Cərrahi xəstəliklər fənnindən muhazirələr MÖvzu təQVİm plani tibb bacısı işi. Mualicə işi. III kurs


partlamaları  zamanı  sidik  qarın  boşluğuna  axdığına  görə  peritonit



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə22/51
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#37367
1   ...   18   19   20   21   22   23   24   25   ...   51
Cerrahi Xestelikler (1) 1


partlamaları  zamanı  sidik  qarın  boşluğuna  axdığına  görə  peritonit  
inkişaf  edir.  
Çanağın   qapalı  sınıqları  zamanı  düz  bağırsağın  zədələnmələri  nadir  
hallarda  baş  verir, lakin  sümük  qırıntıları  yerlərini  xeyli  dəyişməklə  
müşayiət  edəm  büzdümün  və  ya  oma  sümüyünün  sınıqları  zamanı  
baş  verə bilər. Düzgün  diaqnostika  üçün  düz  bağırsağın  barmaqla  
müayinəsi  aparılmalıdır. 
Müalicə.  Çanağın    sınıqları    zamanı    qəzaya    uğramışı    bərk    xərəkdə  
uzadırlar.  Ayaqları   diz   və   çanaq  –bud   oynaqlarında   büküb   azacıq  
aralayırlar ( qurbağa vəziyyəti ). Bükülmüş  diz  oynaqlarının  altına  bərk  
yastıq    qoyulur.  Şoka    qarşı    tədbirlər    görürlər.  Qalça    sümüyünün  
sınıqları    zamanı    xəstəni    2  –  3  həftə    yastı    taxtası    olan    çarpayıda  
uzandırırlar. Çanağın  zədələnmış  tərəfinə  uyğun  olan ayaq  şinin  üstünə  
qoyulur. Baldırın  üstünə 2 – 3 kq  ağırlıqla yapışan  plastırlı  dartma tətbiq  
edirlər.  Sümük    qırıntıları    yerdəyişməsi    olmadan  çanaq    halqası  
sümüklərinin  sınıqları  zamanı  da  həmin  müalicə  aparılır, lakin  yataq  
rejiminin  müddəti  3 – 4 həftəyə  qədər  uzadılır. Sümük  qırıntıları  yerini  
dəyişən    sınıqlar    zamanı    7  –  8  kq    ağırlıqla  qamış    sümüyünün  
qabarıqlarından  skelet  dartması  tətbiq  edirlər. Ayaqları  bir  qədər  aralı  
vəziyyətdə  şinin  üstünə  qoyurlar. Çanağın  altına  tor  yelləncək keçirilər. 
Yelləncəyin  sərbəst  uclarında  olan  qaytanın  hər  birindən  5 – 6 kq 
ağırlıq asırlar. Sınığın  ağırlığından  və  sümük  qırıntılarının  yerdəyişmə  
ölçüsündən  asılı  olaraq  dartmanı  10 – 30 gün  və  daha  çox  davam  
etdirirlər. Müalicə  gimnastikası  təyin  edilir, kəskin  əlamətlər  keçəndən  
sonra  isə  massaj. Qarın  boşluğu  orqanları  zədələndikdə, sidik  kisəsi  
və  sidik  kanalı  partladıqda  cərrahi  əməliyyat  aparılır.  


     
 
 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin