Bu xəstəlik həmçinin “bud – çanaq oynağının osteoartrozu” adlandırılır.
Adətən 40 yaşından sonra inkişaf edir. Hal – hazırda bu xəsətləyin
“cavanlaşması” qeyd edilir. Xəstəliyə hətta uşaq və yeniyetmələrdə də təsadüf
edilir. Koksartroz özü – özündən ( ilkin koksartroz ) və həmçinin digər
xəstəliklərin fonunda inkişaf edə bilər. Bu xəstəliklər arasında : - anadangəlmə
bud çıxığı - anadangəlmə bud – çanaq oynağının displaziyası - müxtəlif
travmalar - bud – çanaq oynağının iltihabı. Koksartroz zamanı həm bir, həm
hər iki oynaq zədələnə bilər. Koksartroz zamanı oynaq mayesi əvvəl daha
qatı olur. Nəticədə qığırdaq qurumağa başlayır, onun səthi nahamar olur,
çatlarla örtülür. Vaxt keçdikcə qığırdaq nazilir, oynaqda birləşən sümüklərin
arasında olan məsafə kiçilir. Daha sonra qığırdaq toxuması demək olar ki,
tam yox olur və sümüklər bir – birinə sürtünməyə başlayır, deformasiya
olunur. Koksartrozun səbəbləri : - qan dövranının pozulmalrı - oynağın həddən
artıq yüklənməsi - mübadilə və hormonal pozulmalar - travmalar - oynaqların
iltihabları - onurğa sütunu ( skolioz, kifoz ) və pəncə ( yastıpəncəlik )
patologiyaları - anadangəlmə bud – çanaq çıxığı və anadangəlmə displaziyalar
( oynağın inkişaf pozulmaları ) - azhərəkətli həyat tərzi - yaş. Koksartrozun
əlamətləri : - bud – çanaq oynağında, budda, qasıq nahiyəsində ağrılar - oynağın
hərəkətliliyinin pozulması - axsama - vaxt keçdikcə ayaq qısalır - vaxt keçdikcə
xəstə ayağın bud, baldır və sağrı əzələləri atrofiya olunur. Koksartrozun 3
dərəcəsi və ya mərhələsi ayırd edilir.
I dərəcəli koksartroz zamanı xəstələrdə bud – çanaq oynağında vaxtaşırı
ağrılar olur, adətən fiziki yüklənmədən sonra. Xəstə dincəldikdən sonra
ağrılar keçir. II dərəcəli koksartroz zamanı ağrılar güclənir, sakit halda da ola
bilər. III dərəcəli koksartroz zamanı ağrılar nəinki gündüz, hətta gecə də
ola bilər. Xəstə normal gəzə bilmir, axsayır. Əsas müayinə üsulu
rentgenoloji müayinədir. MRT həm sümük, həm qığırdaq toxumasının,
bağların , sinovial qişanın dəyişikliklərini müəyyən edir. Koksartrozun
müalicəsi 1- ci, 2 - ci mərhələlərdə konservativ, 3- cü mərhələsində cərrahi
müalicə tətbiq edilir. Əməliyyat zamanı xəstə oynaq süni oynaqla əvəz
olunur. Konservativ müalicə zamanı ağrıkəsici və iltihabəleyhinə preparatlar,
qığırdağı bərpa edən preparatlar, fizioterapiya istifadə olunur. Koksartrozdan
əziyyət çəkən insanlara üzgüçülük çox yaxşı kömək edir.