Cərrahi xəstəliklər fənnindən muhazirələr MÖvzu təQVİm plani tibb bacısı işi. Mualicə işi. III kurs



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə49/51
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#37367
1   ...   43   44   45   46   47   48   49   50   51
Cerrahi Xestelikler (1) 1

 
 
 
 


 
Şəkil. Baldır sümüklərinin sınıqlarında hərəkətsizlə.dirmə:  
a) şinaların hazırlanması; b) şinaların qoyulması 
 
 
 
 
 
 
 
 
Şəkil. Baldırın torlu şina ilə immobilizasiyası 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Şəkil. Daban və baldırın pnevmatik şina ilə 
hərəkətsizləşdirilməsi:  
1-ikiqat kisə-kamera; 2-zərcirbənd; 3-havanı üfürmək üçün 
olan klapanlı boru. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Arterial və venoz qan dövranı çatmamazlığı. 
Obliterasiyaedici endoartirit, ateroskleroz, 
tromboangit və aşağı ətraf venalarının varikoz 
genişlənməsi.  
  
Damar xəstəlikləri damarların növündən asılı olaraq üç yerə bölünür: • 
arteriyaların, • venaların və • limfa damarlarının xəstəlikləri. Ətrafların qan 
dövranının pozulmasının 2 əsas səbəbi vardır: ▪ magistral arteriyaların mənfəzinin 
daralması nəticəsində ətrafın ar- terial qanla təchizatının pozulması və ▪ ətrafın 
magistral venalarının keçiriciliyinin pozulması nəticəsində meydana çıxan venoz 
durğunluq. Ətrafda olan limfa düyünlərinin, yaxud limfa damarlarının müxtəlif 
xəstəlikləri, yaxud zədələnmələri zamanı isə limfa dövranı pozulur. Təsnifatı: I. 
Arterial çatmazlıq: ▪ kəskin arterial çatmazlıq (KAÇ): tromboz və emboliya, 
arteriyanın yaralanması, arteriyanın ekstravazal hissəvi sıxılması və s.; ▪ xroniki 
arterial çatmazlıq (XAÇ): obliterasiyaedən ateroskleroz və endarteriit, Bürger 
xəstəliyi, Reyno xəstəliyi. II. Venoz çatmazlıq: ▪ kəskin venoz çatmazlıq (KVÇ): 


flebotromboz, dərin venaların kəskin tromboflebiti, magistral venaların 
zədələnməsi; ▪ xroniki venoz çatmazlıq (XVÇ): aşağı ətraf venalarının varikoz 
genəlməsi, posttromboflebitik sindrom. III. Limfa dövranının çatmazlığı: ▪ 
limfostaz; ▪ fılayaqlıq.  Arterial qan dövranının kəskin pozulması. Toxumada 
arterial qan dövranının kəskin pozulması çox təhlükəli fəsad verir və müəyyən 
toxuma sahəsinin ölümünə gətirib çıxarır, Arterial qan dövranının kəskin 
pozulması daha çox aşağı və yuxarı ətraflarda müşahidə olunur. Damarların 
mənfəzinin qəfil zədələnməsi və tıxanması aşağıdakı səbəblərdən; iri mənfəzli 
arteriyaların divarının odlu və soyuq silahlarla, sınmış sümük ucları ilə yaralanması 
və tamlığının pozulması, mənfəzinin məcburi qapanması (tura qoyulması, 
arteriyanın uzun müddət sıxılması, səhvən liqatura ilə bağlanması), arteriyanın 
mənfəzinin tromb kütləsi ilə tutulması nəticəsində inkişaf edir. Hər hansı bir 
səbəbdən meydana çıxmış ətrafın kəskin arterial keçməzliyi  
ətrafda ağrıkəsiciyə belə tabe olmayan dözülməz ağrı, dəri örtüyünün avazıması, 
mərmər rəngi alması (ağarmış və göyümtül ləkələrlə örtülməsi), soyuması, işemik 
əzələ qacıması, dəri hissiyyatının azalması ilə aşkarlanır. Xəstələr məcburi oturaq 
vəziyyətə keçib ətrafı aşağı sallayan zaman, dolayı damarlardan ətrafa axan qan 
ağrı hissiyyatını bir qədər azaldır. V.S.Savelyev arterial qan dövranının kəskin 
pozulmasının inkişafını 3 mərhələyə bölməyi təklif etmişdir: -funksional pozuntu 
mərhələsi – ətrafın arterial işemiyası 6-10 saata qədər davam edir. Ətrafın dərisi 
avazıyır, soyuyur, kəskin ağrılar olsa da hissi və hərəki pozuntular olmur. Kəskin 
arterial işemiyanın səbəbi ləğv edilib normal qan dövranı bərpa olunarsa ətrafın 
fəaliyyəti tam qaydaya düşür; - üzvi dəyişikliklər mərhələsi - arterial işemiya 
müddəti 12-24 saat təşkil edir. Toxunma və ağrı hissiyyatı xeyli zəifləyir, əzələ 
qaçıması artır. Ətrafın hərəkəti məhdudlaşır. Bu müddət ərzində işemiyanm 
səbəbinin qarşısı alınarsa, ətrafı qoruyub saxlamaq mümkündür, ancaq onun 
fəaliyyəti məhdudlaşmış olur; - toxumaların ölüm mərhələsi - arterial işemiya 
yaranandan 24-48 saat sonra başlayır. Ətrafın ucqar toxumaları yaşama 
qabiliyyətini itirir. Qan dövranmm bərpası üçün göstərilən səylər yalnız 
toxumaların ölüm sərhədini azaldır. Ətraflarda, arterial qan dövranının kəskin 
pozulmasının birinci və ikinci mərhələlərində qan dövranmm bərpasına göstərilən 
cəhdlər uğurlu olduqda, işemiya əlamətləri sönür, ətrafın toxumaları yaşayır. 
Üçüncü mərhələdə toxuma ölümünün, geri dönməzliyi, nəinki ətrafın, hətta 
xəstənin həyatının itirilməsi təhlükəsini getdikcə artırır. Bununla əlaqədar, ölmüş 
toxumaların bədəndən kənarlaşdırılması, yaxud ətrafın amputasiyası yeganə 
xilasedici müalicə üsulu sayılır.  Tromboz - toxumaların ölümü arteriyaların 
mənfəzinin tromb kütləsi ilə qapanması nəticəsində törənə bilər. Əksər hallarda 
xroniki damar xəstəliyi olan şəxslərdə (Leriş sindromu) qanın laxtalanma sistemi 
və qatdığının pozulması, yaxud damarların müayinəsi və müalicəsi üçün 
arteriyalara punksiya edildikdə onların intiması cırılır və qatlanır, damar mənfəzini 


qapayır və nəticədə tromboz əmələ gəlir. Emboliya- böyük, yaxud kiçik qan 
dövranına daxil olmuş tromb kütləsinin, havanın, piy damlasının müvafiq diametrli 
damarın mənfəzini tıxayaraq qan dövranını pozmasına deyilir.  Arterial qan 
dövranına daxil olmuş embollar beyin, bazu, musariqə, körpücükaltı, böyrək, bud, 
dizaltı arteriyaların, qan dövranına daxil olan embollar isə daha çox ağciyər 
arteriyalarının mənfəzini qapayıb qan dövranının qismən, yaxud tam pozulmasına 
səbəb olur. Əksər hallarda emboliya qəflətən kəskin, “tam rahatlıq” fonunda 
başlayır və arterial qan dövranının ağır dərəcəli pozulmalarına gətirib çıxarır. 
Emboliyadan fərqli olaraq trombozlar tədricən inkişaf edir və bir çox hallarda 
işemiyanın  
“xəbərdaredici” əlamətləri (fasiləli axsama, ətraflarda ağrılar) olur. Piy emboliyası 
- lüləli sümüklərin çox qəlpəli sınıqlarında törənə bilir. Piy damlaları daha çox 
venoz sistemə daxil olur. Hava emboliyası- isə iri mənfəzli yuxu, körpücükaltı 
venaların divarının tamlığı pozulduqda döşdaxili mənfi təzyiq hesabına havanın 
asanlıqla böyük qan dövranının venoz sisteminə keçməsindən baş verin.  
  

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin