travma törədən amilin təsiri aradan qaldırılır;
xarici qanaxma olarsa, ilk növbədə qanaxma dayandırılır;
açıq sınıqlarda yaraya aseptik sarğı qoyulur;
ağrısızlaşdırma məqsədilə xəstəyə ağrıkəsicilər vurulur (2%-li
1 ml promedol, 2.0 ml talamanol, 2-4 ml 50%-li analgin və s.), həmçinin
qabırğanın sınıqlarında sınıq xəttinə 4-6 ml 1-2%-li novokain, ətrafların
sınıqlarında isə sınıqdan yuxarı sümüyə qədər 100-300 ml (yuxarı
ətraflarda – 100-150 ml, aşağı ətraflarda 150-300 ml) 0.5%-li novokain
yeritməklə futlyar blokada aparılır;
zədələnmiş ətrafa ehtiyatla lazımi vəziyyət verərək, standart
şinalardan, yaxud əl altında olan materiallardan istifadə etməklə onun
müvəqqəti immobilizasiyası aparılır;
lazımi hallarda ürək-damar dərmanları vurulur (2.0 ml
kordiamin, 1.0 ml kofein və s.) və xəstə xəstəxanaya göndərilir.
Dostları ilə paylaş: