Cərrahi xəstəliklər fənnindən muhazirələr MÖvzu təQVİm plani tibb bacısı işi. Mualicə işi. III kurs



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə25/51
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#37367
1   ...   21   22   23   24   25   26   27   28   ...   51
Cerrahi Xestelikler (1) 1

Qazanılmış çıxıqlar: insanda anadan olduğu zamandan ta ömrünün 
sonuna qədər baş verən çıxıqlar qazanılmış cıxıqlar adlanır. Qazanlmış 
çıxıqlar patoloji və travmatik olmaqla iki yerə bölünür.  
 Patoloji çıxıqlar. Oynaqdakı patoloji proseslər nəticəsində baş verən 
çıxıqlar patoloji çıxıqlar adlanır. Əsas səbəbləri bunlardır: 
 - oynağı təşkil edən sümüklərin dağılması   
- oynaq kapsulasının artiritlər zamanı gərilməsi   
- oynağı möhkəmləndirən əzələlərin iflici 
Travmatik çıxıqlar. Adətən xarici nisbətən az hallarda isə daxili qüvvə 
təsirindən baş verir. 
Tavmatik çıxıqların bir neçə cür təsnifatı vardır. 
1.  Çıxığın baş vermə müddətinə görə. 
- təzə çıxıqlar - iki sutka əvvəl baş vermiş çıxıqlar 
- aralıq çıxıqlar -  3-4 həftə əvvəl baş verən çıxıqlar - köhnəlmiş 
çıxıqlar - 4 həftədən çox müddət baş verən çıxıqlar 
 2. Əllə yerinə salına bilinməsinə görə. 
 - yerinə salına bilən çıxıqlar  - 
 yerinə salına bilməyən çıxıqlar - belə çıxıqlar cərrahi müdaxilə yolu 
ilə yerinə salınır. 
 3. Baş vermə mexanizminə görə. 
 - vasitəsiz çıxıq – qüvvə bir başa oynağa təsir edir. 
 - vasitəli çıxıq - qüvvə oynaqdan uzaq yerə təsir edir.  
  
4. Dərinin tamlığının pozulmasına görə.  
- qapalı çıxıq - oynaq nahiyəsində dərinin tamlığı pozulmur.  
- açıq çıxıq - çıxıqla birgə dərinin tamlığı da pozulur. 
 5. Digər toxuma və anatomik strukturların zədəənməsinə görə 


  - fəsadlaşmamış çıxıq - oynaqda yalnız çıxıq olur –  
fəsadlaşmış çıxıq - çıxıqla birgə digər zədələnmələr də müşahidə 
olunur. 
 6. Oynaq başının yerdəyişməsinə görə.  
- ön çıxıq   
- arxa çıxıq  
 - yan çıxıq  
 - mərkəzi çıxıq və s. 
Çıxıqların 80-90 %-ni travmatik çıxıqlar təşkil edir. Çıxıqlar zamanı 
müəyyən dərəcədə oynağın kapsulası, qoruycu bağ aparatı da zədələnir. 
Kapsulanın cırılması, əzilməsi, hemartroz və s. baş verir. Alt çənənin 
çıxıgı istisna təşkil edir. Belə ki, oynaq kapsulası genişləndiyindən 
cırılmır.   
Bəzi insanlarda oynağın kapsulası və bağ aparatının zəifləməsi 
nəticəsində adətiçıxıqlar olur. Belə çıxıqa ən çox çənə, bazu və bud 
oynaqlarında rastgəlinir. Çox zaman xəstə özü çıxıqı yerinə salır. 
Çıxıqlar zamanı obyektiv və subyektiv əlamətlər olur. 
- subyektiv əlamətlərə - çıxmış oynaqda olan ağrılar və zədələnmiş 
oynaqda hərəkətlərin mümkün olmaması aiddir.   
Bir sıra hallarda sinirlərin, damarların çıxmış oynaq başı ilə sıxılması 
nəticəsində ətrafın soyuması və keyləşməsi də müşahidə olunur. 
Xəstəni müayinə etdikdə bir sıra obyektiv əlamətlər aşkarlanır. 
 - ətrafın məcburi vəziyyət alması 
 - ətrafın qeyri normal vəziyyətdə təsbit olunması 
 - oynaq nahiyyəsində deformasiya 
  - oynaq başının oynaq çuxurunda əllənməməsi  
-oynaq başının yerləşməsindən asılı olaraq ətrafın uzanması yaxud 
qısalması - "yaylı hərəkət" simptomu - oynaqda aktiv və passiv 
hərəkətlərin olmaması. 
Çıxmış oynaqda aktiv və passiv hərəkətlər olmur və belə halda yaylı 
hərəkət simptomu aşkarlanır: həkim xəstənin ağrıdan məcbur bükdüyü 
çıxmış ətrafını açdıqda, gərilmiş kapsul və bağlar, spastik yığılmış 
əzələlər onu öz əvvəlki vəziyyətinə qaytarır. Bu çıxıq üçün əsas xarakter 


vəziyyətdir. Diaqnozun qoyulmasında rentgen şəklinin çəkilməsi önəli 
rol oynayır. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin