VII. Sınıq xətti istiqamətinə görə: köndələn, çəp, vintvari (yaxud
spiralvari), boylama, qəlpəli, çox qırıntılı pərçimlənmiş və kompresion
sınıqlar.
VIII. Sınmış fraqmentlərin yerdəyişməsinə görə: yerini
döyişməyən və yerini dəyişən sınıqlar. Sınmış sümük uclarına sınığı
törədən qüvvənin təsiri davam etdiyindən, sınmış ətrafda əzələlər spastik
yığıldıqlarından (əzələlərin elastiki retraksiyası) və ətrafın periferik
hissəsinin ağırlığından fraqmentlər, bir çox hallarda yerlərini dəyişirlər.
Sınmış fraqmentlərin bir neçə cür yerdəyişməsi olur: eninə, bucaq altında,
uzununa, rotasion və çoxkombinasiyalı.