Təxirə salınmaz yardım - ağrını aradan qaldırmaq üçün xəstəyə ağrıkəsicilər (2-4 ml. 50%-li
analqin, 2 ml. talamanol), yaxud oynaq boşluğuna 1-2 ml. 1-2%-li
novokain yeridilir.
- açıq çıxıqda yaraya aseptik sarğı qoyulur.
- zədələnmiş ətrafın müvəqqəti immobilizasiyası aparılır.
- xəstə travmotoloji şobəyə göndərilir.
Müalicə Müalicə üç mərhələdən ibarətdir:
- çıxmış oynağın yerinə salınması
- ətrafın qısa müddətli hərəkətsizləşdirilməsi
- funksional müalicə
Bazu sümüyünü yerinə salmaq üçün bir sıra üsüllardan istifadə edilir:
1. Hippokrat - Kuper üsulu - xəstə stolda arxası üstə uzadılır, sonra cərrah üzü xəstəyə olmaqla
çıxmış qol tərəfdəki çılpaq dabanı həmin tərəfdə xəstənin
qoltuqaltı çuxuruna qoyur, iki əllə xəstənin zədələnmiş qolunun əl
və bilək nahiyələrindən tutur. Sonra cərrah dabanı ilə bazu
sümüyünün başını yuxarıya - oynaq çuxuruna doğru itələyir və
xəstənin çıxmış qolunu özünə doğru dartır. Bu zaman oynaq öz
yerinə düşərsə şaqqıltı səsi eşidilir.
2. Mota üsulu - xəstə stulda oturur, çıxmış ətrafın qoltuq altından mələfə
keçirməklə, bir nəfər mələfənin uclarını burmaqla tutur və kürək
sümüyünü gövdəyə sıxır.Sonra həkim bir əli ilə çıxmış ətrafı
bazudan digər əli ilə saiddən tutmaqla düz bucaq altında bükür və
aşağıya doğru dartır. Əgər çıxıq yerinə düşməzsə həkim bir əli ilə
bazu sümüyünün başını oynaq çuxuruna doğru itələyir.