Cənubi Qafqaz Boru Kəmərinin auditi üzrə qht-lərin bacarıqlarının artırılması



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix31.01.2017
ölçüsü0,57 Mb.
#7166
1   2   3   4   5   6   7   8   9   ...   12


 

Tullаntılаrа bütün mərhələlərdə nəzаrəti təmin еtməк və müvаfiq öhdəliкlərin yеrinə 

yеtirilməsi üçün tullаntılаrın üçüncü tərəfə vеrilməsində və dаşınmаsındа qаimələrdən 

(yа dа bаşqа təsdiqləyici sənədlərdən) istifаdə оlunmаsı məqsədə uyğun оlаrdı; 

 

Tərəzilər almaq, tullantıları çəkmək, qeydlər aparmaq vacibdir; 



 

Tısbağaların Köçürülmə Nəzarət Planını hazırlamaq; 

 

Daha da effektli monitorinq heyvanlar tərəfindən vurulan ziyanın  təyinini tezləşdirə bilər 



və bunun qarşısını almaq üçün tədbirlər görülə bilər. Məsələn, atlı gözətçisi zərərin tez 

müəyyən olunması və bu barədə məlumat çatdırması işini görə bilər. 

 

Biomüxtəliflik fəaliyyətləri üzrə audit aparılmalıdır



.

 

 



Qənaətlər 

 

 



Layihənin auditi zamanı Tullantıların Đdarəolunmasına dair 61 öhdəliyin və 

biomüxtəlifliyə aid 42 öhdəliyin yerinə yetililməsi audit olunub; 

 

BP/BTC və kəmərin tikintisi ilə məşğul olan CCIC yaxşı ekologiya idarəetmə sistemi 



qurublar. Şirkət tərəfindən BTC kəmərinin inşası zamanı əmələ gələn tullantıların idarə 

olunması, ətraf mühütə dəymiş ziyanı aradan qaldırılması, biomüxtəlifləyin təbii 

strukturunun bərpası üzrə standartlar və sənədlər hazırlayıb. Yuxarıda sadalanan 

fəaliyyətlərin bütün fazalarına aid programlar, prosedurlar və üsullar şirkət tərəfindən 

hazırlanıb. 

 

Audit zamanı həmçinin 7 uyğunsuzlug aşkarlanıb. Fikrimizcə, auditin nəticələri BP/BTC 



ekologiya idarəetmə sistemini daha da uğurlu həyata keçirməyə köməklik göstərə bilər; 

 

Yuxarıda göstərilmiş çatışmazlıqların qısa müddətdə aradan qaldırılması sübut edəcək ki, 



ekoloji idarəedmə sistemi müasir tələblərə cavab verir. 

 

Yerli resurslar 



 

 

10 


Məqsədlər 

 

1.  BTC və onun subpodratçılarının yerli əmtəə və xidmətlərdən istifadəsi ilə bağlı BP/BTC-



nin cаvаblarının auditi. 

2.  ĐSP çərçivəsində FĐNCA-nın kredit siyasətinin və mikrokreditlərin müəyyən edilmiş boru 

kəməri ətrafı zolaqda istifadəsi ilə bağlı BP/BTC-nin cаvаblarının auditi. 

 

Uyğunsuzluq və başqa çatışmamazlıqlar 



 

 

Şirkət qapalı tender keçirməklə işlərini davam etdirir və QHT-lərin 16.05.05 tarixli 



təklifləri şirkətin qapalı tender siyasətində heç bir dəyişiklik yaratmayıb; 

 

BTC-də mal və xidmətlərin ümumi səviyyəsinə dair hesablamalar aparılmadığından yerli 



mal və xidmətlərin həcmini müəyyən etmək mümkün olmur. Bu da BTC -nin “Tədarük 

və təchizat üzrə PĐNP” sənədi üzrə daşıdığı öhdəliklərlə uyğunsuzluq təşkil edir; 

 

 

Şirkət 2004/2005 QHT monitorinqindəki tapıntılara verdiyi yazılı cavabını yerilə yetirə 



bilməyib. 

 

BP/BTC-nin nümayəndələri daxili və xarici auditin hesabatlarının internet saytında 



yerləşdirildiyini bildirsə də,  o saytda ümumi və səthi məlumat verildiyi məlum olub; 

 

FĐNCA-nın rəhbərliyi mikrokredit ərizəçilərinə yalnız kriditin şərtləri ilə bağlı 



məlumatlandırma aparıldığını və maliyyə resurslarının istifadəsinə dair hər hansı təlim 

məşğələlərinin keçirilmədiyini bildirdi. Bu BP/BTC-nin 2004/2005-ci il QHT monitorinq 

qrupuna bununla bağlı verdiyi cavabla uyğunsuzluq təşkil edir. 

 

FĐNCA-nin kredit siyasətindəki mümküm dəyişikliklər kiçik sahibkarların maraqları və 



inkişafına deyil, bazarda kredit “aclığından” doğan tələbata əsaslanır. 

 

Tövsiyələr 



 

 

BP/BTC  tender siyasəti, mərkəzləşmiş tender və mərkəzləşdirilmiş tenderdən kənar yerli  



mənbələrdən tədarük siyasəti barədə ictimaiyyətə müfəssəl məlumat təqdim etsin və bu 

sahədəki siyasətinə aydınlıq gətirsin; 

 

BP/BTC mal və xidmətlərin ümumi tədarükü və yerli tədarük üzrə statistik məlumatlar 



hazırlasın və təqdim etsin. Gələcəkdə tədarükün auditini keçirən hər bir kəs bu statistik 

məlumatları əldə edə bilsin; 

 

Yerli sahibkarların tenderlərdə iştirakı daha da şəffaflaşdırılmalı və asanlaşdırılmalıdır; 



 

BP-nin müvafiq  işçilərinə yerli tədarükün lazımlılığı haqqında məlumat verilməsi, yerli 

tədarük üzrə prosedura və göstərişlərə yenidən baxılması vacibdir. keçirin. 

 

BP/BTC-də mal və xidmətlərin tədarükü üzrə siyasəti həyata keçirən bölmənin fəaliyyəti 



yoxlanılsın. Bu QHT auditinin tapıntıları əsasında tövsiyə olunur ki, növbəti tenderlər 

müddətində yerli tədarüklə bağlı audit

 

aparılsın.



 

 

BP/BTC şirkəti gələcək layihələrinə mikrokreditləşməni daxil edərsə, mümkün 



podratçılarla işini ictimaiyyətin və yerli sahibkarların maraqlarını nəzərə almaqla qursun. 

Bu həmdə davamlı inkişafa kömək edər; 

 

Gələcək layihələrə mikrokreditləşmə daxil ediləcəksə, mümkün podratçıdan sistemli 



proqram tələb edilsin və güzəştli mikrokreditləşməyə üstünlük verilsin; 

 

Qənaət 



 

 

BP/BTC 2004/2005 monitorinqində qaldırılmış məsələlərə aid cavаblarını tamam yerinə 



yetirməyib. 

 

Mədəni Đrsin Gorunması 



 

 

11 


Məqsədlər 

 

1.  BP/BTC və Arxeologiya və Etnoqrafiya Đnstitutunun aylıq hesabatlarının Mədəniyyət 



Nazirliyinə göndərilməsi

 

 üzrə



 

 BP/BTC-nin cаvаblarının аuditi. 

2.  Abidələrin katoloqlaşdırılmasının, tədqiqi və boru kəməri boyu aşkar olunmuş 

tapıntıların yerli muzeylərə təqdimi 

ü

ü

z



z

r

r



ə

ə

 



 BP/BTC-nin cаvаbının аuditi. 

 

Nailiyyətlər 



 

 

BTC və AEĐ saziş əsasında birgə fəaliyyət ğöstərirlər; 



 

Tapıntılara uzun müddətli qayğı qanunvericiliklə təmzimlənib. 

 

Uyğunsuzluq və başqa çatışmamazlıqlar 



 

 

  BP/BTC, Mədəniyyət Nazirliyi (MN) və Arxeologiya və Etnoqrafiya Đnstitutu (AEĐ) 



arasında BTC kəmərinin tikintisi üzrə əməkdaşlığı gənaətbəxş deyil

;

;



 

 

  MN nümayəndələrinin qazıntı işləri aparılan yerlərə sistemli səfəri təşkil edilməyib. 



Nazirlik,  belə səfərlərlə, işin düzgün aparılmasına nəzarət edə bilərdi;  

  Mədəni Irsin Idarə Edilməsi Planın tələblərinə uyğun monitorinq və auditin 

keçirilməsinin subutu yoxdur; 

  Tamamlanmış  Strategiya layihəsi mövcuddur, lakin burada QHT-lərin cəlb olunması 

üçün heç bir imkan müəyyən edilməyib; 

  Mədəni Irsin Idarə Edilməsi Planı Faza 3 hissəsində götürülmüş öhdəlik pozulmuşdur. 

Öhdəliyə əsasən, tapıntılara faktiki müdaxilə olunması üçün Mədəniyyət Nazirliyindən 

icazə alınmalıdır; 

  Tapıntılar təkrarolunmaz sıra nömrələri ilə sıralanmamışdır; 

  Həyata keçirilmiş tədbirləri qənaətbəxş hesab etmək olmaz. Belə ki, yerli mədəniyyət 

idarələrinin nümayəndələri BTC-də aparılmış arxeoloji işlər barədə məlumatsızdır. 

Regional kitabxanalarda BTC-yə aid heç bir ədəbiyyat yoxdur (Kəmərboyu ərazidə 

yerləşən kitabxanaların sayı 100-dən çoxdur). 

  BTC tapıntıların köçürülməsi üçün yer axtarışında Bakı icra hakimiyyətindən və MN-dən 

kömək istəməyib; 

  BTC-dən əldə edilmış tapıntıların, rəsmi və ya qeyri-rəsmi əsaslarla hər hansı təşkilata və 

ya fiziki şəxsə verilmə proseduru təkmil deyil. 

 

Tövsiyələr 



 

 

BTC tərəflər arası əməkdaşlığın mexanizmini daha da təkmilləşdirməlidir.



 

MN-nin yeni 

təyin olunmuş BTC-nin arxeologiya işləri üzrə idarə rəisinin məlumatlandırılmasına 

ehtiyac var; 

 

Gələcəkdə belə bir layihə  həyata keçirilərsə, kəmərboyu ərazilərdə  qazıntı işləri aparılan 



zaman, yerli mədəniyyət idarələrinin nümayəndələrinin də iştirakının təmin olunması 

arzuolunandır; 

 

Davamlı olaraq audit və monitorinqin aparılması istiqamətində tədbirlər həyata 



keçirilməlidir; 

 

5-ci Fazada həyata keçiriləcək tədbirlər proqramına QHT-lərin cəlb olunması da 



prioritetlərdən biri olmalıdır; 

 

Gələcək arxeologiya işlərinin tənzimlənməsi üçün razılıq almaq məsələsi 



aydınlaşdırılmalıdır. Xususən tənzimlənmə məsələlərində, bütün tərəflər arasında effektiv 

dialoq olmalıdır; 

 

AEĐ kataloqlaşdırmanın mütamadi hesabatlarını BTC-yə təqdim etməlidir və bu, ümumi 



işə nəzarət imkanı yarada bilər; 

 

12 


 

Məlumatlandırma kampaniyasında kitabxanalara yönələn xüsusi tədbirlər həyata 

keçirilməlidir; 

 

BTC kənarında aşkar olunmuş arxeoloji tapıntıların mobil sərgilərdə təqdim olunması 



təşkil olunmalıdır. Muzeylərə təqdim olunmuş eksponatlar barədə bukletlərin çap olunub 

muzeylərə təqdim olunması məqsədəuyğun olardı; 

 

Sərgi məqsədilə təqdim olunmuş eksponatlar mərkəzləşmiş qaydada qeydə alınmalıdır; 



 

Qənaətlər 

 

 

Auditin nəticələri bir daha sübut edir ki, BTC-nin tikintisi ərzində tapılmış arxeoloji 



tapıntıların araşdırılması üçün uzun müddət tələb olunur. Tədqiqatçılar Azərbaycan 

mədəniyyətinin zənginləşdirilməsi üçün imkan yaradan mövcud arxeoloji tapıntıları 

yüksək qiymətləndirməlidirlər. 

 

Mən inanıram ki, məsul tərəflər audit zamanı aşkar olunmuş çatışmazlıqların aradan 



qaldırılması üçün təcili tədbirlər görəcək və BP/BTC-nin audit layihəsi dövründə 

Davam Qrupu ilə əməkdaşlığını yüksək qiymətləndirirəm. 

 

Yuxarıda göstərilənləri nəzərə almaqla aşağıdakıları qeyd etmək istərdilk: 



MN-nin öhdəlikəri və səlahiyyətləri arxeolji qazıntılar üzrə qanunvericilikdə 

dəqiq müəyyən olunmalıdır. 

BTC ofisində arxeoloji tapıntılarla bağlı məsələlər ilə məşğul olan xarici 



mütəxəssislə yanaşı yerli mütəxəssisin də cəlb olunması vacibdir.

 



BTC-nin tikintisi ərzində tapılmış mədəni abidələr haqqında sənədli filmin 

çəkilişi dəstəklənməlidir;

 



Faza 5 üzrə əməliyyatların həyata keçirilməsinə diqqət artırılmalıdır



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

13 


I. GĐRĐŞ 

 

1.1. Layihənin məqsəd və vəzifələri  



 

2004-ci  il  BTC-nin  monitorinqinin  nəticəsi  olaraq  BP/BTC  şirkəti  ilə  monitorinq  qrupları 

arasıdakı dialoq nəticəsində şirkət monitorinqin yekunlarını cаvablandırmışdı. Həmin cavablarda 

monitorinq  qruplarının  ortaya  çıxardığı  çatışmamazlıqlarla  bağlı  məsələlərə  2005-ci  il  audit 

proqramında  baxılması  əks  olunub.  Beləliklə  də  Davam  Qrupu  2004-cü  il  monitorinq 

proqramının nəticələrinə uyğun olaraq 5 sahə və 11 məsələ üzrə audit aparıb: 

 

1.1.1  Sosial məsələlər 



 

 

ĐSP çərçivəsində tikilmiş obyektlərin statusunun müəyyən ediməsinin BP/BTC-nin 



cavablarının auditi; 

 

Mikrolayihələrin smeta xərclərinin bazar qiymətlərinə uyğunluğu ilə bağlı BP/BTC-nin 



cavablarının auditi; 

 

Sosial təsirlə əlaqədar şikayətlərin qəbulu ilə bağlı nəzərdə tutulmuş “qaynar xəttin” 



fəaliyyəti üzrə BP/BTC-nin cavablarının auditi; 

 

1.1.2  Đnsan haqqları 



 

 

Mülkiyyətçilərə  tоrpаq  коmpеnsаsiyаlаrının  hеsаblаnmаsı  ilə  bаğlı  BP/BTC-nin 



cavablarının auditi. 

 

Bоru  кəmərlərinə  yахın  ərаzilərdə  yаşаyаn  əhаlinin  təhlüкəsizliyinin  təmin  еdilməsi  ilə 



bаğlı BP/BTC-nin cаvаblarının аuditi. 

 

1.1.3  Ekologiya 



 

 

Tullantıların idarə еdilməsi ilə bаğlı BP/BTC-nin cаvаblarının аuditi. 



 

Biomüxtəlifliyin qorunması ilə bаğlı BP/BTC-nin cаvаblarının аuditi. 

 

1.1.4  Yerli resurslardan istifadə 



 

 

BTC və onun subpodratçılarının yerli əmtəə və xidmətlərdən istifadəsi ilə bağlı BP/BTC-



nin cаvаblarının auditi. 

 

ĐSP çərçivəsində FĐNCA-nın kredit siyasətinin və mikrokreditlərin müəyyən edilmiş boru 



kəməri ətrafı zolaqda istifadəsi ilə bağlı BP/BTC-nin cаvаblarının auditi. 

 

1.1.5  Arxeologiya 



 

 

BP/BTC və Arxeologiya və Etnoqrafiya Đnstitutunun aylıq hesabatlarının Mədəniyyət 



Nazirliyinə göndərilməsi

 

 üzrə



 

 BP/BTC-nin cаvаblarının аuditi. 

 

Abidələrin katoloqlaşdırılmasının, tədqiqi və boru kəməri boyu aşkar olunmuş 



tapıntıların yerli muzeylərə təqdimi üzrə

 

 BP/BTC-nin cаvаblarının аuditi. 



 

1.2. Layihənin həcmi, diqqət yetirdiyi məsələlər və həyata keçirilmə mümkünlüyü  

 

Layihənin 7 ay müddətinə həyata keçirilib. Layihə 1 noyabr 2005-ci il tarixdə başlanıb 31 may 



2006-cı il tarixdə başa çatıb. 

Đlk öncə Davam Qrupu üzvləri beynəlxalq standartlara uyğun treninqlər keçiblər. Auditorlar 

audit olunacaq məsələləri müəyyən ediblər və qarşı tərəflə razılaşdırıblar. Sonra audit proqramı 


 

14 


və ilkin tələb olunan sənədlərin siyahısı hazırlanıb. Đlkin tanışlıq görüşləri zamanı qrup üzvləri 

audit istiqamətlərini BP/BTC-nin nümayəndələrinə təqdim ediblər. 

Sorğu vərəqələrinin hazırlanması auditə hazırlıq prosesinin mühüm bir mərhələsi olub. Sorğu 

vərəqələri hazırlanarkən Davam Qrupu 2004/2005-ci il BTC-nin monitorinqi nəticəsində BP və 

QHT-lər arsındakı razılaşmaları əsas götürüblər. Eyni zamanda audit sulları hazırlnarkən BTC-

nin öhdəlikləri və ilkin təqdim olunmuş sənədlər nəzərdən keçirilib. Sorgu vərəqələrində audit 

sulları ilə yanaşı əlavə tələb olunan sənədlərin təqdim edilməsi və audit səfərlərinə şərait 

yaradılması barədə müraciətlər daxil edilib. 

Audit prosesinin növbəti mühüm bir mərhələsi BTC-nin və onun podratçılarının səlahiyyətli 

nümayəndələri ilə görüşlər olub. Qrup üzvləri üst-üstə 20-dək belə görüş keçiriblər. Audit 

görüşləri zamanı tələb olunan sənədlər əsasən təqdim olunub və auditorlar sullarının 

əksəriyyətinə cavab ala biliblər. Auditorlar qarşı tərəfin müşahidəsi ilə 11 audit səfəri 

reallaşdırılıb və bu təxminən 30 gün sürüb. 

Audit dövründə BTC nümayəndələri ilə yanaşı, onun tikinti üzrə podratçısı olan CCIC şirkətinin, 

FĐNCA  təşkilatının, Hüquqi və Đqtisadi Marifləndirmə Mərkəzinin, Arxeologiya və Etnoqrafiya 

Đnstitutunun, Mədəniyyət Nazirliyinin, yerli mədəniyyət idarələrinin, habelə boru kəmərinin 

təsirinə məruz qalmış icmaların nümayəndələri ilə görüşlər keçirilib. Audit görüşləri və səfərlər 

zamanı auditorlar audit qeyd formasını hazırlayıblar ki, bu da hesabat hazırlanarkən geniş 

istifadə edilib. 

Layihənin həyata keçirilməsi ilə bağlı tələb olunan xərclər, eləcə də insan resursları və layihənin 

müddəti layihədə qarşıya qoyulan məqsədlərin reallaşması üçün yetərli olub. Eyni zamanda qrup 

üzvləri vəzifə və rollarını əsasən yerinə yetiriblər.  

 

1.3. Layihə meyarları  



 

Audit prosesində aşağıdakı meyarlardan istifadə edilib: 

 

 

ƏMSSTQ-də əks olunmuş öhdəliklər;   



 

2004-cü il monitorinq proqramı üzrə BP/BTC şirkətinin öhdəlikləri və şirkətlə 

monitorinq qrupları arasındakı razılaşmalar; 

 

ĐSO 14001 və ĐSO 19011 standartları; 



 

Audit prosedurları və təlimatlar; 

 

1.4. Audit edilən tərəfə dair təfərrüatlar 



 

BTC Co şirkəti BTC boru kəmərinin operatorudur. BTC Co.-nun səhmdarları:  BP (30,1%) 

(operator); AzBTC (25%); Yunokal (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENĐ (5%); Total 

(5%), Đtoçu (3,40%); ĐNPEKS (2,50%), KonokoFillips (2,50%) və Amerada Hess (2,36%) 

şirkətləridir. 

BTC boru kəmərinin tikintisi və fəaliyyəti zamanı sosial və ekoloji tarazılığın tənzimlənməsi 

”Ətraf mühitin və sosial təsirin qiymətləndirilməsi” sənədində öz əksini tapıb. Həmin sənəddə 

ətraf mühitə təsir, tullantıların idarə edilməsi, torpağın münbit qatının və biomüxtəlifliyin 

bərbası, sosial təsirin qiymətləndirilməsi, tarixi abidələrin, eləcə də insan haqqlarının qorunması 

bə bu kimi məsələlər daxildir. Bundan əlavə BTC-nin tikintisi və tikintidən sonrakı dövr üçün 

operator şirkətin 2000-dən artıq öhdəlikləri mövcuddur. 

Azərbaycanda CCĐC kəmərin tikintisini, SPĐ Capag/Petrofac alyansı isə nasos stansiyalarının 

tikintisini həyata keçirib. 

Boru kəmərlərinin keçdiyi ərazılərdə sosial təsirin aradan qaldırılması üçün nəzərdə tutulmuş 

Ictimai Sərmayə Proqrami da artıq başa çatmaqdadır. Bu proqramı boru kəmərlərinin operatoru 

olan BP Azərbaycan şirkəti həyata keçirir. Azərbaycanda ĐSP çərçivəsində artıq 7,1 miyon 

dollardan artıq vəsait xərclənib. ĐSP-nin podratçıları beynəlxalq QHT-lərdir. Boru kəmərləri 

boyunca 4 kilometrlik dəhlizdə həyata kemirilən proqramın əsasən 3 missiayası var: icmaların 



 

15 


inkişafı və daha yaxşı komunukasiya imkanlarına çıxışını təmin etmək; tibbi və sanitariya 

sahəsində bilik və imkanları artırmaq; kiçik sahibkarlığın və aqrar sektorun inkişafına nail 

olmaq. Proqram üzrə birinci vəzifəni Uşaqları Qoruyun Təşkilatı və Beynəlxalq Xilas Komitəsi, 

ikinci vəzifəni Beynəlxalq Tibb Korpusu, üçüncü vəzifəni isə Finka Mikrokreditləşdirmə 

Təşkilatı yerinə yetirib. 

 

 



1.5.Boru kəməri  layihəsi haqqında  ümumi məlumat və audit mövzularının təqdimi 

Ümumi uzunlugu 1768 km və ildə orta hesabla 50 milyon ton xam neft ötürmək qabiliyyətinə 

malik olan BTC boru kəməri kredit faizləri və neftlə doldurulma xərcləri ilə birgə 4,5 milyard 

dollara başa gələcək. Onu da qeyd edək ki, bu layihənin kreditləşməsində Avropa Yenidənqurma 

və Đnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyası da yaxından iştirak ediblər. Bundan əlavə 

layihəənin maliyyələşdirilməsində 7 ölkədən olan Ixrac Əməliyyatlarinin Kreditləşdirilməsi 

Agentlikləri və Siyasi Risk üzrə Siğorta Şirkətləri, eləcə də 15 iri kommersiya bankindan ibarət 

olan sindikat da iştirak edib. Eyni zamanda layihə üzrə birinci dərəcəli sponsor-kreditor kimi 

çixiş edən BP, Statoil, Total və ConocoPhilips şirkətləri də maliyyələşdirmə prosesində iştirak 

ediblər. 

Boru kəmərinin Azərbaycan hissəsi 443 km-dir.  

Layihə çərçivəsində boru kəmərində əlavə Səngəçal terminalında hər birinin tutumu 880 min 

barrel olan 3 çən qurulub, Ceyhanda 7 milyon barrel tutumu olan terminal inşa olunub, bundan 

başqa kəmər boyunca 8 nasos və 2 neftölçmə stansiyaları qurulub. Boru kəmərinin maksimum 

22 min nəfər çalişib ki, bu da 2004-cü ilin payizina təsadüf edib. Azərbaycan ərazisində kəmərin 

tikintisində maksimum 2500 nəfər çalişib ki, bu da 2004-cü ilin dekabrina təsadüf edib. Qeyd 

edək ki, boru kəmərinin Azərbaycan bölümünün tikintisində çalişanlarin 80%-i yerli vətəndaşlar 

olub. 


Azərbaycan ərazisində boru kəməri 13 inzibati rayon və 135 yaşayış məntəqəsindən (o cümlədən 

97 kənd) kemir. Boru kəməri və onun infrastrukturu 2548,7 ha ərazini əhatə edir. Boru kəməri 

Azərbaycan ərazisində 16 su hövzəsini, o cümlədən Kür çayını 2 dəfə kəsib keçir. Kəmər 

tikilərkən yollarla daşınan boruların kütləsi 1,5 mln. tondan çox olub. Tikinti işləri dövründə 

müxtəlif növ nəqliyyat vasitələri (ağır yük, yük və minik) hər ay orta hesabla 9,5 mln. km məsafə 

qət ediblər. 

  BTC-nin müxtəlif cəhətlər üzrə sistemli monitorinqi 2004-cü ilin sonlarnda Açıq Cəmiyyət 

Đnstitutu – Yardım Fondunun dəstəyi ilə QHT koalisiyalarının seçdiyi qruplar tərəfindən həyata 

keçirilib. Monitorinq proqramı  5 - sosial təsir, insan haqqları, ekologiya, yerli resurslardan 

istifadə və arxeoloji abidələrin mühafizəsi istiqamətləri üzrə həyata keçirilib. 

Davam Qrupunun audit mövzuları da məhz bu 5 istiqamət üzərində qurulub. Qrupun audit 

hədəfləri əsasən 2004/2005-ci il monitorinqinin nəticəsində BP/BTC şirkətinin QHT-lərin 

tapıntılarına verdiyi cavablarla bağlıdır.  

 

II. METODOLOGĐYA 



 

2.1. Komanda üzvləri və onların komandada rolu haqqında məlumat 

 

Davam Qrupuna proqram üzrə Məsləhət və Təlim Şurasının seçdiyi əlaqələndiricidən, 



2004/2005-ci il monitorinq qruplarının seçdiyi 5 auditordan və müsabiqə əsasında seçilmiş 2 

tələbə assistent daxil olub. Auditorların hər biri BP/BTC  şirkətinin bir monitorinq istiqaməti 

üzrə cavablrtının auditini həyata keçirib. Koordinator qrupun fəaliyyətini əlaqələndirib, qrup 

üzvlərinin fəaliyyətinə hamilik edib. Assistentlər sənədlərin öyrənilməsində, cari tərcümə işlərini 

həyata keçirməkdə auditorlara yardımçı olublar.  


 

16 


 

Vəzifəsi 

Adi və soyadı 

Məsul oldugu işlər 

Əlaqələndirici 

Zöhrab Đsmayılov 

Auditin əlaqələndirilməsi, yekun hesabatin 

hazırlanması və ümumiləşdirilməsi 

Auditor 

Mirvari Qəhrəmanlı 

Sosial istiqamət üzrə auditin aparılması və hesabatın 

hazırlanması 

Auditor 

Oqtay Güləliyev 

Đnsan hüquqları istiqaməti üzrə auditin aparılması və 

hesabatın hazırlanması 

Auditor 

Namiq Rzayev 

Ətraf mühit istiqaməti üzrə auditin aparılması və 

hesabatın hazırlanması 

Auditor 

Məhəmməd Talıblı 

Yerli resurslar istiqaməti üzrə auditin aparılması və 

hesabatın hazırlanması 

Auditor 

Afiq Səfərov 

Arxeologiya istiqaməti üzrə auditin aparılması və 

hesabatın hazırlanması 

Assistent 

Sevinc Əsadova 

Sənədlərin əldə edilməsi, yazışmaların həyata 

keçirilməsi 

Assistent 

Sona Tagıyeva 

Tərcümə, kargüzarlıq işləri 

 

 



 

2.2. Audit zamanı istifadə edilən üsullar 

 

Davam Qrupu üzvləri audit prosesində müşahidə, müsahibə və sənədlərin yoxlanılması 



üsullarından istifadə ediblər. Müsahibələr əvvəlcədən hazırlanmış sorğu vərəqələri əsasında 

aparılıb. Səfərlər zamanı aparılan müşahidə və müsahibələr də sorğu vərəqələrinə əsaslanıb. 

Auditorlar sənədləri yoxlayarkən BP/BTC-nin öhdəliklərinə, ĐSO 14001 və ĐSO 19011 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin