Cərrahi xəstəliklər fənnindən muhazirələr MÖvzu təQVİm plani tibb bacısı işi. Mualicə işi. III kurs



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə20/51
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#37367
1   ...   16   17   18   19   20   21   22   23   ...   51
Cerrahi Xestelikler (1) 1

Mövzu:5 Qarın boşluğunun açıq və qapalı zədələnmələri  
Qarın boşluğunun qapalı zədələnmələri.  
Küt travma nəticəsində (əzilmə, sıxılma, nüvə partlayışı zamanı zərbə dalğasının 
təsiri) əmələ gəlir. Bununla bağlı qarın divarının əzilməsi ya da eyni zamanda qarın 
boşluğu orqanlarının qapalı zədələnməsi müşahidə olunur. Daxili orqanların 
zədələnməsi zamanı (mədə, bağırsaqlar), onların möhtəviyyatı qarın boşluğuna 
tökülür və qarın boşluğunun iltihabını – peritonit törədir.  
  
Daxili orqanların zədələnməsi zamanı əvvəlcə şok əlamətləri əmələ gələ bilər. Şok 
gedişi ilə daxili qanaxmalarla ağırlaşır. Qarın nahiyyəsində kəskin ağrılar 
müşahidə olunur, əl ilə yoxladıqda ağrılar şiddətlənir, qarın əzələsinin gərginliyi 
görünür, nəcis və qazların ləngiməsi, bəzən isə ürəkbulanma və qusma müşahidə 
olunur. Nəbz tələsir, zəif dolğunlu olur. Tədricən peritonit əlamətləri inkişaf edir. 
Qaraciyər və dalağın zədələnməsində daxili qanaxmanın əlamətləri biruzə verir: 
xəstə kəskin avazıyır, ümumi zəiflik müşahidə olunur, xəstəni yuxu basır, ağız 
quruyur, nəbz tələsir. Qarın bir qədər köpür, qaraciyər zədələndikdə 
sağqabırğaaltında, dalaq zədələndikdə isə solqabırğaaltında paplpasiyada ağrılar, 
həmən ağrıların müvafiq olaraq yuxarı ətrafa – qola, çiyin qurşağına nəql 
olunması, müvafiq olaraq qalça çuxurlarında kütlüyün olması aşkarlanır. 
Rentgenoskopiyada qarında hematogen kölgəlik, ultrasəslə müayinədə isə mayenin 
olması müəyyən edilir. Bu xəstələrin bir qismində “Hacıyatmaz” simptomu müsbət 
olur: xəstələr qaraciyər zədələndikdə sağ, dalaq zədələndikdə isə sol böyrü üstə 
yumağa dönərək (aşağı ətraflarını bud-çanaq, diz oynaqlarında bükərək qarınlarına, 
başlarını isə döş qəfəsinin ön səthinə sıxaraq büzüşürlər) uzanırlar və xəstəni arxası 
üstə, yaxud əks böyrü üstə çevirdikdə, o, ağrıdan qışqıraraq öz əvvəlki vəziyyətinə 
qayıdır. Qarındaxili qanaxmalarda müsbət Kulenkamf simptomu qeyd edilir: 
yumşaq qarında palpasiyada kəskin ağrılar olur. Sol, yaxud sağ qalça çuxuruna 


qanın toplanması hesabına alınan küt səs, xəstəni əks tərəfə çevirdikdə qanın 
axması səbəbindən öz yerini dəyişir və Coys simptomu  müsbət olur. Qaraciyər 
zədələnəndə sağ tərəfli  frenikus-simptomu, dalaq partlayanda isə soltərəfli 
frenikus, Veynert və Pitts-Bellens simptomları da müsbət olur. Qarında 
parenximatoz üzvlərin zədələnməsinə daxili qanaxma, travmatik şok və perition 
qıcıqlanma əlamətlərinə əsasən diaqnoz qoyulur. Qarnın küt zədələnmələrində 
parenximatoz üzvlərin cırılmasına şübhə olduqda, ilk növbədə ultrasəs müayinəsi 
ilə qarında sərbəst mayenin (qan) olması axtarılmalıdıır. Mürəkkəb hallarda KT-
dən istifadə edilir. Daha dəqiq diaqnoz qoymaq üçün laparosentez və yaxud 
laparoskopiya aparılmalıdır. Laparoskopiya daha qiymətli müayinə üsulu kimi 
zədələnmiş üzvü gözlə görməyə, həm də qanaxmanı saxlamağa və qanı periton 
boşluğundan xaric etməyə, bununla  
da bir çox hallarda açıq əməliyyatlardan vaz keçməyə imkan verir. Lakin qarın 
travmalarında laparoskopiyaya bir sıra əks-göstərişlər vardır:   Xəsarət almış 
şəxsin qeyri-stabil vəziyyəti. Belə halda pnevmoperitoneum xarici tənəffüsü  və 
ürək fəaliyyətini pozur;   Qarının və döş qəfəsinin müştərək zədələnmələri. 
Diafraqmanın cırılması olarsa qarına qazın yeridilməsi gərginlik pnevmotoraksına, 
hemodinamikanın ağır dərəcəli pozulmasına və hətta ölümə səbəb ola bilir;   
Kəllənin və qarının müştərək zədələnmələri. Qarına qazın yeridilməsi kəllədaxili 
təzyiqi artıraraq baş beyin ödemini də artıra bilər;   Qarının kəskin köpməsi. Belə 
hallarda köpmüş bağırsaq ilgəklərinin zədələnmə ehtimalı yüksək olur;   Əvvəllər 
keçirilmiş cərrahi əməliyyatlara görə qarının ön divarında çapığın, yaxud 
çapıqların olması. Qarının ön divarına üzvlərin bitişməsi onların zədələnməsinə 
səbəb ola bilər. Qarın daxili qanaxma diaqnozu təsdiqləndikdən sonra xəsarət 
almışa təxirəsalınmaz cərrahi əməliyyat aparılmalıdır. Daxili orqanların zədələnmə 
əlamətləri tədricən üzə çıxır, ona görə də qarın əzilməsi olan xəstələr ciddi sakitlik 
və nəzarət altında qalmalıdır. Müalicə. Qarının ön divarının və daxili üzvlərin 
əzilmələrində, parenxamatoz üzvlərin artmağa meyilli olmayan kapsulaltı kiçik 
hematomalarında, həmçinin, peritonarxası hematomalarda kompleks konservativ 
müalicə aparılır:   Xəstəyə sakitlik verilir (yataq rejimi);   Hemostatik terapiya; 
 Antibakterial terapiya;   Itirilən qanın qanın həcminin bərpası;   Orqan 
çatmazlığının profilaktikası və müalicəsi;   Dinamik müşahidə və laborator-
instrumental nəzarət.  Qarnın küt travmaları zamanı daxili üzvlərin zədələnməsi 
diaqnozu qoyulan bütün hallarda təcili qaydada intubasion narkoz altında qan və 
qanəvəzedicilər köçürülməklə cərrahi müdaxilə aparılır. Qarın boşluğunda olan 
qana mədəbağırsaq möhtəviyyatı, sidik qatışmadığı və qan infeksiyalaşmadığı 
hallarda reinfuziya aparılır. Təftiş nəticəsində partlamış üzv tapılır, zədələnmənin 
xarakterindən və yerindən asılı olaraq cərrahi əməliyyat üsulu seçilir.  
  


Kəskin qarın – termini altında qarın boşlugu orqanlarının qapalı zədələnmələri və 
kəskin cərrahi xəstəliklərin nəticəsində meydana çıxaraq təcili cərrahi əməliyyat 
tələb edən simptomlar nəzərdə tutulur. Bunlara aiddir: daxili orqanların travmatik 
zədələnmələri, kəskin iltihabi xəstəliklər, mədəaltı vəzinin iltihabı, kəskin 
appendisit, kəskin xoletistit (öd daşı), kəskin pankreatit (mədəaltı vəzi), peritonit, 
mədə və 12 barmaq bağırsaq xoralarının deşilməsi, mədə-bağırsaq qanaxması, 
uşaqlıqdan kənar hamiləlik, kəskin bağırsaq keçməməzliyi və s. Kliniki şəkli 
aşağıdakı əlamətlərlə xarakterizə olunur: qəflətən meydana çıxaraq aramsız baş 
verən və yaxud tutma şəkilli ağrılar, ürək bulanma, öd qəbul edilmiş  
qida möhtəviyyatlı qəhvəyi rəngli qusma, qarının köpməsi, qarının ön divar 
əzələlərinin gərginləşməsi-taxtavari formada olması (Şotkin Blumberq simptomu), 
huşun itməsi.   
Əlamətlər. Qarın nahiyyəsində tutma xarakteri daşıyan, sancılanan, kəsici, deşici 
və ya yandırıcı kəskin ağrılarla xarakterizə olunur. Ürək bulanması və qusma, 
qəbizlik, qarın boşluğunda qazların yığılması, qarın köpməsi (meteorizm), qarın 
divarı əzələlərinin gərginləşməsi (taxtavari qarın) müşahidə olunur. 
ŞetkinBlümberq əlaməti müsbət olur. Bu əlamət belə təyin olunur: barmaqlarla və 
ovuc səthi ilə tədricən qarın boşluğuna təzyiq göstərirlər(basırlar) və bu zaman 
xəstəyə qarın əzələsini maksimal boşaltmağı təklif edirlər, sonra isə əli tez çəkirlər. 
Bu anda ağrı kəskinləşirsə, bu simptom müsbət sayılır. Çox vaxt “kəskin qarın” 
hallarında bağırsaqların peristaltikası (hərəkəti) olmur. Nəbz tələsir, bədənin 
temperaturu artır, leykositlərin sayı çoxalır.  
İlk yardım.   
Kəskin qarın zamanı ilk yardım məqsədilə xəstəni uzandırmaq, buz qoymaq və 
xəstəni cərrahi şöbəyə çatdırmaq lazımdır. İlk yardım məqsədilə aşağıdakılar 
qadağandır: ağrıkəsicilərin vurulması, hər hansı dərmanların, antibiotiklərin 
vurulması, bağırsaqların peristaltikasını (yığılıbaçılması) artıran və azaldan 
dərmanların verilməsi, mədənin yuyulması, imalə edilməsi, qarının isidilməsi 
qadağandır.  
Qarının yaralanmalarında yaraya aseptik sarğı qoyulur, xəstəyə ürək-damar 
dərmanları və ağrıkəsicilər yeridilir; Yara kanalından çölə çıxmış daxili üzvlər heç 
vəchlə yerinə salına bilməz (bu peritonitə səbəb ola bilər) və bu çıxmış üzvün 
üzərinə fizioloji məhlulda  isladılmış aseptik sarğı qoyulmalıdır; Qarının qapalı və 
açıq zədələnmələri olan xəstələr arxası üstə uzanmış vəziyyətdə nəql 
olunmalıdırlar.  
Qarın boşluğunun açıq və ya nüfuzedici zədələnmələri.  
Qarın boşluğunun divarı və orada yerləşən orqanların yaralanması (xüsusi odlu 
silah və ya deşilmiş) zamanı əmələ gəlir.  
Əlamətlər.Qarın nahiyyəsində ağrı, əzələlərin gərginliyi,qarın divarında yaranın 
əmələ gəlməsi və eyni zamanda qarın boşluğu orqanlarının zədələnmə əlamətləri 


görünür. Bəzən yaradan piylik və ya bağırsaq qabarıb çıxır. Yaradan mədə 
möhtəviyyatı, nəcis, sidik axması müşahidə olunur. Təxirəsalınmaz müdaxilə 
aparılmazsa, peritonit əlamətləri inkişaf edir: qarın nahiyyəsində ağrılar, əl  
vurduqda ağrı daha da şiddətlənir, qarın divarları əzələlərinin gərginliyi müşahidə 
olunur,qarın əzələləri tənəffüs aktında iştirak etmir, dil quruyur, bədənin 
temperaturu artır, ürək bulanması, qusma baş verir, nəbz tələsir, xəstənin vəziyyəti 
çox ağır olur, gözləri çuxura düşür. Peritonit xəstələrdə çox vaxt ölümlə nəticələnir 
 
 
 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin