geoinformasiya sisteminin yaradılması inkişaf etdirilməsi;

  • informasiya mübadiləsinin təşkili, ərazi monitorinq mərkəzlərinin monitorinqi.

Monitorinqin texniki əsasını müvafiq nazirliklərin, idarələrin, ərazi hakimiyyət orqanlarının yerüstü aviasiya-kosmik vasitələr təşkil edir.

PROQNOZ VƏ PROQNOZLAŞDIRMA HAQQINDA ÜMUMİ ANLAYIŞ

Proqnoz və proqnozlaşdırma haqqında əsas anlayışlar

Proqnoz – gələcək hadisənin (vəziyyətin və s.) elmi modeli olub proqnozlaşdırmanın nəticəsidir. «Proqnoz» termini yunan sözü olub (proqnosis – əvvəlcədən görmə) hər hansı bir obyektin, yaxud prosesin gələcək vəziyyəti haqqında fikrin söylənməsidir.

Proqnozlar müxtəlif olurlar: volyuntarist, emprik elmi.



Volyuntarist proqnozlaşdırma dünyanın fərdi-intuitiv dərk olunmasına əsaslanır. Buna falabaxanların, görücülərin, ekstrasenslərin proqnozları aid edilir.

Emprik proqnozlaşdırma insanların gündəlik təcrübəsinə, təsadüfi müşahidələrinə əsaslanır və elmi əsaslara malik deyil. Emprik müşahidələr şübhəli və qeyri-müəyyən olsalar da, bəzən doğru çıxırlar.

Yalnız elmi proqnozlar həqiqi, əsaslandırılmış və etibarlı olurlar. Elmi proqnozlaşdırma öyrənilən hadisənin (obyektin) hal-hazırkı, keçmişdəki və gələcəkdəki inkişafından irəli gəlir. Həqiqi proqnoz qanunauyğunluqların və və onların reallaşdığı şəraitin elmi analizi əsasında aparılan proqnozlaşdırma nəticəsində verilir.



Elmi proqnoz 3 formada ola bilər: fərziyyə, proqnoz və plan.

Fərziyyə elmi görücülüyü ümumi nəzəriyyə səviyyəsində xarakterizə edir. Fərziyyə səviyyəsində tədqiq olunan obyektlərin, onların özünü aparmasının ümumi qanunauyğunluqlarını ifadə edən keyfiyyət xarakteristikası verilir.

Proqnoz fərziyyəyə nisbətən əhəmiyyətli dərəcədə böyük keyfiyyət və kəmiyyət təyinedicilərinə malik olur və böyük dəqiqliyinə görə fərqlənir. Heç bir proqnozu tam, mütləq dəqiqliklə vermək mümkün deyil.

Planda müəyyənləşmiş konkret ünvanlı məqsəd qarşıda qoyulur. Proqnoz ehtimal xarakterli, plan isə mütləq xarakterli olur.

Proqnozların tipologiyası müxtəlif kriteriya əlamətlərdən asılı olaraq qurulur. Bunlardan aşağıdakıları göstərmək olar:



  • proqnozlaşdırma miqyası.

  • qabaqlama vaxtı və proqnozun müvəqqəti üfüqü (qorizontu);

  • obyektin xarakteri;

  • funksional əlamət;

  • proqnozlaşdırma obyektlərinin determinləşmə (müəyyənlik) əlaməti;

  • proqnozlaşdırma obyektlərinin vaxta görə inkişaf xarakteri;

  • proqnozlaşdırma obyektlərinin məlumat təminatı dərəcəsi;

Proqnozlar bir çox əlamət xassələrə görə təsnif olunurlar:

Miqyasına görə:

  • makroiqtisadi proqnoz;

  • struktur proqnozu (sahələrarası, regionlararası);

  • təsərrüfat komplekslərinin (enerci, aqrar-sənaye və s.) inkişafının proqnozu;

  • sahə və regionlar üzrə proqnozlar;

  • ayrı-ayrı müəssisələrin, istehsalat birliklərinin inkişafının proqnozu.

Qabaqlama vaxtına və ya müvəqqəti üfüqə (qorizonta) görə:

  • operativ (1 aya qədər);

  • qısa müddətli (1 aydan 1 ilə qədər);

  • orta müddətli (1 ildən 5 ilə qədər);

  • uzun müddətli ( 5 ildən 15-20 ilə qədər);

  • uzaq müddətli (20 ildən çox).

Tədqiqat obyektlərinin xarakterinə görə:

  • istehsalat münasibətlərinin inkişafının proqnozu;

  • ETP-in inkişafı və onun nəticələrinin proqnozu;

  • iqtisadi təsərrüfatın dinamikasının proqnozu;

  • təhlükəli fondların və kapital qoyuluşların yerinə yetirilməsinin proqnozu;

  • təbii resursların qənaətli istifadəsinin proqnozu;

  • əhalinin və işçi qüvvənin artımının proqnozu;

  • əhalinin həyat səviyyəsinin proqnozu;

  • xarici iqtisadi əlaqələrin proqnozu və s.

Funksional əlamətlərə görə:

  • tədqiqat obyektinin keçmişdə və hal-hazırda inkişaf tendensiyasının şərti davamiyyətinə və bu şəraiti dəyişməyə qabil ola bilən şəraitdən uzaqlaşdırılmasına əsaslanan a xtarış proqnozu;

  • proqnozlaşdırma obyektinin məqsəd kimi qəbul edilən mümkün vəziyyətlərinin yaranması müddətlərini və yollarını təyin edən normativ proqnoz.

Proqnozlaşdırmaaraşdırmalar nəticəsində proqnoz edilən obyektin gələcək vəziyyəti haqqında ehtimal oluna bilən məlumatların əldə edilməsidir.

Proqnozlaşdırmada aşağıdakı anlayışlardan istifadə olunur:

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin