III. Sümük toxuması tamlığının pozulma dərəcəsinə görə: tam
və natamam sınıqlar. Tam sınıqlarda sümüyün tamlığı bütövlükdə pozulur.
Natamam sınıqlara ən çox yastı sümüklərdə təsadüf edilən (məs. kəllənin
şüşəyəbənzər səhifəsində) sümüküstlüyüaltı sınıqlardan olan çatlamalar
və uşaqlarda olan “yaşıl budaq” sınması aiddir (uşaq yıxılarkən əlini yerə
dayadıqda sümüklər elastiki olduğu üçün əyilir və bu zaman bazu sümüyü
eninə olmaqla hissəvi sınır, yəni bu sınıqlar yazda ağacın yaşıl budağın
əyərkən onun hissəni sınmasını xatırladır).