basaraq, lazımi formaya salırlar (buna imkan olmazsa yardım göstərə şəxs
öz üzərində şinanı lazımi formaya salır). Zədələnmiş ətraf dirsək
oynağında düz bucaq altında bükülür, çiyin isə bir qədər önə çəkilir, əl isə
mil-bilək oynağında bükülür və bu vəziyyətdə ətrafa hazırlanmış şina
qoyulur. Qoltuqaltına yumşaq parça qoyularaq şina gövdəyə bənd edilir.
Xəstənin ovcuna isə pambıq yastıqca qoyulur ki, barmaqlar yarımbükülü
vəziyyətdə olsun. Şinanın yuxarı hissəsindən sallanan hər iki lent şinanın
aşağı hissəsinə bağlanır ki, şina yuxarı qalxaraq kürəkdən uzaqlaşmasın.
Sonra şina bintlə əlavə olaraq sürünən sarğı qoyulmaqla zədələnmiş ətrafa,
gövdəyə bənd edilir və ləçəklə boyundan asılır.
Bazunun aşağı 1/3-nin və dirsək oynağının sınıqlarında şina çiyini,
bazunu, dirsəyi, əli əhatə etməli və ətraf boyundan ləçəklə asılmalıdır.
Faner şina işlədildikdə isə o, bazu və saidin iç səthinə qoyulmaqla
çiyinə, bazuya, saidə və ələ bintlə sarınır.
Dostları ilə paylaş: