Cəmiyyətin müasir inkişaf dökü insanla onu əhatə edən təbii mühit arasındakı ziddiyyətlərin kəskinləşməsi, fövqəladə hadisələrin (FH) artması tendensiyası ilə xarakterizə edilir


Proqnozlaşdırmanın əsas funksiyaları



Yüklə 0,77 Mb.
səhifə46/47
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#36310
1   ...   39   40   41   42   43   44   45   46   47
HFT NİN TARİXİ VƏ METODOLOGİYASI MÜHAZİRƏ

Proqnozlaşdırmanın əsas funksiyaları:

  1. İqtisadi, sosial, elmi-texniki proseslərin və tendensiyaların elmi analizi.

Elmi analiz 3 mərhələdə aparılır: retrospeksiya, diaqnoz, prospeksiya.

Retrospeksiya dedikdə, proqnozlaşdırma obyektinin sistemli təsvirini almaq üçün onun inkişaf tarixinin tədqiqatı keçirilən proqnozlaşdırma mərhələsi başa düşülür. Bu mərhələdə proqnozlaşdırma üçün lazım olan məlumatların, mənbələrin toplanması, saxlanması və işlənməsi, mənbələrin tərkibinin, retrospektiv məlumatların ölçülməsi və təqdim olunması metodlarının optimallaşdırılması, proqnozlaşdırılan obyektin strukturunun, xarakteristikalarının tam formalaşdırılması yerinə yetirilir.

Diaqnoz mərhələsində proqnozlaşdırılan obyektin inkişaf tendensiyasının, proqnozlaşdırma modellərinin və adekvat metodlarının seçilməsi məqsədilə obyektin sistemləşdirilmiş təsviri tədqiq edilir.

Prospeksiya – proqnozlaşdırılan obyektin gələcək inkişaf proqnozu hazırlanan, proqnozun düzgünlüyünün, dəqiqliyinin, əsaslılığının qiymətləndirilməsi keçirilən, proqnozlaşdırma prinsipləri (sintez) əsasında konkret proqnozların birləşdirilməsi yolu ilə proqnoz məqsədlərinin reallaşması həyata keçirilən proqnozlaşdırma mərhələsidir. Prospeksiya mərhləsində proqnozlaşdırılan obyekt haqqında çatışmayan məlumatlar aşkar edilir, əvvəlcədən alınmış məlumatlar dəqiqləşdirilir, daxil olmuş yeni məlumatlara uyğun olaraq proqnozlaşdırma obyektinin modelinə düzəlişlər edilir.

  1. Müəyyən bir dövrdə və konkret şəraitdə təsərrüfatın inkişafındakı sosial-iqtisadi hadisələrinin obyektiv əlaqələrinin tədqiqatı.

Fasiləsiz xarakterli proqnozlaşdırmada onun obyektinin analizi də fasiləsiz keçirilir, proqnozların formalaşmasının bütün mərhələlərini müşaiyət edir və bununla da real obyekt və proqnostik model arasında əks əlaqə təmin edilir.

  1. Proqnozlaşdırma obyektinin qiymətləndirilməsi determinləşmə (müəyyənlik) və qeyri-müəyyənlik aspektlərinin birləşməsinə əsaslanır.

  2. İqtisadi və sosial inkişafın obyektiv variantlarının aşkarı.

  3. Müəyyən qərarların əsaslandırılmış şəkildə seçilməsi üçün elmi materialların toplanması.

Proqnozlaşdırma funksiyalarının reallaşması iki yanaşma: axtarış və normativ yanaşma əsasında həyata keçirilir.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin