sərt şinanı çılpaq dəri üzərinə qoymaq olmaz, altdan mütləq
yumşaq altlıq (dəsmal, pambıq) qoyulmalıdır;
qapalı
sınıqlarda
xəsarət
alan
şəxsin
paltarları
çıxarılmamalıdır, şina paltarın üstündən qoyulmalıdır;
açıq sınıqlarda qanaxma olarsa əvvəlcə o dayandırılmalı,
yaraya aseptik sarğı qoyulmalı və yalnlz bundan sonra ətraf
şina qoyulmaqla hərəkətsizləşdirilməlidir;
şina qoyarkən ətrafa fizioloji vəziyyət verilməlidir (əgər bu
mümkün olmazsa, xəstəni daha az incidən vəziyyət verilir);
ətrafa qoyulmuş qansaxlayıcı kəməri şinanı bərkidən sarğı ilə
bənd etmək olmaz;
açıq sınıqlarda yaradan görünən fraqmentlərə toxunulmur,
yara olduğu vəziyyətdə də sarınmalıdır;
xəstəni xərəyə qoyarkən və xərəkdən götürərkən, bir nəfər
mütləq şina qoyulmuş nahiyəni əllə tutmalıdır;
immobilizasiyadan əvvəl ağrısızlaşdırılma aparılmalıdır;
yadda saxlamaq lazımdır ki, şina düzgün qoyulmadıqda çox
təhlükəli ağırlaşmalar baş verə (şok, piy emboliyası, qapalı
sınığın açıq sınığa çevrilməsi, qanaxma və s.) və müalicənin
nəticələrinə mənfi təsir göstərə bilər.
Dostları ilə paylaş: