Cərrahi xəstəliklər fənnindən muhazirələr MÖvzu təQVİm plani tibb bacısı işi. Mualicə işi. III kurs



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə26/51
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#37367
1   ...   22   23   24   25   26   27   28   29   ...   51
Cerrahi Xestelikler (1) 1

Təxirə salınmaz yardım 
- ağrını aradan qaldırmaq üçün xəstəyə ağrıkəsicilər (2-4 ml. 50%-li 
analqin, 2 ml. talamanol), yaxud oynaq boşluğuna 1-2 ml. 1-2%-li 
novokain yeridilir.  
- açıq çıxıqda yaraya aseptik sarğı qoyulur.  
- zədələnmiş ətrafın müvəqqəti immobilizasiyası aparılır. 
 - xəstə travmotoloji şobəyə göndərilir. 
Müalicə 
Müalicə üç mərhələdən ibarətdir: 
 - çıxmış oynağın yerinə salınması 
  - ətrafın qısa müddətli hərəkətsizləşdirilməsi  
- funksional müalicə 
Bazu sümüyünü yerinə salmaq üçün bir sıra üsüllardan istifadə edilir: 
 
1.  Hippokrat - Kuper üsulu 
- xəstə stolda arxası üstə uzadılır, sonra cərrah üzü xəstəyə olmaqla 
çıxmış qol tərəfdəki çılpaq dabanı həmin tərəfdə xəstənin 
qoltuqaltı çuxuruna qoyur, iki əllə xəstənin zədələnmiş qolunun əl 
və bilək nahiyələrindən tutur. Sonra cərrah dabanı ilə bazu 
sümüyünün başını yuxarıya - oynaq çuxuruna doğru itələyir və 
xəstənin çıxmış qolunu özünə doğru dartır. Bu zaman oynaq öz 
yerinə düşərsə şaqqıltı səsi eşidilir. 
2. Mota üsulu 
- xəstə stulda oturur, çıxmış ətrafın qoltuq altından mələfə 
keçirməklə, bir nəfər mələfənin uclarını burmaqla tutur və kürək 
sümüyünü gövdəyə sıxır.Sonra həkim bir əli ilə çıxmış ətrafı 
bazudan digər əli ilə saiddən tutmaqla düz bucaq altında bükür və 
aşağıya doğru dartır. Əgər çıxıq yerinə düşməzsə həkim bir əli ilə 
bazu sümüyünün başını oynaq çuxuruna doğru itələyir. 
 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin