Cərrahi xəstəliklər fənnindən muhazirələr MÖvzu təQVİm plani tibb bacısı işi. Mualicə işi. III kurs


IV.  Sınığın  yerləşdiyi  nahiyəyə  görə



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə34/51
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#37367
1   ...   30   31   32   33   34   35   36   37   ...   51
Cerrahi Xestelikler (1) 1

IV.  Sınığın  yerləşdiyi  nahiyəyə  görə:  epifizar,  metafizar  və 
diafizar  sınıqlar.  Epifizar  sınıqlarda  sınıq  xətti  epifizdə  yerləşir,  bəzən 
sınıq  oynaqdaxili  olur.  Belə  hallarda  çıxıq-sınıqlara  da  təsadüf  edilir. 
Cavanlarda  çox  vaxt  epifiz  epifizar  xətt  boyu  sümükdən  qopur  və 
epifizeoliz  baş  verir  ki,  bu  zaman  müalicə  daha  da  çətinləşir. 
Ümumiyyətlə,  sağalma  prosesləri  üçün  bu  nahiyədəki  sınıqlar  böyük 
çətinliklər törədirlər. 
Metafizar  sınıqlar  zamanı  sınıq  sümüyün  metafizində  olur.  Belə 
sınıqlar əksər hallarda pərçimlənmiş formada meydana çıxırlar və buna 
görə də sümüyün sınmasını göstərən əlamətləri aşkarlamaq çox çətin olur. 
Diafizar sınıqlar diafizdə - uzun borulu sümüklərin orta hissəsində 
baş verən sınıqlardır. Diafizar sınıqlar ən çox rast gəlinən sınıqlardır və 
bu zaman sınmış sümük ucları – fraqmentlər, əksər hallarda, öz yerlərini 
dəyişirlər. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin